Futbol

Səyyad Əlizadənin repertuarından

Eşidirsənmi yenə,
Marş çalmır, sevgilim.
Yamyaşıl meydanlar,
Bizi çağırır, sevgilim.

Nəq.:

Gəl girək qol-qola,
Biz gedək futbola.
Hamı çıxsın yola?isevgilim.
Sevirəm futbolu,

Vururam mən qolu.
Dostlarım deyir ki,

Qol,qol,qol...
Vur, vur, bir də vur,
Olsun qol!

Hamının arzusudur,
Ucalsın futbolumuz.
Qələbə qazansın qoy,
Futbol ulduzlarımız.

Nəq:

Dünyanı fəth edəcək.
Azərbaycan futbolu.
Qələbə yollarıdır,
Futbolumuzun yolu.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh