Ağcaqanad kimləri sevir ?

 Gecələr bizi yuxusuz qoyan, daim qanımızı sovurmaqla məşğul olan bu həşəratlar bəs görək hansı tip insanları «sevir»?

Dünyada 2500 ağcaqanad növü yaşayır. Əsasən «vampirizm» xüsusiyyəti dişi ağcaqanadlarda var, erkək ağcaqanadlar isə tam əksinə «sülhsevər»dirlər, onlar vegetaryandırlar və qan ilə qidalanmırlar.

Qida axtarışı ağcaqanadları «vəhşi» edir və onlar qida axtarmaqçün 50 km yol gedə bilirlər. Bu həşəratlar üçün əsas informasiya və qida mənbəyi insan və heyvanların ətrafa yaydıqları istilik şüalarıdır. Məhz bunun vasitəsilə ağcaqanadlar öz qidalarını tapırlar.

Həmçinin canlı varlıqlardan ifraz olunan sidik turşusu və karbon dioksid qazları ağcaqanadları maqnit kimi cəlb edir. Əsasən kök adamlar və ateroskleroz xəstələrini qurban seçirlər.

Qadınlar kişilərə nisbətən ağcaqanadların «qida»sı olamağa daha yaxındırlar. Elmə məlum olmayan səbəblərə görə ağcaqanadlar əsasən sarışın qızlara və hamilə qadınlara daha çox üstünlük verirlər.       
 

5 şərh

Ramil

Ağcaqanadlar fil xəstəliyi, malyariya ve qızdırma xəstəliyinin yoluxucusudur. Bildiyimə görə yumurtalarını suya qoyur.

 

laiq2912
pxaxa mahni superdi
 
seyidova
:))) «vampirizm»-e özde.ağcaqanadında dişisi tehlükelidi :)
reality_man
AİDS virusu ağcaqanadlarla keçə bilərmi?