Рейтинг
+8.87

Maliyyə və bank işi

25 üzv, 30 topik

Qloballaşan dünyada inflyasiya

Dünya iqtisadiyyatının qloballaşma şəraitində milli iqtisadiyyatın bütün sahələrində inflyasiyanın dəyişməsi və iqtisadi artım günün vacib məsələlərindən biri hesab edilir.

İnflyasiya əmtəə və istehsal amillərinin qiymətlərinin ümumi səviyyəsinin yüksəlməsidir. O, pulun dəyərsizləşməsi, onun alıcılıq qabiliyyətinin aşağı düşməsi, qiymətlərin qalxması, əmtəə qıtlığı, əmtəə və xidmətlərin aşağı keyfiyyətdə olmasını özündə əks etdirir. İnflyasiyanın dərin səbəbləri həm tədavül (dövriyyə), həm də istehsalat sferasında yerləşir və tez-tez dövlətin siyasi münasibətlərində özünü biruzə verir.

İnflyasiya hər bir halda iqtisadi artıma təsir edir. Bu təsir bir çox amilləri özündə xarakterizə edir. Bunlardan biri də bazar iqtisadiyyatının prinsiplərinə uyğun olan investisiya layihələrinin qiymətləndirilməsidir. Belə ki, investisiya layihələri qiymətləndirilərkən inflyasiyanın şərtlərindən aşağıdakı amillərin nəzərə alınması vacibdir:

1. Manatın inflyasiyasının ümumi indeksi;

2. Manatın valyuta məzənnəsinin proqnozları;

3. Məhsula və resurslara qiymətlərin vaxta görə dəyişmələrinin proqnozları, eləcə də perspektiv üçün orta əmək ödənişləri və digər göstəricilərin səviyyəsinin dəyişmə proqnozları;

4. Vergi dərəcələri, rüsumlar, Respublikanın yenidən maliyyələşdirilmə dərəcəsi və dövlət tənzimlənməsi üzrə digər maliyyə perspektivləri.


Ardı →

Maliyyənin funksiyaları

Maliyyənin funksiyalarını araşdırmazdan öncə «funksiya» anlayışını nəzərdən keçirək. Funksiya sözü latınca «functio» sözündən əmələ gəlib, mənası «icra etmək», «gerçəkləşdirmək» deməkdir.

Maliyyənin əsasən iki funksiyası vardır: bölgü və nəzarət. Eyni zamanda bəzi iqtisadi ədəbiyyatlarda maliyyənin istehsaledici, stimullaşdırıcı, tənzimləyici, idarəedici funksiyalarının da olduğu göstərilir.

Buna görə də maliyyətin funksiyalarını toplu şəkildə nəzərə almaq lazımdır. Funksiya iqtisadi anlayışların mahiyyətinin özünüifadə vasitəsidir. Maliyyə bir kateqoriya olaraq pul fondlarının yaradılması və istifadəsi ilə, gəlirlərin meydana çıxması ilə bağlı olan bölgü münasibətləridir. Eyni zamanda maliyyənin fəaliyyət göstərməsi istehsal fondlarından səmərəli istifadəni, istehsalın qiymət strukturunu tənzimləyir, yönəldiyi obyektləri stimullaşdırır, nizamlayır və möhkəmləndirir.


Ardı →

Kredit kartlarının fayda və ziyanları

Kredit kartları müasir iqtisadiyyatın ayrılmaz hissəsidir və gündəlik həyatımızda mühüm rol oynayır. Onlar istifadəçilərə təcili ehtiyaclarını qarşılamaq üçün maliyyə rahatlığı təklif edir və bir çox sahədə nağd pula alternativ kimi istifadə olunur. Ancaq kredit kartlarının istifadəsi ilə bağlı müəyyən risklər də mövcuddur. Bu yazıda kredit kartlarının fayda və ziyanları haqqında ətraflı məlumat veriləcək, bu məlumatlar düzgün qərar vermənizə kömək edə bilər. Kredit kartlarından istifadə edərkən nəzərə alınması vacib olan məqamlar var, bu məqamlar haqqında məlumat sahibi olmaq isə sizin üçün faydalı ola bilər.


Davamı →

Plastik kartlarla ödənişlər həqiqətən də güvənlidir?

Plastik kartlarla ödəniş etmək bu günlərdə ən yayılmış ödəmə üsullarından biridir. İstər mağazalarda, istərsə də onlayn platformalarda alış-veriş edərkən plastik kartlardan istifadə olunur. İnsanlar nağd pulla müqayisədə daha rahat və tez bir şəkildə ödəmələrini həyata keçirirlər. Ancaq bu rahatlıqla yanaşı, plastik kartların təhlükəsizliyi barədə çoxlu suallar ortaya çıxır. Plastik kartların təhlükəsizliyi ilə bağlı müxtəlif qorxular var və bu qorxular, xüsusən də kart məlumatlarının oğurlanması və dələduzluq hallarının artması ilə əlaqəlidir. Bu yazıda plastik kartların təhlükəsizliyi mövzusunu araşdıracaq və kartlardan istifadə edərkən nə dərəcədə güvəndə olduğumuzu müzakirə edəcəyik.


Davamı →

Kassa çekini tələb etmək lazımdır?

Alış-veriş gündəlik həyatımızın ayrılmaz hissəsidir. Hər alış-veriş zamanı kassa çeki tələb etmək isə məsələnin hüquqi tərəfdən təminatıdır. Əgər alış-veriş zamanı çek verilməyibsə, bu, qanun pozuntusu və vergidən yayınma deməkdir. Alıcı hər alış-veriş zamanı dövlət büdcəsinə vergilərin ödənilməsində iştirak edir. Belə ki, alış-veriş etdiyimiz yerlər arasında ƏDV ödəyiciləri olan iri supermarketlər və kiçik sahibkarlıq subyektləri vardır. İstehlakçı alış-veriş zamanı müxtəlif vergiləri (ƏDV, aksiz) ödəyir, həmçinin sahibkarın satışı rəsmiləşdirdiyi zaman gəlirlərini bəyan etməklə vergiləri ödəməsində dolayı şəkildə iştirak edir. Məsələn, vətəndaş əldə etdiyi çekə baxmaqla orada ödənilmiş ƏDV məbləğini görə bilər.
Davamı →

Maliyyə fırıldaqçılığında sərhəd tanımayan milyonçu

Maliyyə fırıldaqçıları içərisində Barri Minkovun bioqrafiyası xüsusi olaraq seçilir. Barri 16 yaşı olduqda ABŞ-ın ən gənc milyonçusuna çevrilir. 1987-ci ildə, onun 20 yaşı tamam olduqda sahib olduğu ZZZZ Best şirkətinin kapitalizasiyası 280 milyon dollar təşkil edirdi. Sahibkar öz uğurları haqqında mühazirələr demiş və kitablar yazmışdı.

1988-ci ildə jurnalistlər belə aşkar edirlər ki, Minkovun şirkəti faktiki olaraq mövcud deyil və o IPO həyata keçirmək üçün bir neçə min sənədi saxtalaşdırıb.

İlk baxışdan Barri Minkovun milyonçu olacağını təxmin etmək çətin idi. 1967-ci ildə Rezeda adlı kiçik Amerika şəhərində dünayaya gələn Minkov elə burada məktəbə gedir.
Davamı →

2015-ci ildə pulunuzu necə dəyərləndirməlisiz?

 “Dövlət əmanətlərin cəlb olunması üçün uzun müddətdən bəri güzəşt tətbiq edirdi. Son iki ildə bu güzəştin müddəti artırılsa da, artıq hökumətin tezliklə əmanətlərdən əldə olunan gəlirlərə vergi tətbiq edəcəyi məlum idi”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, bank sektoruna etibarın artması və indiyədək tətbiq olunan güzəştlər sayəsində əmanət büdcəsi 7 milyard manata çatıb: “İllik 10 faiz nəzərdə tutulan verginin tətbiq olunması illik 7 milyon manat deməkdir. Lakin hökumət yenə də bu vergini tam tətbiq etmir, müəyyən differensiallıqla tətbiq etməyə başlayır. Bu o deməkdir ki, əgər əmanətdən il ərzində əldə olunan gəlir 500 manata qədərdirsə, vergi tətbiq olunmur. Məsələn, əgər banka illik 10 faizlə 5000 manat vəsait qoymuşuqsa, bizim illik gəlirimiz 500 manat olacaq. Bu gəlirdən vergi tutulmayacaq. Lakin əmanətdən əldə olunan qazanc məsələn 550 manatdırsa, bu zaman 500 manat çıxılacaq, qalan 50 manatın 10 faizi həcmində vergi tətbiq olunacaq”.

Ardı →

Maliyyə ehtiyatlarının tərkibi

Dövlətin və ya müəssisənin gəlir və yığımlarının məcmusuna maliyyə ehtiyatları deyilir. \Lakin maliyyə ehtiyatları heç də gəlirlərlə eyni deyildir. Bu anlayışı nəinki ümumiyyətlə gəlirlərlə, həmçinin milli gəlirlə, xalis gəlirlə, mənfəətlə və s. eyniləşdirmək olmaz. Onların hər birinin bir kateqoriya kimi özünəməxsus xüsusiyyətləri var. Onu da xüsusi qeyd etmək lazımdır ki, adətən, maliyyə ehtiyatları əvvəlcədən planlaşdırılmamış xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan ehtiyat fondları ilə qarşı-qarşıya qoyulur. Dəyər formasında yaradılmış ehtiyat fondları nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçündür. Ehtiyat fondlarının maliyyə vəsaiti bütün idarəçilik səviyyələrində yəni dövlət, müəssisə və təşkilatlarda yaradıla bilər.
Davamı →

Maliyyənin mahiyyəti

Maliyyə anlayışı  tarixən mal mübadiləsi və pul münasibətlərini bildirib. «Maliyyə» sözü ərəbcədən götürülüb, mənası «malın, sərvətin dəyəri», yəni puldur. «Finans» sözü isə qədim latın dilindəki «financia» sözündən götürülmüşdür, hərfi mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi Orta əsrlərdə İtaliyada daha sonra isə bütün dünyada istifadə olunmağa başlamış və beynəlxalq status almışdır. Maliyyə anlayışı heç də pul münasibətlərinin hamısını əhatə etmir. Pul münasibətləri daha geniş anlayışdır. Müasir cəmiyyətlərin hər birində bir sıra pul münasibətləri fəaliyyət göstərir.    
Maliyyə iqtisadi bazisin elementidir və iqtisadi kateqoriya kimi çıxış edir, çünki, hər şeydən əvvəl, o, istehsal münasibətlərinin müəyyən tərəflərinin universal və mücərrəd formada ifadəsidir. «Bazis» dedikdə üstqurumun əsasını təşkil edən istehsal münasibətlərinin toplusu başa düşülür. Maliyyə iqtisadi münasibətləri ifadə edir və müvafiq olaraq iqtisadi bazisin tərkibinə daxildir.
Davamı →

Banklar və onların növləri. Bank əməliyyatları

Kredit sisteminin mərkəzində banklar dururlar. Onların yerinə yetirdikləri vəzifələrin kökləri qədim dövrlərə– Qədim Babilistan, Mi­sir, Yunanıstan və Roma imperiyası–gedib çıxır. Müa­sir bankların ilk varisləri Florensiya və Venesiyada (1587-ci il) meydana gəlmişdir. O dövrdə bank-ların əsas vəzifələri pul vəsaitlərini əmanətə qəbul etmək­dən və nəqd olmayan hesablaşmaları aparmaqdan ibarət olmuş-dur. Sonralar bu prinsip nəzərə alınmaqla Amsterdamda (1605-ci il) və Hamburqda (1618-ci il) bank yaradılmışdır.
Ayrı–ayrı ölkələrdə maliyyə–kredit təsisatları mər-kəzi bank­lara, kommersiya banklarına və ixtisaslaşdırılmış kredit təşkilatlarına bölünür.
Davamı →