Рейтинг
0.00

Mahnı sözləri

2 üzv, 360 topik

Kimsəni sevə bilməm

Mus və söz: Hüseyn Sözlü

Sevmişəm baharın çağında
Bülbül tək olmuşam bağında,
Qoyma məni hicran dağında,
Gəl, gülüm, gəl, gülüm, sən,
Kimsəni sevə bilməm.

Könlüm sənsizlikdən ağlayar,
Həsrətin sinəmi dağlayar,
Göz yaşlanm sel kimi çağlayar,
Gəl, gülüm, gəl, gülüm, sən,
Kimsəni sevə bilməm.

'Sən də, gəl sev Sözlüsayağı,
Sevən kəs gecələr oyağı,
Gəl olum telinin darağı,
Gəl, gülüm, gəl, gülüm, sən,
Kimsəni sevə bilməm.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

Davamı →

Kəkliyim

Mus: Hacı Xanməmmədov, söz: Rəsul Rza

Yamacları, yaşıllığı bəzəyən,
Qanadlan göy, cığalı kəkliyim,
Qayalardan, təpələrdən təziyən,
Ayaqlan qan xınalı kəkliyim.

Davamı →

Kəklik

Mus: Ağabacı Rzayeva, söz: Məmməd Rahim

Nə süzürsən narın-narın
Yenə daşdan-daşa, kəklik!
Könlüm istər nəğmə kimi,
Bircə nəğmə qoşa, kəklik!

Davamı →