Maraqlı... Maraqlı...

 1. Nyu-Yorkda ev satarkən, evdə ruhların olub-olmadığını müştəriyə söyləmək qanuni məcburiyyətdir.

 2. Hindistanin Orissa əyalətində insanlar yağış Tanrısını razı salmaq üşün qurbağaları evləndirirlər.

 3. Ağ rəngli pələnglər adi pələnglərin mutasiyaya uğramış formasıdır. Bu cür pələnglərə nadir hallarda dünyanın bir neçə yerində rast gəlinir.

 4. Rəssam Judith Braun, yalnız barmaqlardan və kömür tozundan istifadə edərək qeyri-adi və maraqlı əsərlər yaradır.

 5. Xiristian dinin simvolu olan Xaç bu dinden daha evvel türklərin sitayiş elədiyi qədim Tanqre dininin simvolu olub.

 6. Məhşur bolqar öncəgörücüsu olan Vanqa qarı SSRİ-ni basi xalli olan adamın dağğıacağın, həmçinin ABŞ-ın da 13-cü prezidentinin qaradərili olacağını qeyd edibmiş.

 7. 1545-ci ildə Fransanın San-Jan-Molyen şəhərində baş tutmuş məhkəmə tarixin ən uzun sürən məhkəməsi hesab oluna bilər. Yerli sakinlər tarlalarında yaşayan ve ziyan verən çəyirtkədən şikayət ediblər. Həşəratı tutub hökm oxuya bilmədikləri üçün məhkmə işi yarımçıq qalmışhdır. 42 ildən sonra həmin tarlaya qayıdan çəyirtkə tutularaq polisə təhvil verilmişdir. Nəticədə çəyirtkəni havasız şəraitdə saxlayaraq qollarını ve ayaqlarını kəsərək ölümə məhkum etmişlər. 

 8. Böyük Vətən Müharibəsində döyüşdə həlak olanların evinə qara, üçkunc kağızlar göndərilirdi. Buna görə hamı məktub almaqdan ehtiyyat edirdi.

 9. Puşkin Dantesə qədər 3 dueldə iştirak edib və duel iştirakçılarından ikisini öldürüb. Ölüm ayağında isə "Əlvida dostlar" deyən şairin cibindən çara duelin ləğv edilməsi barəd xaihişi yazılmiış məktub çıxır. 

 10. 1983-cü ildə Vatikanda bir dənə də olsun doğum olmamışdır.

 11. Hazırda dünyaya mədəniyyət numunəsi olduğunu iddia edən bəzi ölkələrdə qədimdə insanlıqdan kənar cəza növləri olub. Fransa,İngiltərə, o cümlədən Almaniyada kilsə bəzi insanlara şeytana kömək edir adı ile diri-diri yagda bişirmək kimi vəhşi cəza tətbiq etmişdir.

 12. Titanik gəmisinin biletləri ‘Tanrının bele batıra bilməyəcəyi gəmi’ sloqanıyla satılırdı.

 13. Bəxtiyar Vahabzadənin ürəyi sağda imiş.

 14. İraq ərazisinden axıb keçən Diala çayı dünyada ilk və tək cəzalandırılmış çay hesab olunur. İran şahi Kirin sevimli ağ atı çaya düşərək boğulmuşdur. Qəzəblənmiş Kir çayın mənbəyindən 360 kanal çəkərək çayın bütün suyunu qurutmağı əmr edib.

 15. 1474-cü ildə İsveçrənin Bazel şəhərində yumurtlamış xoruzu cadugərlikdə günahlandıraraq yumurta ilə bərabər odda yandirmışlar. Ona oxşar daha bir hadisə 1740-cı ildə Fransada baş vermişdir. Cadugərlikdə günahlandırılmış bir inək asılaraq edam olunmuşdur. 

 

27 şərh

rezerv
7-сi və15-ci  gülməkdən başqa bir şey deyildi və eyni zamanda ağılsızlıqda ön sıralardadır. Azərbaycanda intibah,avropada isə...? Bilən var?
ctrlA
7-ci və 15-ci gülməkdən başqa maraqlı, həm də qəribə, qeyri-adi idi. Avropa bu hala düşüncəyə qədər bu yolu keçib. sadəcə bu..
rezerv
Diyəsən sualı səhv anlamısız. O sualın topikə adiatı yoxdur. Yəni sual verdim ki, intibah avropada nədir?
ctrlA
Avropa intibahı bu linkdə - 

Bu intibah dövrü — yenidən oyanış dövrü, yuxarıda deyildiyi kimi bəzən gülməli gələ biləcək hadisələrlə də zəngin olmuşdur. Avropa intibahı bilavasitə ərəblərin İspaniyaya gedib çıxması ilə başlamışdır. Bütün dünyada olduğu kimi intibah sözünün Avropada da mənası eynidir: «yenidən doğulma». Fərqi yoxdu necə olub, hansı hadisələr baş verib. Əsas odur ki, bu gün bizim anladığımız mənada intibah baş verib Avropada da. Avropa intibahı elə bizim başa düşdüyümüz intibah anlayışıdır. Bu dövr ərəblərin İspaniyaya gəlişindən tutmuş, kilsənin hər şeyi əli altında cəmləşdirməsi, reformasiya baş verməsi ilə davam etmişdir. Həmçinin bura «Böyük Coğrafi Kəşflər»i də aid edərdim mən. Daha sonra Avropada italyan, ispan, holland rəssamlarının, yazıçılarının yaradıcılığı, İngiltərədə, Fransada respublika yaranması dövrü və s. — bütün bunlardın Avropa intibahı…
Asya
hamisi  cooooooox  maraqli  idi.13  lap  maraqli  idi
rezerv

Anladım, sualı başa düşməməniz mənim günahımdır. Sual belədir intibah avropada necə adlanır?

ctrlA
həə, renessans olmalıdır, məncə.
rezerv
Düzdür.
ctrlA
Bilmək olar niyə soruşduz bunu? Gördüyüm qədər özünüz bilirsiz. soruşma səbəbini anlamadım
rezerv

Bilrəm)) Sizin bilib bilmədiyinizi öyrənmək istədim. Pis oldu?

ctrlA
pis yox, sadəcə bir az qəribə oldum. Açığı insanların mənim dünyagörüşümü yoxlaması xoşuma gəlmir desəm yalan olmaz :)
rezerv
ortaq nöqtəmizi tapmışam də.
ctrlA
Bir ortaq nöqtəmiz də bu saytda olmağımızdı :) yəni bu qədər fikirləşmədən də tapmaq olur :)
rezerv
Mən çox fikirləşməmişdim. Amma,bu axlıma gəlməmişdi:)
rezerv
şərhi yanlış anlamışam. Yenidən siz deyəndə yəni cəm nəzərdə tutmuşam. İlk cavablayan da siz oldunuz. Sual ünvanlanmışdı hər kəsə. Özüvüzü narahat hiss etməyin.
ctrlA
Yox narahat deyiləm, xoşdu :)
rezerv

Narahat etmədiyimə sevindim:)

Angelie
‘Tanrının bele batıra bilməyəcəyi gəmi’ 
rezerv
Amma,bir ayzberq batırdı. Filmə görə. Əsas səbəblərin başqa şeylər olduğunu da deyirlər.
Angelie
Səbəb hər nə olsa da batdı o gəmi...Allahı bu qədər aciz görmək olar? İnsanlar pul xətrinə bunu da edirlərsə dünyanın sonu çoxdan gəlib deməkdir...hələ uşaq olanda nənəm danışmışdı ki(mənbə yadımda deyil), insanlar Allaha qarşı çıxır, sonra da dağda bizə heçnə olmaz deyə fikirləşərək dağın içində məskunlaşırlar...amma Allah bir fırtına nəticəsində dağı kökündən qoparıb alt-üst edir…
rezerv

By tip mövzulardan mənə də danışılıb. Kim olursan ol,nəyə qadir olursan ol.Allahın qəzəbindən qaça bilməzsən. Ya bu düntada,ya da axirətdə.

Medikamentoz
Maraqlı faktları belə dini müzakirəyə çevirirsinizsə deməli bu cəmiyyətdə mənəvi bir inqilaba həqiqətən də ehtiyac var.Mənəviyyat elmlə əldə olunan məqamdır,quru ideyalar ilə deyil.
seyidova
15e ne qeder güldüme. :)
Ramil
Qeyri-adi məlumatlardır.
velili_hemide
Bəxtiyar Vahabzadənin ürəyi sağda imiş — qəribədir. Yazı maraqlı oldu. Sağ olun