Fikir eləmə

Mus: Emin Sabitoğlu, söz: Nəriman Həsənzadə

Sən fikir eləmə, gözəldir həyat,
Nə qədər mən sağam, fikir eləmə.
 
Bu gün yanındayam, sabah hardasa,
Demə mən uzağam, fikir eləmə.

Sən fikir eləmə, yeri qar alsa,
Göyü bulud örtüb dumanlar alsa.

Mən odam-ocağam, fikir eləmə,
Yenə yanacağam, fikir eləmə.

Sən fikir eləmə heç vaxt dünyada.
Mən getsəm, mən qalsam ayağın altda
Onda da torpağam, fikir eləmə,
Orda da dayağam, fikir eləmə.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

0 şərh