Qızıl istehsal edən bakteriyalar

ABŞ-dakı Miçiqan Universitetinin mikrobiologiya və molekulyar genetika fakültəsinin əməkdaşı, professor Kazım Kaşefi ilə elektronika fakültəsinin professoru Adam Braun hazırladıqları kompakt laboratoriyada «Cupriavidus metallidurans» adlı bakteriya ilə təbiətdə olan zəhərli kimyəvi turşu, heç bir maddi dəyəri olmayan qızıl xloridini bir araya gətirərək qarışdırıblar.

Bakteriya qızıl xloridindəki zəhərli və çöküntü qarışıq maddələri «yeyərək» bir həftə içində qarışığı 999 əyarlı külçə qızıla çevirib.Kaşefi və Braunun dediklərinə görə, onların kompakt laboratoriyada gerçəkləşdirdikləri kəşf təbiətdə qızılın yaranması və bir yerə toplanaraq külçə halını alması prosesinin təkrarıdır.Professorların «The Great Work of the Metal Lover» (Metal sevənin böyük əsəri) adlandırdıqları laboratoriya dünyanın ən nüfuzlu rəqəmsal mədəniyyət, elektronik və interaktiv sənət festivalı sayılan «Prix Ars Electronica»da mükafata layiq bilinib.

Professorlar onu da vurğulayıblar ki, onlar əlkimyaçı deyillər: «Biz, qızıl xloridini qızıla döndərdik. Amma metal və ya daşın qızıl olması ilə bağlı axtarışlarla sınaqlar mənasızdır».

Milli.Az

0 şərh