Seçim qarşısında qaldıqda

Kiçik sorğu: Təsəvvür edin ki, qatarda gedirsiniz və maşinist ani olaraq ölür. Siz bilirsiniz ki, heç bir müdaxilə etməsəniz, qatar qəza edəcək və 10 sərnişin dəqiq öləcək. Edə biləcəyiniz yeganə müdaxilə isə qatarı sağdakı yola çıxarmaqdır və bu yolda relsləri düzəldən 3 ustanın üzərindən keçib onları öldürəcəksiniz. Siz müdaxilə edərsiniz, yoxsa kənarda qalarsınız?

Biz sadəcə etdiklərimizə görə məsuliyyət daşıyırıq, yoxsa edə biləcəyimiz halda etmədiklərimizə görə də? Hərhansı böyük pis bir hadisənin qarşısını ala bilmək üçün kiçik pis addımlar atarsınızmı? 10 nəfərin həyatını xilas etmək üçün 3 nəfərin həyatına son qoyarsınızmı? Müəllif: Bəxtiyar H.
 

5 şərh

Friday
mudaxile etmezdim.qatarda pencereleri sindirib her kese ordan tullanmagi teklif ederdim ya da taleyimle barishib 3 neferin heyatini 10 nefere qurban vermezdim.
azadmamedov90
zennimce o 3nefer barede fikirlesmeye vaxt olmaz,ama insn beyni1az suretli isleyir o anda,dusunerdim ki,o 3u kasib ailesini dolandirmaq ucun pulqazanmaqdan otru bu cetin isde isleyir,onlari oldurmerem..ve 10nefer barede de dusunerdim ki,bes onlar nece insandirlar yasamaga deyer???heyat cox sirindir elbetde deyer,ister pis insan ol istersede yaxsi...
ve elbetde ki yalniz suala cavab versek, ve ehtimallar nezeriyyesinde daxil etsek uzun olar. qisasi yox.10 insan olse yaxsidir…
Medikamentoz
Edə bilib etmədiklərimizə görə də həm cinayətkarıq həm də günahkar.Konstitusiyada belə susqunluq haqda bildirilib səhv etmirəmsə,sonu isə cinayət məsuliyyətinə tabe olmaqdır.
BaRLeLiTa
youtu.be/QBfXycl4dTU -bu video da burda yazılan topiklə biraz bağlıdı.Lakin burda Kişi ya öz yeganə oğlunnun və ya da qatarda ki sərnişinlərin həyatından keçmək məcburiyyətində qalır.Mənim fikrimcə kasıb və ya varlı bunun heç bir önəmi yoxdu esas olan odur ki biz hamımız insanıq,hər birimizi evdə gözlüyənmiz var, həyatı itirməyə gəlincə maddiyyat önəm daşıya bilməz.
Medikamentoz
Susqunluğa heç bir halda susqun durmaq olmaz,bu da bir növ cinayətdir!