21 dekabr 2012-ci il

Bu mövzu barədə çox fikirlər səslənib, ümumiyyətlə 2012-ci il haqqında çox yazılıb, müxtəlif dillərdə 30-a yaxın kitab dərc olunub, hətta film də çəkilib. Bütün bunlar insanların tələbatından, daha doğrusu, onların daxili suallarına cavab tapmaq istəyindən irəli gəlib. Son günlər bu dalğa daha sürətlə insanların beynini nəinki məşğul etməyə, deyərdim ki, hədsiz qorxutmağa başlayıb. Peşəmdən asılı olaraq təbii ki, ən müxtəlif təbəqələrdən mənə hər gün onlarla narahat müraciətlər olunur. Və mən də insanlarımızı narahat edən bu kimi suallara cavab vermək üçün bu məqaləni yazmaq qərarına gəldim...

On ildən çoxdur ki, milli mətbuatımızda ən müxtəlif prizmalardan dünyada baş verəcək dəyişikliklərə münasibət bildirməkdəyəm. Amma onlarla məqaləni əhatə edən həmin araşdırmalarda bir dəfə də olsun dünyanın sonu və ya dağılması barədə fikir bildirməmişəm. Olsa-olsa, dünyanın “təmir” olunduğunu dilə gətirmişəm. Amma insanlar yaranışdan xof və qorxu içində İlahi Əmr olan Qiyamət Günü barədə tələskənlik etməyə sanki alışıblar.   

Tanrı kəramətindən qidalananlar insanları saflığa çağırmaqla Son Günün əzablarından qurtulma və buna hazır olma yollarını göstərmiş, Şeytan hizbindən olanlarsa, insanları zaman-zaman təlaşda saxlamaqdan zövq almışlar. Tarixin müxtəlif dönəmlərində belə hallar tez-tez bir-birini əvəz edib, sonuncu belə “fürsət” də deyəsən, 2012-ci ildir. Şərə xidmət edən belə qüvvələr 1999-cu il üçün dedikləri səhv çıxdığından dərhal keçdilər 2012-yə. Özü də bunu ən müxtəlif formalarda diqqətə çatdırırlar: gah “göydən Yerə nəhəg asteroid gəlir”, gah “3-cü dünya müharibəsi başlayır”, gah da “təbii fəlakətlər dünyanı dağıdacaq” formasında. Özü də bu fikirləri təsdiqləmək üçün Nostradamus və Vanqadan, bəzən də digər öncəgörənlərdən sitat gətirirlər. Halbuki, adıçəkilən şəxslərin heç biri bu barədə yarım cümlə belə deməyiblər. Görünür, dünyanın siyasət dəllalları bu cür bəhanələrlə planetimizi təlaşda saxlamaq istəyirlər.

Bu kimi yanaşmaları bir kənara qoyub sırf astroloji qənaətlərimi sizlərlə bölüşmək istəyirəm. Əvvəlcə diqqəti 2003-cü ildə başlayan Sutökən Erasına ayırmaq yaxşı olardı. İstənilən astronomik era başlayanda planetimizdə əsaslı dəyişikliklərin baş verməsi qaçılmaz olur. Çünki bir mənzili təmir etmək üçün mütləq otaqda nələrinsə yerini dəyişirik və belə məqamlarda köhnə əşyalar ya tullanır, ya da sındırılır. Üstündə yaşadığımız Yer də bir mənzil timsalında olduğu üçün qalaktik dəyişikliklər baş verəndə mütləq təbiət «rəndə» rolunu oynayır. Bu səbəbdən də müxtəlif qitələrdə baş verən təbii fəlakət və digər hadisələri məhz yuxarıda deyilənlərlə əlaqələndirməliyik. Məlumatsız olanlar üçün eraların yerdəyişmə mahiyyətini qısaca izah edirəm. 

İsa Məsihin (ə) dünyaya gəlişi ilə bərqərar olan Balıqlar Erası 1991-ci ildə sona çatdı və yeni eraya yetişmək üçün 12 illik keçid dövrü yaşadıq. Bu keçid dövründə nələrin olduğunu çoxlarımız gördük. Elə ilk ildə (1991) dünya üçün böyük qorxu yaradan, nəhəng imperiya olan SSRİ dağıldı, Balıqlar bürcünün daşıyıcısı olan Mixail Qorbaçovu Sutökən bürcünün daşıyıcısı olan Boris Yeltsinin əvəzləməsi bu dəyişikliyi rəmzləşdirdi. Dünyamızda demokratik dalğa güclənməyə başladı. Sovet ordusu Əfqanıstandan çıxarıldı, Almaniya birləşdirildi, soyuq müharibə təhlükəsi sovuşdu, Şərqi Avropa ölkələri yeni reformaya keçdi və s. Dünyanın enerji mərkəzi — bütün bəşəriyyətə çox sahələrdə örnək olan Azərbaycanda ilk məxməri inqilab baş verdi (1992), xalqlar öz müqəddəratını özləri həll etməyə başladılar, kommunizmin əleyhinə yaradılmış NATO gücləndi və Şərqə doğru irəliləməyə başladı. Bu sırada planetimizi bürüyən məhəlli münaqişələr artsa da, qlobal müharibələrə son qoyuldu. 12 illik keçid dövründə dünyanın siması tamamilə dəyişdi, yeni dühalar, yeni zəkalar meydana gəldi. Fəlsəfi düşüncə tərəqqiyə çatdı, Allahla İblis arasındakı seçim konkretləşdi. 

Bir sözlə, hər kəs öz yolunu tapdı. Köhnəfikirli insanlar, şər mücəssəmələri bu real inkişafın qarşısını almağa çalışsalar da, olsa-olsa, onun sürətini cüzi şəkildə ləngidə bildilər. 

Nəhayət, 2003-cü ilin 16 fevralında yeni dövrü – Sutökən Erasını qarşıladıq. Nəzərinizə çatdıraq ki, yeni dövr təxminən iki min il davam edəcək və onun himayəsində dünyamıza İlahi Nur işıq saçacaq, Tanrıya yaxın olanlar daha da artacaq. Köklü dəyişikliklər də məhz ilk on ildə cərəyan etməlidir. Fikir versəniz, 2003-cü ildən bu yana nələrin baş verdiyini asanlıqla görə bilərsiniz. Ölkələri feodal əsarətində saxlayan, xalqlara zülm verən diktatorlar sıradan çıxırlar: Əfqanıstan, İraq, Fələstin, Acarıstan, Ukrayna, Gürcüstan, Qırğızıstan, Boliviya, Ekvador, 2011-ci ildən start götürən “ərəb baharı” və neçə-neçə digər ölkələr demokratik cəmiyyətə doğru ilk addımlarını atdılar. Göründüyü kimi bu proses sürətlə davam etməkdədir. 

Yeri gəlmişkən, müqəddəs «Avesta»ya görə, Balıqlar Erasında şər xeyir pərdəsi altında gizlənir, pislə yaxşını, dostla düşməni ayırd etmək çətinləşir. Sutökən Erasında isə bu iki əkslik arasında ciddi sədd yaranır. İnsanlar Tanrıya daha da yaxınlaşır, xeyir işlər, ədalətli əməllər daha böyük yer tutur. 

Yeni Sutökən Erasının tam oturuşması 2013-cü ilin sonunda baş tutacaq. O vaxta qədər dünyanın mənzərəsi elə dəyişəcək ki, bu gün böyük əksəriyyət o mənzərəni təsəvvürünə belə gətirə bilməz. Həmin dövrdə Latın Amerikasından tutmuş, Afrikaya qədər, İrandan tutmuş Çinə qədər demokratiya küləyi öz təsirini göstərməlidir. 

Oxucularımız sual verə bilər, əvvəlki eralarda nə kimi olaylar baş verib? Bu suala cavab aramaq üçün müəyyən araşdırmalara da varmışam. Məsələn...

Şir erasında insanlar daş alətlər düzəltməyə, o cümlədən məhsul yetişdirməyə başlayıblar. 
Xərçəng erasında onlar mağaraları tərk edərək yerin səthində yaşayış yerləri tikiblər: əyirmək, tikmək, dulusçuluq yaranıb, Aya sitayiş edilib. 

Əkizlər erasında insanlıq üçün ən böyük ixtiralardan olan, vacib ünsiyyət vasitəsi – yazı yaranıb, həmçinin çarx icad edilib. 

Buğa erası zəngin arxitekturanın formalaşmasına təkan verib ki, onun da ən bariz nümunəsi Misir sivilizasiyası olub. 

Qoç erası nahaq yerə dəmir erası adlandırılmır, bu erada dəmir icad olunub. İnsanların arasına Allah tərəfindən Xilaskarlar göndərilib (Zərdüşt (ə), İbrahim (ə), Musa (ə) və b.), böyük imperiyalar yaranıb. 

Yola saldığımız Balıqlar erasında iki nəhəng peyğəmbər — İsa Məsih (ə) və Muhəmməd (s.a.s) pərvəriş tapıb. Amma bu erada iblisanə hakimiyyətlər də özünü göstərib: xaç yürüşləri, islamafobiya, yəhudi ikitirəliyi, inkvizasiya məhkəmələri, dünya müharibələri, terror, satanizm, qara magiya və s. 

Yuxarıda sadaladığım 6 erada meydana gələn ictimai hadisələrlə yanaşı, təbiət hadisələri də mövcud olub. Belə ki, bəzi eralar zəlzələlərlə, bəziləri meteorid yağışlarla, digərləri isə vulkan və digər təbii fəlakətlərlə yadda qalıb. Məsələn, bildirilir ki, 

Qoç erasından Balıqlar erasına keçid dövründə Yerusəlim məbədi dağıdılıb, Roma kimi nəhəng şəhər tamamilə yanıb, seysmik aktivlik artıb, ağır xəstəliklər çoxlu insan həyatını məhv edib. 

Buğadan Qoça keçiddə İnd dərəsinin qədim sivilizasiyası məhv olub, bütün gil ehtiyatları əldən çıxıb. 

Xərçəng erası yetişəndə isə bütün dünyada daşqınlar baş verib, əvvəlki dövrlərin bütün qalıqlarını yuyub aparıb. Bəzi alimlər hətta Nuh tufanının məhz Xərçəng erasında baş verdiyi qənaətindədirlər.

Ən dəhşətli fəlakətlər isə Əqrəb erasının gəlişi ilə bağlıdır. Belə ki, nəhəng Atlantida sivilizasiyası məhz bu zaman məhv olub...

Hazırkı dövrün – Sutökən erasının da özünəməxsus əlamətləri var. Bu erada dövlətlər arasındakı sərhədlər götürüləcək, insan birliyinin əsasında ideologiya duracaq və cəmiyyət materiyanın təzyiqindən, diqtəsindən azad olacaq. Sutökən erası insan yaradıcılığını informasiya üzərində quracaq. Cəmiyyətdəki insanlar arasında bölgü yalnız onların intellektual səviyyələrinə görə aparılacaq. Bir sözlə, bu era insanlar arasında bərabərhüquqluluq yaradacaq, neçə-neçə əsrlər boyu sabit qalan astronomik durumu dəyişəcək, bütün Kəhkəşanda (Qalaktikada) qlobal dönüş yaradacaq. Bu era insanların təfəkküründə, dünyagörüşündə, dünyaya və insanlara baxışında böyük rol oynayacaq. Xeyirin Şər üzərində qələbəsi nəhayət ki, təmin olunacaq.

Bundan başqa 2003-cü ildə bir neçə başqa zaman ritmləri də start götürüb. Onlardan ən əhəmiyyətlisi Günəş (Avesta) təqviminin yeni dövrünün başlanmasıdır və bu, 256 il davam edəcək (2003-2259). Bu təqvimin əhəmiyyəti ondadır ki, tarixi irsi, milli-mənəvi xəzinəsi zəngin olan güclü və qədim xalqlar göstərilən iki əsr yarımda itirilmiş potensialını nəinki bərpa edəcək, hətta böyüklüyünü və əzəmətini göstərə biləcək. Tanrı yolunu tutanlar Böyük Qələbəyə qovuşacaqlar.

2003-cü ildə Qalaktika ili də başlayıb və 8,4 milyon il davam edəcək. Bu dövrdə Yerin qalaktikadakı vəziyyəti dəyişəcək. Bundan başqa, qədim hindlilər bildirirdi ki, bu dövrdə Yerdəki şüurun təkamül prosesinin növbəti mərhələsi bitəcək və bəşəriyyət Qalaktikanın informasiya şəbəkəsinə qoşulacaq. Bununla da insanların qarşısında yeni imkanlar açılacaq. 
Qədim Mayya təqvimində göstərilirdi ki, qalaktik sinxronlaşdırma şüalarının Yer üzərindən növbəti keçidi 2003-cü ilin sonunda bitəcək (onun diametri 5125 ildir). Qalaktik sinxronlaşdırma şüalarının məqsədi Yer kürəsini təfəkkür səviyyəsinə çatdırmaq idi. İndi hər birimizin təfəkkürü dəyişib, qalır ondan səmərəli şəkildə istifadə etmək. 

Təbii ki, deyilənlərlə yanaşı, Sutökən erasında mənfi fəsadlar da qaçılmazdır. Bu dövrdə sunamilər, zəlzələ və daşqınlar geniş vüsət alacaq. Amma daha çox torpaq sürüşmələri və istehsalat qəzaları artacaq. Bundan başqa xalq üsyanları, dövlət çevrilişləri də artacaq.


Bu gün dünya mediasını tutan amillərdən vacib olan ikisi haqqında danışmaq istəyirəm. Onlardan birincisi, Mayya təqvimidir. Bu yazılar haqqında məlumatı olmayanlar, ümumiyyətlə, hər hansı araşdırma aparmayanlar kütləvi informasiya vasitələrinə cəfəng məlumatlar ötürməkdədir. Oxucularımıza çatdırım ki, Mayya kitabələrinin sayı 4-dür. Hazırda söhbət açılan kitab isə 2-cidir. Bu təqvimlərin hər birinin başlanğıcı və sonu var. 2-ci kitabın son heroqlif açması təxminən belədir: “21 dekabr 2012-ci ildə planetlərin paradı olacaq”. Bu isə qeyri-adi bir anlama gəlmir. Çünki planetlərin paradı deyilən astronomik olay hər onillikdə azı bir dəfə baş verir və bunun heç bir fəsadı olmur. Hətta tam güntutulmaları belə ondan daha təsirli olur. Bunu qloballaşdırmaq, miqyasını böyüdüb dəhşətli dərəcəyə gətirmək anlaşılan deyil. 
planetlərin paradı
Qandrek monastırının lamasının açıqlamalarına gəlincə, bu daha çox cəfəng və cahili bir addımdır. Astronomiyanı hətta azacıq qavrayan hər kəs bilir ki, onun dəhşətlə bəyan etdiyi astronomik proqnozlar tam boşboğazlıqdır. Və heç bir ciddi, elmi təşkilat və qurumlar buna reaksiya verməyiblər. Həmin o lamanın vaxtilə verdiyi üç məşhur “proqnozu” gəlin, yada salaq: 1. Barak Obama andiçmə mərasiminə qədər öldürüləcək; 2. 2011-ci ilin yayında İran vurulacaq; 3. Müəmmar Qəddafi Mərkəzi Afrikaya qaçacaq. Onun bu proqnozu da “dəqiq” çıxacaq.

Sözardı: Məni bir vətəndaş kimi təəccübləndirən Şamaxı Astrofizika Rəsədxanasında çalışan alimlərimizin belə həssas məqamda susmalarıdır. Əslində bu kimi sualları onlar cavablandırmalıdır. Təəssüf ki, onlar yalnız Novruzun başlanması dəqiqəsini bir neçə gün öncə göstərməklə öz işlərini bitmiş hesab edirlər. Halbuki bunu biz də onlardan çox-çox əvvəl təyin edə bilirik. Məsələn, 2013-cü ildə Yeni il (Günəşin Qoç bürcünə daxil olması) martın 21-də Bakı vaxtilə saat 15:01-də başlayacaq. Qoy martın ortalarında bir də əziyyət çəkib hesablamasınlar.    

  Müəllif: astroloq Səbuhi Rəhimli/ milli.az
 

65 şərh

ayxansevda
guya 5 gün işıq qaz telefon şəbəkəsi olmayacaq ))))) nə qədər güldüm bunları eşidəndə.  qonşularda hazırlıq görənlər var nə qədər şam neft alıblar çox gülməlidir 
Cavid
sizinlə tamailə razıyam bu cür fikirlərin həqiqət ola biləcəyindən qorxan çoxlu insanlar var, elə birini mən tanıyıram) 
bu bir ayda şam və neft satışı güclənə bilər.. 
ayxansevda
“Mayya təqvimində guya 2012-ci ilin dekabrında bir neçə sutka ərzində Yer kürəsinin qaranlığa qərq olacağı ilə bağlı məlumatlar verilib. Amma bir astronom kimi bunu təsdiq eləməyə və hansısa elmi hadisə ilə bağlamağa bizim əsasımız yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov deyib.

Onun sözlərinə görə, Yer o halda qaranlığa qərq ola bilər ki, o hansısa böyük kütləli cisimlə toqquşa bilsin: “Əgər Yerə tərəf hansısa böyük cisim irəliləyirsə, bir neçə il əvvəldən onun trayektoriyası dəqiq hesablanır, onun Yerin trayektoriyası ilə kəsişmə ehtimalı qiymətləndirilir. Lakin hazırda Yerə tərəf hərəkət edən elə bir cisim yoxdur”.

N.Cəlilov deyib ki, Günəşdə baş verən proseslər birbaşa Yerə təsir etmək imkanına malikdir: “Düzdür, Günəşin aktivliyi 11 illik maksimumuna yaxınlaşır, amma ifrat dərəcədə böyük partlayış olsa belə, o, Yeri nə orbitindən çıxara, nə qaranlığa qərq edə bilər. Hər şey öz qaydasında gedir, Günəşdə partlayışların sayı çoxdur, amma fəlakətli partlayış gözlənilmir. Gələn ildən başlayaraq Günəşdə aktivlik azalmağa doğru gedəcək. Ona görə də bir astronom kimi mən bu söhbətlərə elmi şərh verməyə çətinlik çəkirəm. Çünki bunun elmi əsası yoxdur. Əhali arasında yaranan iğtişaşlar, qorxular tamamilə əsassızdır. Bir neçə il əvvəl “quş qripi”, “donuz qripi” ilə bağlı da belə şayiələr yayılmışdı. Əslində isə məlum oldu ki, bunlar hamısı yalandır, hansısa maliyyə qruplarının mənafeyinə xidmət edir. Belə söhbətlərin elmlə bağlılığı yoxdur”.
lawer2012
men cox qorxuram… cox da heyecanliyam. baxmayaraq ki ali tehsilli huquqwunasam,ama ondan da qabaq qadin cinsine mensubam… evvel inanmirdim, ama sonra rayon camaatini gorenden sonra lap halim condu. komek edin
Frngz
xanım qorxulası birşey yoxdur hərşey Allahın əlindədir O istəsə qiyamət indicə qopar fikir verməyin boş verin deyilənləri
Medikamentoz
21 dekabrla bağlı deyilənlər sadəcə əfsanədir,bunu NASA da əmin edir.
Friday
Hetta bunun canli wahidiyemki bezi insanlar artiq hazirliq gorurler....ozlerine wam  alanlarda var)))Hetta bezileri planlawdirirki mehz bu gunleri oz qohumlariyla beraber kecirsinler....ehhh insanlar siz necede bele cox asanliqla her weye inanirsize,,,,,,,
 
Medikamentoz
NatGeo-da daha ciddi tədbirlər görənlər ailələr haqqında verilişə də baxmışam.Yeraltı sığınacaqlar və bir neçə illik düşünülən ərzaq tədarükü :)
umud600
dünya yaranandan onun dağılması haqda fikirlər gəzir
Friday
yazilan meqaleni axira qeder oxumaga sebrim chatmadi.cunki, burcler, fantaziya, sutoken, baliqlar,Maya teqvimi...bunlar hamisi cefengiyyatdir.ola bilsin ki yer kuresinde ve planetler arasinda nese bash versin. iqlim deyishkenliyi olsun. bunu elmi cehetden, izah etmek lazimdi.daha shishirdim qlobal bir probleme chevirmerk lazim deyil.xatirlayiram mektebli olanda qush qripi deyilen bir xestelik adi yayilmishdi hamimizin agzini berk berk baglayib mektebe gonderirdiler...Guneshden aydan dunyada bash verenlerlerden yox oz etdiyimiz emellerden qorxmaliyiq.Afrika acindan xestelik mehv olur.ereb olkeleri bir birini oldurur.niye bundan yox bosh ve esassiz sheylerle ozumuzu ve bashimizi yoruruq.Olan olacaq.ozude bizim hech xeberimiz olmadan.esas odur ki realliqdan danishaq, realligi gorek.
Medikamentoz
Məsələ burasındadır ki,bizim qalaktikanın astronomik məhv olma zamanı var ki,bu da Günəşin sönməsi ilə bağlıdır və buna bir neçə milyard il qalıb.Oki qaldı asteroid təhlükəsinə Kosmosda olanların böyük əksəriyyətinin orbiti məlumadur və elmə o da məlumdur ki,naməlum idarəolunmaz obyekt istənilən zaman içində Yer ilə toqquşub onun məhvinə səbəb ola bilər.Və ola da bilsin ki,digər planetlə toqqussun və ümumi qalaktikanın nizamının pozulması fonunda Yerdə həyat məhv olsun.Qiyamət mütləq qopacaqdır,amma necə və nə zaman nə Din bilir nə də Elm.
Someone
çox maraqlı fikirlər səsləndi. Həm mövzunu həmdə şərhləri oxuyan insanlar ümüd edirəm ki, bu qorxuducu fikirlərdən uzaq olacaqlar, kimin əlavəsi olsa yaxşı olar ki qeyd etsin və bu mövzuya yene qayidacayiq, ən gec 22 dekabrda )
Medikamentoz
Dinə inananlar Allaha təvəkkül etməli və həyatlarını davam etməlidirlər,çünki Onun verdiyi elm bizə bunu deməyə əsas verir ki.astronomik heç bir təhlükə gözlənilmir.

Dinə inanmayanlar da həmi astronomiya elmi sayəsində qəti bilməlidirlər ki.deyilənlər sadəcə utopiyadır. 
Cavid
amma gəlin razılaşaq ki, hamı eyni düşünüb eyni addımı atmır, yalan olduğu nə qədər deyilsədə hələdə inananlar var. Amma onu dəqiqi bilirəm ki bu haqda söz-söhbətə inşAllah həftənin Şənbə günü, 22 dekabrda son qoyulacaq, 
azadmamedov90
Sutökən erasının da özünəməxsus əlamətləri var. Bu erada dövlətlər arasındakı sərhədlər götürüləcək, insan birliyinin əsasında ideologiya duracaq və cəmiyyət materiyanın təzyiqindən, diqtəsindən azad olacaq. Sutökən erası insan yaradıcılığını informasiya üzərində quracaq. Cəmiyyətdəki insanlar arasında bölgü yalnız onların intellektual səviyyələrinə görə aparılacaq. Bir sözlə, bu era insanlar arasında bərabərhüquqluluq yaradacaq, neçə-neçə əsrlər boyu sabit qalan astronomik durumu dəyişəcək, bütün Kəhkəşanda (Qalaktikada) qlobal dönüş yaradacaq. Bu era insanların təfəkküründə, dünyagörüşündə, dünyaya və insanlara baxışında böyük rol oynayacaq. Xeyirin Şər üzərində qələbəsi nəhayət ki, təmin olunacaq.





menim burcumde sutokendi,
 
goresen o gelecek...?
 ISA GELECEK...?  bes O gelecek......??????????????????????????
bes buna cavabin var mr. kimse...?
Medikamentoz
Gəlməlidir…
azadmamedov90
men someone`dan sorusdum, ama yenede sag ol...umumiyyetce ise 2250???
Medikamentoz
Ehitmallar müxtəlifdir,buyur.Mən Gözləmirəm,inanıram ki,gələcək.
azadmamedov90
prinsipce bunlarin ardinca getmek o qeder de mentiqli deyil...hele bu erada mentiqli insanlarin ustun oldugunu bilenden sonra…
Someone
əgər məndən suruşursunuzsa mən bunu dəqiq deyə bilmərəm, o cür bağlantılarım yoxdu)
Medikamentoz
Günah Səndədir ki belə nick seçmisən :) Narahat olma Səninlə işimiz yoxdur.
Someone
hə bilirəm, mövzunu mən paylaşdığıma görə məndən soruşurdu ancaq dəqiq məlumat olmadığını qeyd etdim, 
Medikamentoz
Hamısı fərziyyədir,əsas odur ki,bugünkü cəmiyyətdə pul qazanıb kişi olmasan da kişi kimi görsənəsən,nəyə lazım,kometa gəlsə gələcək,gəlməsə də heç.
asel
yordu e bu söhbetler. işe gedirsen işde danışırlar, eve gedirsen heyetde danışırlar
Medikamentoz
Günah Səndədir,niyə danışılan yerə gedirsən,harda ki danışılmır orda ol,Sonra da heçkimi qınama :)
asel
işe getmeyim sonra da qovulum?
Medikamentoz
İşə get amma çəkil bir kənara öz işinlə mşğul ol.Boş yox dolu danışanlara qulaq as.
asel
ele çekilmişem. yene de otaqda tek olmuram də. işimi qoyub çıxa da bilmirem otaqdan.mecbur dinleyirik
Medikamentoz
Allah köməyin olsun.

PS:Xahiş edirəm çox sağol deməyəsən :))) 
Someone
«bugünkü cəmiyyətdə pul qazanıb kişi olmasan da kişi kimi görsənəsən» ideasi il' razı deyiləm, görsənməkdənsə olmağı üstün tutmaq lazımdı, kiminsə səni necə tanıyacağı deyil özünün necə olduğu önəmlidi
Medikamentoz
Mən gördüklərimi yazıram,görünmək istəmək başqa,amma çoxlarının seçdiyi yol budur.
ibraxim
Men deyerdim ki ne '21 dekabr 2012' barede yayilan wayelere inanmiram ne de ki alimlerin bu wayeye qarwi yazdiglarina ola biler ki xalqi tewviwe salmamaq ucun bu cur yazilar yazilir hemde yuxaridaki meqaledeki bezi bolumlerde mene hecde inandirici gelmir yazilib ki 'dovletler arasinda serhedler goturulecek xeyir ve weh arasindaki mubarizede xeyir qalib gelecek' ve.s.......men duwunurem ki bu hec cure ola bilmez
onu da yadiniza salim ki muselmanlarin mehv edildiyi bir dunyada yawayiriq ve deyilir ki butun dovletlerin serhedleri yigiwdirilacaq bu da o demekdir ki muxtelif dinlere aid xalqlar bir yerde olacaq bu ise quzuyla qurdun birlikde yatmagina benzeyir!quzuyla qurdun birlikde yatmagi ise qiyametin yaxinlawdigini bildiren elametlerden biridir(bunlar sadece menim fikirlerimiydi)
 
Medikamentoz
Birinci cümlə ni oxuyanba ağıllı kimsələrin artdığını düşünərəkdən davam edirdim ki,sonrakı qeydlər məni təəssüfləndirir.
Qını
bu məqaləni və şərhləri oxuyandan bir daha şahid oldum ki, həqiqətən də insanların fikir və düşüncələri çox fərqlidir. çox qəribə fikirlər səslənib
Medikamentoz
Sənin fikrin necədir? Deməki bir qutu şam alıb evdə gözləyirəm :)
Qını
bunlar boş şayələrdir, mən inanmıram əlbətdəki
Medikamentoz
Gözəl,bəyənilsin :) Yalnız təvkkül və inkişaf!
Jahangirov
Göylərin və yerin qeybini (gözə görünməyən, heç kəsə bəlli olmayan məchul sirlərini) bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması (əmri) bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!
Jahangirov
Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!  (logman 34) 
Jahangirov
buda mennen: BUTUN SUALLARI BILMEKDENSE, BEZI CAVABLARI BILMEK YAXSIDIR. QURAN HER SEYI CAVABLAYIR
Samir012
22 dekabr olsaydı bu mövzulardan canımız qurtulardı, çox təəssüf ki, insanlar bu cəfəngiatlara inanır, 
azadmamedov90
enerji hec neden yaranmir ve hec neden itmir, 1sekilden basqa sekle dusur...sadece olaraq biz bunu bilmirik…
SHATENKA407

inanmayın ay camaat..Qurban olduğumun işini heç kim bile bimez

rdgr
birinci dediler dünya dağılır,sonra dediler ay qaranliq olacaq.
yadimdadi bir defe deyirdiler 2000 ci ilde dunya dagilacaq men de deyirdim esi onda 7 ci sinifde oxuyacam hele cox var)))indi 26 yasim var dunya da var men de varam))) 
asel
Allah var elesin her zaman
Francuzkaya
bizdede mamayla men gorxurug))papaynan gardawimin hech vecine deil deirlerki bow sohbetlerdi))artig konservalar almiwig ayin 20-si hamimiz gohumlarla baga gedeceyik))
asel
bir şey olsa guya bağa gedenlere  heç ne olmayacaq? gülməlidi e… bizde işde rayona getmeyi planlaşdıanlar var… ne bilim e, sadece gülürəm. men heç hara getməyi fikirləşmirəm. İNŞALLAH, həmin gün də adi günlər kimi işimə gəlib gedəcəm
Samir012
mövzu aktuallığını hələdə itirmir, hələ bizdə şükürlüdür, Rusiya-da bundan da fərqlidir, ayin 22-si olsaydı bu mövzuda bitərdi,
asel
daha bir şey qalmayıb ayın 21-nə :))))
Samir012
ha deyirəmki bu mövzuya qayitmiyim amma olmur e, day nələr çixarmadılar, dəhşətdi ye, bu şəklə baxın plz,  he asel düz deyirsiz, canimiz qurtaradi inşAllah
istorik_c
Bu nə cəfəngiyyatdır yazıb bu astroloq.Özü də bu yazı həmin 21 dekabr şayiəsini yayanların dəyirmanına su tökür.Astroloji bürcləri qədim Mesopotamiyanın bütpərəst xalqları yaradıb ortalığa atıblar müasir dövrdə belə fırıldaqlara inananları görüb hələ də heyrət edirəm
pascal
Sizə elə gəlmir ki, bu mövzunun gündəmdə qalmasına səbəb, sizin bu yazıya dönə-dönə qayıtmağınızdır?
fatmagul
sizinlə razıyam, +43 və 61 şərh) 
Samir012
Bununlada 21 dekabr söhbətinə son qoyuldu, axirki bitdi, hər kəsə uğurlar.
hard
Bu,indiyə qədər bəşər tarixindəki nə ilk nə də son ''dünyanın sonu ssenarisi''dir,inanin mənə