iPhone-da yenilik

iPhone üçün hazırlanan proqramlara daha biri əlavə edildi.
Proqramın adı “UGly Meter”dir, yəni “Çirkin Ölçər”.
Proqramın istifadəsi çox asandır. 
Əvvəlcə proqramı telefonunuza endirirsiniz.
Sonra fotonuzu çəkirsiniz, ya da albomunuzdan bir fotonu proqrama yoxlaması üçün verirsiniz.
Proqram qaş, göz, burun, ağız və çənənin bir-birlərinə uyğunluğunu, simmetriyasını yoxlayır və sizə 1-dən 10-a qədər xal verir.
Aldığınız xal nə qədər böyükdürsə deməli siz o qədər çox çirkinsiniz.
İş bununla yekunlaşmır, xaldan sonra proqram sizi (daha doğrusu şəklinizi) şərh edir. 
Şərhlər hətta bəzən təhqiramiz olur.

Misal üçün ingilis müğənni Çeril Koulun fotosuna proqram bu cür şərh verib: “O qədər pis görünürsünüz ki… Olmaya sizin həkiminiz veterinardır?”.

Proqramın İgiltərənin baş naziri Devid Kameronun fotosuna verdiyi şərh belə olub: “Çirkinlik bir kərpic olsaydı siz də Çin Səddi olardınız”.

Məşhur aktyor Bred Pitt də proqramın hədəfinə tuş gəlib: “Qulyabani ilə bir evdə yaşasaydınız insanlar ondan yox, sizdən qorxardı”.
 

14 şərh

BaRLeLiTa
sadəcə bir proqrammdi da kimi nece düşdü şərhliyir))))))))
Medikamentoz
Maraqlıdır ki,bu proqramın reaksiyalarına «xoş sözlər» ümumiyyətlə əlavə olunubmu?!
_BUMERANQ_
Yəqin ki, yox. Bred Pittə qulyabaidən daha bərbad olduğu şərhini verirsə, inanmıram :)
Shabnam_Ilham

İnsana pozitiv enerji verər ee bu proqram, təsəvvür elə bəzənirsən, hər şey yerində, özünü göyün 7-ci qatında hiss edirsən və birdən ağlına bu proqram gəlir və qoy görək iPHONE nə deyir vəəə....gözəl ürək açan sözləri eşidirsən, 1 sual yaranır… mənə bu lazim idi?? :/ 

Nə isə əhval tamamilə super olur :)

_BUMERANQ_
Dünən televizorda baxdım iPhone üçün daha bir proqram hazırlanır, nə olsa yaxşıdı corabları axtarmaq üçün proqram.
Amma xüsusi corablardı və bu corabları alan kimi iPhone-dakı həmin proqramda, necə deyərlər, qeydiyyatdan keçirmək lazımdı :)
 
Shabnam_Ilham
Yəqin ki bu kişilərə aid bir proqramdı, nə də olmasa onlar hər zaman corab axtarışından şikayətçidirlər :)
Medikamentoz
Kişilər qadınların etməli olduqlarını zamanında həll etmədiklərindən ziyan çəkirlər.
Shabnam_Ilham
Əgər subaydılarsa onda necə? Bu da qadınların günahıdı?
Medikamentoz
Necə ki,Siz çoxluğu nəzərdə tutub fikir bildirmisinizsə,mən də eyni şəkildə reaksiya etmişəm.Məsələni fərdiləşdirmək niyyətiniz varsa sadəcə onu deyə bilərəm ki,ağlım kəsəndən öz yatağımı yığışdarmaq vərdişim var,eyni zamanda paltarlarım da səliqəli olmalı,ayaqqabılarım evə gələndə yığışdırılmalıdır,əlbəttə ki,tərəfimdən.Ancaq bunu ümumə aid etmək olmaz.Əlbəttə ki,mən fərdi gigyena və səliqəliliyin tərəfdarıyam.
Shabnam_Ilham
Mən sadəcə zarafat kimi yazmışdım. Kimisə pisləmək fikrim yoxdu. Sadəcə bu problemlə çox vaxt bəzi kişilər üzləşir, əsasən də subay kişilər, ona görə bu cür yazdım. Əgər xətrinizə dəydimsə üzr istəyirəm. :/ O ki qaldı bu hər iki proqrama münasibətim- sadəcə vaxt itkisindən başqa bir şey deyil. Corab axtarma isə lap mənasızdı. Belə getsə insanlarda «robotlaşma» gedəcək. Bu yaxşı hal deyil düşünürəm.
Medikamentoz
Hər şey qaydasındadır :)
Medikamentoz
Birazdan meyitləri qüsl edən proqram da hazırlanar.
Medikamentoz
Nə yaxşı  ki, Steve dayı bunları görmədi sağlığında…
Medikamentoz
İphone 5-in antireklamı MassMediada tüğyan edir.