Birja

Bazar iqtisadiyyatı şəraitində sövdələşmələrdə bir qayda ola­raq birjalar vasitəçilik edirlər. Birja bazarın xüsusi formasıdır və aşağı­dakı əsas növləri vardır:
1) Əmtəə birjaları;
2) Fond (qiymətli kağızlar) birjaları;
3) Valyuta birjaları;
4) Əmək birjaları.
Əmək və valyuta birjalarının ilk rüşeymləri XV-XVI əsrlərdə manufakturanın yarandığı və bu əsas üzərində xarici ticarətin geniş­lən­diyi dövrdə Italiyada (Venesiya, Genuya, Florensiya şəhərləri) meyda­na gəlmişdir.
Əmtəə birjaları topdansatış ticarətin başlıca forması-dır. Başqa sözlə, əmtəə birjaları elə bir xüsusi növ bazardır ki, burada yekcins əm­təələr (pambıq, kömür, taxıl, ağac ma-terialı, metal və i. a.) kütləvi surətdə nümunələr və stan-dartlar üzrə alınıb – satılır, həmin əmtəələrə tələb və təklif bütöv bir ölkələr qrupu, habelə dünya bazarı miqyasında cəmlənmiş olur. Birja sövdələşmələrində əmtəələr əldən-ələ keçmir. Bu­rada satıcı müəyyən olunmuş müddətdə alıcıya müəyyən miqdarda əm­təə verməyi öhdəsinə götürür. Əmtəə birjalarında alqı-satqı zamanı alıcı ilə satıcı arasındakı hesablaşmalar ya həmin vaxtda, yaxud da müəyyən müd-dətdən sonra aparıla bilər.
Əmtəə birjaları bəzi hallarda müstəqil, bəzi hallarda qiymətli kağızlar birjası ilə birlikdə, bəzi hallarda isə hətta ayrı-ayrı əmtəə qrup­ları üzrə fəaliyyət göstərir. Məsələn, Nyu-Yorkda dünyada ən qədim pambıq (1868-ci il) birjası, qəhvə və şəkər (1882-ci il), kakao (1925-ci il) birjaları vardır. 1933-cü ildə bir neçə birjanın (kauçuk, gön-dəri, ipək, əlvan metallar və s.) birləşməsi nəticəsində birləşmiş birja əmələ gəlmiş­dir. Bir sıra ərzaq məhsulları (məsələn, yağ, yumurta, buğda, çovdar, arpa, kartof və s.) ticarəti ilə məşğul olan birjalar, ticarət palataları da vardır.
Fond birjaları bazar iqtisadiyyatının barometri rolunu oyna­maq­la müəyyən dərəcədə mütəşəkkil bazardır. Bu birjanın üzvləri həm ayrı-ayrı qiymətli kağız sahibləri, həm də kredit-maliyyə təşkilatları ola bilərlər. Birja əməliy-yatlarının aparılması qaydasının müəyyən olunma­sı­na döv-lət tərəfindən nəzarət edilir. Hazırda dünyada 250-yə yaxın fond birjası fəaliyyət göstərir ki, bunların içərisində, aparı-lan əməliy­yat­ların miqyasına görə ən iriləri və məşhurları Nyu-York, London, Tokio, Frankfurt birjalarıdır. Böyük ölkələrdə bir neçə birja fəaliyyət göstərir. Məsələn, ABŞ-da belə birjaların sayı 11-ə, Yaponiyada 9-a, Kanadada 6-a, Fransada 7-ə, Almaniyada 8-ə bərabərdir. ABŞ-da fond bir-jaları xüsusi rol oynayır. Belə ki, ABŞ-ın fond birjalarında olan qiy­mət­li kağızların ümumi dəyəri, üst-üstə inkişaf etmiş bütün ölkələrdə olan qiymətli kağızlardan çoxdur. Fond birjalarında da qiymətlər tələb və təklif əsasında əmələ gəlir.
Bazar iqtisadi sistemi açıq iqtisadiyyata və azad sahbikarlığa əsaslandığına görə bütün fond birjaları bir-birilə qarşılıqlı əlaqə və təsir halında fəaliyyət göstərirlər. Bu birjaların daha «nüfuzlusu»nda, məsə­lən, Nyu-York birja-sında qiymətli kağızların məzənnəsinin dəyişməsi başqa fond birjalarında da əks səda doğurur. Odur ki, bütün birjalarda qiymətli kağızların məzənnəsinin dinamikasını müəyyən etmək üçün səhm­lərin indeksi hesablanır. Bunların başlıcası Nyu-York fond birja­sında məzənnəni göstərərn Dou-Cons indeksidir ki, bunun timsalında digər birjaların da indeksləri müəyyən edilir. Bu indeks ilk dəfə 1897-ci ildə «Uoll Strit Cornel» şirkətinin sahibi X. Dou tərəfindən 12 müxtəlif şirkətə məxsus olan səhmlərin məzənnələrini cəmləyib, 12-yə bölmək yolu ilə hesablanmışdır. 1928-ci ildən sonra isə onun hesablanması qay­dasında bir neçə dəfə dəyişiklik edilmişdir. Hazırda bu indeks Nyu-Yorkun fond birjasında ticarət gününün axırına ABŞ-ın 65 şirkətinin, o cümlədən 30 sənaye, 15 ümumi istifadədə olan və 20 dəmiryol şirkətinin səhmlərinə əsasən hesabi orta kəmiyyət kimi müəyyən edilir.
birja
Fond birjalarının əsas vəzifəsi hər iki tərəfi təmin edən qiymət­lərlə əmanətlərin imkan daxilində tez bir za-manda məqsədli istifadə olunmasını təmin etməkdən ibarət-dir. Bu vəzifəni çoxsaylı agentlər, bro­kerlər, maklerlər1, di-lerlər yerinə yetirirlər. Fond birjalarında vəziy­yətin nə yerdə olduğunu, nə vaxt, hansı şərtlərlə və hansı qiymətli ka­ğız­la-rın buraxıldığını onlar daha yaxşı bilirlər. Broker səhmlərin, istiq­razların, daşınmaz əmlakın alınıb-satılması ilə əlaqədar sövdələşmələrin həyata keçirilməsində vasitəçilik edən şəxsdir. O, satış əməliyyatlarının yerinə yetirilməsinə kömək edir, yaxud da müştərinin hesabına satışdan əvvəl və ya sonra gələn əməliyyatların həyata keçirilməsini yüngülləş­di­rir və bunun müqabilində komisyon haqqı alır. Brokerin aldığı muzda – haqqa, ingiliscə brokeric, fransızca kurtaj deyilir. Bu haqq ya sövdə­ləş­mədə alqı-satqı əməliyyatının məbləğində faiz şəklində, yaxud da sövdəsi vurulmuş obyektin həcmi nəzərə alınmaqla müəyyən edilir. Diler isə qiymətli kağızları öz vəsaiti ilə öz adına satın alır və sonra on­ları başqalarına satır. Satışdan əldə edilən əlavə gəlir onun mənfəətini əmələ gətirir.
Fond və əmtəə birjalarının nəzdində qiymətqoyma (katirovka) komissiyası yaradılır və fəaliyyət göstərir. Onun əsas vəzifəsi birja tica­rətində əmtəələrin qiymətlərini, yaxud da qiymətli kağızların məzənnə­sini qeydə almaq və nəşr (elan) etdirməkdir. Bu qiymətlər xüsusi bül­letenlərdə və dövri mətbuatda dərc olunur.
Birja qiymətlərinin iki növü vardır: 1) Malın dərhal tədarük edil­mə­sini tələb etmədən, birjada bir gündə bağlan-mış «müddətli» sazişlə qiymətqoyma; 2) Real əmtəələrin tədarük olunmasını tələb edən, qiy­mətqoyma günü müqa-vilə qiymətləri əsasında «real əmtəələr» üçün bağlanan sazişlə qiymətqoyma.
Valyuta birjası hər hansı bir ölkənin milli valyutasını dönərli valyutaya və ya əksinə, dəyişdirmək üçün yaradılır. Fond birjaları mey­dana gəldikləri və fəaliyyət göstərdikləri ilk dövrlərdə onun tərkibində xarici valyutanın alınıb-satıldığı valyuta birjaları da təşkil olunurdu. Sonralar bu əməliyyatları iri banklar aparmağa başladılar. Hazırda xarici valyutaların alqı-satqısı əməliyyatlarını fond birjaları və banklar yerinə yetirirlər.
Valyuta birjalarının xüsusi orqanları – adətən qiy-mətqoyma komissiyası – xarici valyuta məzənnələrini müəy-yənləşdirir və onları xü­susi bülletenlərdə dərc etdirir. Bank-lar, sənaye və ticarət inhisarları, xa­rici valyutası olan ayrı-ayrı sahibkarlar bundan müxtəlif maliyyə əmə­liyyatlarında geniş istifadə edirlər. Xarici valyuta ilə qiymətqoy­ma­nın aşağıdakı iki növü vardır: 1) Birbaşa qiymətqoyma; 2) Vasitəli qiymətqoyma. Bir­ba­şa qiymətqoyma daha geniş yayılmışdır və bu zaman xarici val­yuta va­hidi milli valyuta ilə ifadə olunur. Vasitəli qiymətqoyma zamanı isə milli val-yuta vahidi xarici valyuta ilə ifadə edilir.
Əmək birjaları iş qüvvəsinin alınıb-satılması üçün sövdələşmə­lərdə işçilərlə sahibkarlar arasında vasitəçilik edən müəssisədir. Əmək birjası ilk dəfə XIX əsrin birinci yarısında meydana gəlmişdir. O, dövlət müəssisəsidir və bir qayda olaraq Əmək Nazirliyinə tabe olur. Dövlət, onun vasitəsilə əmək bazarına təsir göstərir. Əmək birjasının əsas və­zifələri bunlardır: 1) Işsizləri işə düzəltmək; 2) Arzu edənlərə iş yerinin dəyişdirilməsində kömək göstərmək; 3) Iş qüvvəsi bazarında vəziyyəti öyrənmək və onun haqqında informasiya vermək; 4) Gənclərə peşə yö­nümündə kömək etmək; 5) Bir sıra ölkələrdə (Böyük Britaniya, Italiya, Fransa və i. a.) işsizləri uçota almaq və onlara yardım etmək, müavinət vermək.
Dövlət strukturlarında olan əmək birjaları ilə yanaşı, müəyyən işçi qruplarına (kənd təsərrüfatı işçiləri, idarə işçiləri, müəllimlər və i. a.) xidmət edən xüsusi vasitəçilər, habelə həmkarlar, dini və gənclər təşkilatları nəzdində işədüzəltmə büroları da fəaliyyət göstərir.

Birja sövdələşmələri və onların növləri


Birja sövdələşmələri qiymətli kağızlarla, əmtəələrlə və ya xarici valyuta ilə aparılan ticarət sövdələşmələridir. Bu sövdələş­mələr iki yerə bölünür: 1) Pulun dərhal ödənildiyi kassa sövdələşmələri; 2) Pulun müəyyən vaxtdan sonra (adətən bir ay ərzində) ödənildiyi müddətli sövdələşmələr.
Birja sövdələşmələrinin əsas növü müddətli, həm də «fərq nəzərə alınmaqla» ödənilən sövdələşmələrdir. «Fərq nəzərə alınmaqla» ödənilmə o deməkdir ki, müəyyən olun-muş müddət başa çatdıqda söv­dələşmə aparılan dövrdəki məzənnə ilə ödənilmə vaxtı keçdikdən son­ra­kı dövrdə olan məzənnə arasındakı fərqi tərəflərdən biri digərinə ödə­mə­lidir. Müddətli sövdələşmələr bəzi hallarda məzənnələr arasında fər­qə görə «oyununu» xatırladır. Və zərərçəkən bu fərqi qiymətli kağızı və əmtəələri qaytarmaqla ödəyir. Bu isə işbazlara birjalarda böyük məb­ləğdə möhtəkirlik etməyə imkan verir.
Müddətli sövdələşmələrin özü də iki yerə bölünür:
1) Sadə müd­dətli sövdələşmələr;
2) Mükafatlı müddətli sövdə-ləşmələr.
Sadə müddət­li sövdələşmələr aparıldığı zaman öh-dəlik qəti müəyyən edilmiş müd­dətdə, sövdələşmə aparılar-kən qeydə alınmış məzənnə və ya qiy­mətlə yerinə yetirilir. Mükafatlı–müddətli sövdələşmələrdə isə tərəf­lər­dən bi­ri di-gərinə müəyyən məbləğdə mükafat verməklə sövdələşmədən imtina etmək və ya onun şərtlərini dəyişdirmək hüququ əldə edir. Bir­ja­da müddətli sövdələşmələr adətən eyni vaxtda, deyək ki, ayın ortala­rın­da (buna medeo deyilir), yaxud da axırında (buna ultimo deyilir) başa ça­tır. Onlar daha çox möhtəkirlik xarakteri daşıyır. Çünki sövdələşmə məqamında satıcıda səhm, alıcıda isə pul olmaya bilər. Sövdələşmə ba­şa çatdığı məqamda səhm məzənnəsi yüksələrsə, alıcı qazanır, çünki o səhmi yüksək qiymətlər formalaşana qədər, qabaq-cadan şərtlən­di­rilmiş aşağı qiymətlə satın almışdır. Səhm məzənnəsi aşağı düşdükdə isə satıcı qazanır, çünki o, qiy-mətdən düşmüş səhmləri qabaqcadan razı­laşdı­rıl­mış yüksək bazar qiymətləri ilə satmışdır.
Qərbi Avropa ölkələrində birja sövdələşmələrinin əsas forması müddətli sövdələşmələr olduğu halda, ABŞ-ın birjalarında kassa sövdə­ləşmələri üstünlük təşkil edir. ABŞ-da bank kreditini almaq imkanına malik olmayan adamlar maklerlərin vasitəçiliyindən istifadə edirlər. Daha doğrusu, makler müəyyən faizlə bankdan kredit götürür və onu daha yüksək faizlə başqalarına borc verməklə həm komisyon haqqı alır, həm də möhtəkirlik edir.

0 şərh