Bir dahinin yalnız ölümü...

Tarix: 1850.
Məkan: Vyana Xəstəxanası.
Xəstəxanaya xaos hakimdir.
Xəstəxanada iki hissə var və bunlardan birində doğum edən hər yüz qadından doxsanı sepsis(doğum qızdırması) deyilən xəstəlikdən ölür. Elm hələ mikrobların, virusların və bakteriyaların kəşfini etməmişdi.
Xəstəxana professorları ölümlərin çoxluğunu mamaların və tibb bacılarının uğursuzluğu ilə izah edirlər.
Bir dahi bütün bu olanlara qarşı çıxır.  Dr. Semmelweis (İqnas Zimmelvays), professorlarla eyni fikirdə deyil.
O, tibb şagirdlərinin əllərini heç yumadan palatalara girib-çıxdıqlarını görür və öz hissəsində, bütün həkim və həkim namizədlərinin palatalara girmədən əvvəl əllərini əhəngli su ilə yumalarını istəyir.
 
Bu kiçik istək qısa zamanda təsirini göstərir və lohusa qızdırmasından ölüm nisbəti diqqət çəkəcəq qədər azalır. Zemmelvays Die Aetiologie, der Begriff und die Prophylaxis des Kindbettfiebers adlı kitab nəşr edir.
Ancaq xəstəxananın professorları, Dr. Semmelweisin bu kiçik dəyişikliyinə qarşı çıxıb onu xəstəxanadan qovurlar.
Bu da çatmırmış kimi onu həkim deyil, bir şarlatan adlandırırlar. Bu dahi həkim 47 yaşında təklikdən və aclıqdan dəli olaraq elə həmin sepsis xəstəliyindən dünyasını dəyişir.
Amma biz bu axmaq professorların heç birinin adını bilməzkən, Dr. Semmelweisin adının tibb tarixinin qızıl səhifələrinə yazıldığını görürük.
 
«Dünyaya gerçək bir dahi gəldiyində, onu bu işarədən tanıya bilərik: mütləq bütün axmaqlar ona qarşı birləşmişlərdir.»
 
 P.S. Hazırda Budapeşt Tibb və İdman universiteti onun adını daşıyır.
 

5 şərh

ayxansevda
raziyam amma nə yazıq ki, vaxtında dahilərə qiymət qoyulmur onların müdrik kamil düşüncələri təkzib edilir təhqir olunurlar Cəlil Məmmədquluzadə ( sevdiyim yazıçı) ömrünün sonuna kimi bu xalq üçün çalışıb ömrünün sonunda «Azərbaycan dilini korlayan yazıçı » kimi qiymətləndirilib, onun baş redaktor olduğu tənqidi realizmin tribunasl olan «Molla Nəsrəddin » jurnalı «Allahsızlar İttifaqı»nın orqanı kimi dəyərləndirilib, Repressiya qurbanları, Mühacir Ədəbiyyatının nümayəndələri- hamısı təqiblərə, sürgünlərə düçar olublar qədrini bilməmişik M.Ə.Rəsulzadə, F.Köçərlilərin və s R.Rza belə xatirələrində etiraf edir ki, M.Müşfiq aparılanda heç nə etmədik, bəlkə günahkardı onunçün aparıldı deyə düşündük, səsimizi çıxarmadıq tarixdə belə hallar lap çoxdu mən cüzi bir hissəsini xatırldım
_BUMERANQ_
Nə qədər təqiblərə məruz qalsalar da heç zaman öz amallarından dönməyiblər. Bax, budur onları dahilik səviyyəsinə qaldıran.

Mirzə Ələkbər Sabir ölümündən əvvəl yoldaşlarına vəsiyyətsayağı belə bir müraciət etmişdi:

"Qəzetdə yazarsınız ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım."
soni_memmedzade
Maraqlıdır.dahiləri elə dahi edən də məhz bu həyatda onların sıxışdırılması olub.Onlar bəlkə də haqsızlığa məruz qalmasaydılar,bu gün də tarixə düşüb xatırlanmazdılar.Hər fərd istədiyini düşünmək, istədiyinə inanmaq, özünə məxsus siyasi bir fikirə sahib olmaq, seçdiyi bir dinin zərurətlərini etmək və ya etməmək haqq və azadlığına malikdir. Kimsənin fikirinə və vicdanına hakim oluna bilməz.
ayxansevda
dilini inkişafı üçün çalışasan latın qrafikalı əlifbanın tətbiqi üçün tər tökəsən ədəbiyyatını zəmginləşdirəsən sonda «dili korlayan» adı alasan Cəlil Məmmədquluzadə bu ittihamdan sonra əlyazmalarını yandırmış baş redaktorluqdan imtina etmişdi bir il keçməmiş vəfat etmişdir haqsızlıqdı deyirəm ürəyim soyumur mən söz tapmıram buna
Medikamentoz
Faydalı olmağa çalışıb və alınıb.