Рейтинг
+8.87

Maliyyə və bank işi

25 üzv, 28 topik

Kommersiya bankları

Müasir dövrdə pul təsərrüfat həyatının ayrılmaz atributudur. Məhz buna görə də maddi nemetlərin əldə edilməsi və xidmət göstərilməsi ilə bağlı bütün sazişlər pul hesablaşmaları ilə nəticələnir. Sonuncu­lar nağd və nağdsız formada ola bilərlər. Nağdsız pul istifadəsi ilə bağlı maliyyə hesablaşmalarının təşkili nağd pul köçürmələrinə nisbətən üstünlük təşkil edir. Belə ki, tədavül xərclərində nağdsız pul hesablaşmaları vasitəsi ilə əhəmiyyətli dərəcədə qənaət əldə edilir. Bankların çoxsahəli şəbəkəsi nağdsız hesbalaşmaların geniş tətbiqinə, eləcə də dövlət səviyyəsində onların inkişafının makroiqtisadi proseslərin tənzimləyicisi kimi iştirak etməsinə imkan yaradır.


Ardı →

Azərbaycanın bank sistemi

Bank sistemi — Azərbaycan maliyyə sisteminin mühüm elementi sayılır. Bu gün banklar aktivlərinin və kapitalının həcminə, regional əhatəsinə görə digər maliyyə vasitəçilərini dəfələrlə üstələyir.


Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan iki pilləli bank sistemi (birinci pillədə Azərbaycan Respublikasının Mərkəzi Bankı, ikinci pillədə kommersiya bankları və bank olmayan kredit təşkilatları) fəaliyyət göstərir.


Ardı →

Xəzinədarlıq

Baş Dövlət Xəzinədarlığı Azərbaycan Respublikası prezidentinin 4 oktyabr 1995-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə ehtiyatlarının vahid mərkəzdən idarə edilməsini təmin etmək, bu vəsaitlərin daxil olması və xərclənməsi üçün daha çevik nəzarət mexanizmini yaratmaq,dövlət borclarının, zəmanətlərin və alınmış kreditlərin uçotunu yaxşılaşdırmaq və respublikada qiymətli kağızlar bazarının formalaşmasını sürətləndirmək məqsədi ilə yaradılmışdır. Baş Dövlət Xəzinədarlığı haqqında Azərbaycan Respublikası


Ardı →

Büdcənin icrası

Dövlət büdcəsinin hesabatı – qanunvericiliklə müəyyənləşdirilmiş dövr ərzində büdcə təşkilatlarının müvafiq icra hakimiyyəti orqanına və ölkənin qanunverici orqanına dövlət büdcəsinin icrası haqqında təqdim etdiyi hesabat.


Dövlət büdcəsinin gəlirlərinin icrası barədə hesabat dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən müvafiq icra hakimiyyəti orqanının (Maliyyə Nazirliyi) müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar əsasında hazırlanır. Azərbaycan Respublikasının Hesablama Palatası öz nizamnaməsinə uyğun olaraq dövlət büdcəsinin icrası barədə hesabatlara və müvafiq qanun layihələrinə dair rəy verir. Azərbaycan Respublikasının Milli Məclisi təqdim olunmuş sənədləri müzakirə edir və müvafiq hesabat ili üzrə dövlət büdcəsinin icrası barədə qanunu təsdiq edir. İcmal büdcənin icrası barədə rüblük və illik hesabatlar (büdcənin gəlirləri, xərcləri, dövlət borcunun məbləği, kreditlər və s


Ardı →

Büdcə


Büdcə prosesində aşağıdakı dövlət qurumları iştirak edir:


  • Nazirlər Kabineti

  • Maliyyə Nazirliyi

  • Statistika Komitəsi

  • Milli Məclis

  • Vergilər Nazirliyi

  • İqtisadi İnkişaf Nazirliyi

  • Gömrük Komitəsi

  • Bələdiyyələr

  • Hesablama Palatası və s.

Ardı →

Büdcə proqnozlaşdırılması

BÜDCƏ PROQNOZLAŞDIRILMASININ HÜQUQİ İQTİSADİ ƏSASI VƏ VƏZİFƏLƏRİ


İstənilən dövlətdə büdcə prosesləri büdcə qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasında büdcə qanunvericiliyi dedikdə Azərbaycan Respublikasının Konstitusiyası, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunu, “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq qəbul edilən dövlət büdcəsi haqqında qanunlar və digər normativ-hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərdə tutulur.


Ardı →

Büdcə prosesi

BÜDCƏ PROSESİ VƏ ONUN MƏRHƏLƏLƏRİNİN XARAKTERİSTİKASİ
İlk növbədə büdcə prosesləri ilə büdcə ili anlayışlarına bir qədər aydınlıq gətirmək lazımdır. Çünki bu terminlər çox tez-tez eyni bir mənaya malik müddəalar kimi qəbul edilir. Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” qanunun 1.1.3 maddəsinə görə büdcə ili yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövrdür.
Ardı →

Dövlət və bələdiyyə maliyyəsinin əsasları

Dövlət maliyyəsi (public finance) – dövlətin vergiqoyma, borclanma və xərc siyasətini analiz edən iqtisadiyyatın bir sahəsidir. Dövlət maliyyəsi dövlətin yaşamasının və onun fəaliyyət göstərməsinin maddi cəhətdən təmin edilməsinə xidmət göstərən dövlət pul vasitələri fondlarının yaranması, bölgüsü və istifadə edilməsində cəmiyyətin iqtisadi münasibətləri məcmusu. Dövlət maliyyəsi iqtisadi münasibətlərin məcmusudur. Bunun əsasında pul resursları fondu yaradılır və geniş təkrar istehsal prosesi üçün istifadə olunur. “Dövlət maliyyəsi – dövlətin öz funksiyalarını gerçəkləşdirməsi üçün zəruri olan fondların yaranması və istifadəsi üzrə pul münasibətləri sistemidir.”


Ardı →