Heyvanlar haqqında bilmədiklərimiz

Meymunlar yeganə heyvandır ki, zökəm olur.

Quşları ildırım vurmur. Çünki heç bir elektrik qüvvəsi onların tükündən keçə bilməz.

Sibir xoruzu oxuduqca ətrafı hiss etmir və eşitmir, elə buna görə də bu quşları çox asanlıqla tuta bilirlər. Hazırda bu quşlar mühafizə edilir.

Ən yağlı süd suiti südüdür. Onun südünün yağlılığı 43%-dir.

Atın əhilləşdirilməsinə 4-6 il, itə yarım il, delfinlərin əhilləşdirilməsinə 8 ay vaxt sərf olunur.

Dəvə bir dəfəyə 250 litr su içir.

Qarışqa öz çəkisindən 111 dəfə çox yük apara bilir.

Braziliya növündən olan arılar turş bal hasil edirlər. 

Arı balı 4 əsr qalır, lakin xarab olmur. 

Cənub yarımkürəsində Borneo, Yava və Sumatra adalarında uçan qurbağalar yaşayır. Onlar adi qurbağalardan yalnız uça bilməklərinə görə fərqlənir. Onların barmaqları xeyli uzun olub, araları xüsusi pərdə ilə birləşir ki, bu da onların bir ağacdan başqasına atılmasına kömək edir. 

Sevan gölü sahillərində çox qəribə kərtənkələlər vardır. Onların içərisində dişi kərtənkələlər yoxdur. Qəribə burasındadır ki, bu erkək kərtənkələlər yumurtalayir və onların yumurtalarından çıxan kərtənkələr də erkək olur. 

Durnalar insanın qayğısına və açıqlı olmasına çox həssasdır və həm də kinlidir. Onların bir adamdan acığı gəldikdə aylarla, hətta illərlə öz kinini yadda saxlayır. 

6 şərh

rezerv

Arı balı neçə əsr qalır deyə bilmərəm, amma mən gözümü açandan bizdə arı balı var. O, balı evimizdə hələ bu dəqiqə də görürəm. Kim bilir neçə yaşımda da görəcəyəm. Keyfiyyətindən zərrə belə itirməyib. Xarab olmamasına tam əminəm.

_BUMERANQ_
Əlbəttə ki, xalis bal təbiətin bizə bəxş etdiyi əsl dərmandır.

Amma hərdən bal alırsan, bir həftə sora görürsən ki, pesok olub. Bu da bizim kitaylara meylli «işgüzar vətəndaşlarımızın» əməyinin nəticəsidir.
soni_memmedzade
maraqlıdır ,düzü bilmirdim.Amma bal haqqında eşitmişəm,oxumuşam ki,qiyamətə qədər xarab olmayacaq.Zəm-zəm suyu,bir də bal.Evdə zəm-zəm suyu var.8 ildir qalıb,hələ də nə tamı dəyişib,nə şəffaflığı itib,nə də qoxu gəlir.bal arısı surəsində də babu haqda yazır.
soni_memmedzade
bu arada it də çox qəşəngdi aaa.sevimli bir şeydir.
lawer2012
erkekler yumurtlayiiir???tebiettt
Medikamentoz
İnsan və bonomo meymunu həzz üçün sekslə məşğul olan yeganə növdür.Digərləri çoxalma üçün istifadə edir.