Рейтинг
0.00

Mahnı sözləri

2 üzv, 360 topik

Göy gölə gəl

Aşıq mahnısı, sözləri: Borsunlu Məzahir

Bu məktubu alan tək,
Biz tərəfə bir baş çək.
Çiçək çağırır çiçək,
Naz eyləyir gül gülə,
Göy gölə gəl, Göy gölə.

Təbiətin qüdrəti
Yaradıbdı cənnəti,
Görməyə bu hikməti,
Hacıkənddən en gölə,
Göy gölə gəl, Göy gölə.

Kəpəzimə nur axır,
Hələ şimşək nur saçır.
Büllur bulaqlar axır,
Hey qarışır sel selə,
Göy gölə gəl, Göy gölə.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

Davamı →

İLK BAHAR

Mus: Tofiq Quliyev, söz: Zeynal Cabbarzadə
 
Yenə gəldi ilk bahar, yaz gülə-gülə,
Bu qədər gəl etmə, yar, naz gülə-gülə.
Səni sevdim qəlbimlə, ey gözəl pəri,
Mənə söylə bir şirin söz, gülə-gülə.

Davamı →

GÖY GÖL

Mus: Telman Hacıyev, söz: Rəfiq Zəka
 
Göllərin çələngi, qəşəngi, işvəli Göy göl,
Qəlblərin ən inci, sevinci, nəş’əli Göy göl.
Hər il övladların olur qonağın,
Cənnət qucağıdır sənin qucağın.

Davamı →