Təsadüfi ölümlər

1898-ci ildə jurnalist-yazar Morgan Robinson «Titan» adlı bir kitab yazdı. Kitabda böyük bir reys gəmisi, okeanda aysberqə çarpırdı. 14 il sonra «Titanik» dəniz faciəsi meydana gəldi.

Təsadüflər zəncirinin ən inanılmazı, 1981-ci ildə ABŞın Boston şəhərində meydana gəldi. Randolp Matika, ildırım vurması nəticəsində evinin qarşısında öldü. Adamın dul yoldaşı yenidən evləndi. Kürəkən Pepero toy gecəsi siqaret çəkmək üçün balkona çıxdı. Düşən ildırım, kürəkənin ölümünə səbəb oldu. Qadın sinir krizləri keçirdi. Müalicə üçün getdiyi klinikada bir həkimə aşiq oldu və evləndi. 1 həftə sonra xəstəsini ziyarətə gedən həkimi də ildırım vurdu.

  Christina Veroni, 1991-ci ildə İtalyanın Torino şəhərində tramvay çarpması nəticəsində öldü. 4 il sonra atası Vittorio, eyni keçiddə eyni sürücünün istifadə etdiyi eyni tramvayın çarpması nəticəsində öldü.

  Cənub Afrika Respublikasında Cape Town Ticarət Otağının illik konqresində, İşadamı Daniel de Toit leksiyasını belə bitirdi:«Həyat gözlənilməz bir zamanda gözlənilməz şəkildə sona çata bilər..De Toit kürsüdən enərkən ağızına atdığı şəkərin boğazına qaçması nəticəsində öldü.

  James Langley, İngiltərə'nin Eastbourne bölgəsindəki evindən küçəyə çıxdı. Çətirini ötürmək üçün geri dönərkən ayağı sürüşdü, başını yerə çarpdı və öldü. Bir həftə sonra evdən çıxan yoldaşı Teresa, çətirini götürmək üçün geri dönərkən başını qapıya çarpdı, beyninə qan sızaraq öldü.
 
  İngiltərə'nin Bristol limanı açıqlarında 5 dekabr 1668-ci ildə bir gəmi batdı.Yalnız Hugh Williams adlı bir yolçu xilas oldu. 1784-cü ildə eyni bölgədə yeni bir qəza oldu. 60 dənizçi arasında yalnız ikinci kapitan Hugh Williams xilas oldu. 1952-ci ildə eyni yerdə üçüncü bir gəmi batdı. Xilas olan tək yolçunun adı Hugh Williams idi.
 
  Yer Amerikanın Kaliforniya əyaləti. Richard Bensinger adlı təqaüdçü dəmiryolu işçisi, 1957-ci ildə Eureka qəsəbəsindəki körpüdə gedərkən halı pisləşdi və öldü. 2 il sonra oğlu Hiram, eyni körpüdə həyatını itirdi. 6 il sonra Hiramın oğlu David də eyni körpüdə avtomobil qəzasına qurban getdi.
 
  James Dean'in ölümünə səbəb olan avtomobilinin hissələri bir çox adama fəlakət saçdı. Hissələri qaraja aparan təmirçi, avtomobil ayağının üzərinə düşüncə şikəst qaldı.Dean'in avtomobilinin mühərrikini satın alan bir həkim avtomobil qəzasında öldü.Həkimin qardaşı da eyni mühərrikin sərgiləndiyi salonda çıxan yanğında can verdi. İllər sonra mühərrik və kaporta yenidən sərgiləndi. İlk gecə, vasitə bir tamaşaçının üzərinə düşdü. Tamaşaçı ağır yaralandı.
 

12 şərh

BaRLeLiTa
Təsadüflərin də bir anlamı var, təsadüflər bizə nə isə söyləmək, nə isə çatdırmaq istəyir elə bil.
Təsadüfə inanıram nadir hallar da rastlasam da. 
tarixci1919
Mən təsadüfə inanmıram. Məncə təsadüf dediyimiz qismətdi, yəni elə olmalı imiş ki, oldu. Məncə təsadüfən heç nə olmur. 
JAVIER_ZANETTI
Salam. Yazan əllər ağrı görməin, oxuyan gözlərlə bərabər. Bəli tarixci1919 təsadüf deyilən bir şey yoxdur. Amma bəzən həyatımızda elə hadisələr cərəyan edirki, həmin hadisələrə təsadüf adı verirk. Və bunuda bilirik ki, təsadüf deyilən bir şey yoxdu. Ok. Yoxdur. Bəs həmin hadisələrə nə ad verək?! Təsadüfün anlami, mənası (tərcüməsi yox! mənasi (tərcüməsini bilmirəm)) Allahin nəzəri, xəbəri olmadan mənasını daşıyır. Bir misal düşdü yadima: Deyirlər. Allahinizni olmadan, ağacin budağinin üstündəki saralmış yarpaq belə düşməz.Saralmiş yarpaq belə Allahinizni ilə budaqdan qopub, düşüb torpağa qarışar (çürüyər). Hətta ibtidai sinifdə belə bir hekayə keçmişdik: Müəllimə şagirdlərə, hərəniz bir toyuq kəsərsiz, ama heçkəs sizi görməsin, siz toyuğu kəsərkən. Səhərigün şagirdlər dərsə gəlib bir bir toyğu harda və necə kəsdiklərini anladırdılar və eyni zamanda da, heçkəsin onlari görmədiklərinidə söylüyürdülər. Yalniz bir şagirddən başqa.Müəllimə həmin şaigrdə, sən anlad toyuğu necə kəsdiyini? Şagird isə inamina məxsus cavabı ilə müəlliməsini təəccübləndirir. Müəllimə, toyuğu kəsmək üçün,mən hara getdimsə kəsə bilmədim. Çünki Allah məni hər yerdə görürdü. Belə olduğu halda, yəni Allahin hər şeydən xəbəri olduğu halda, Allahin xeberi, nəzəri olmadan mənasini daşiyan «təsadüfən» kəlməsini ifadə edərkən, dilimiz nəyə görə alişib yanmir?! Dilimiz, ağzimizda alışıb yanmirsa, iki dişimizin arasinda qalib niyə əzilmir?! Allahı inkar mənasini daşıyan təsadüf kəlməsin ifadə edərkən,dilimizin əzilməməsinə səbəb,Özündən başqa ibadətə layiq olmayan məbud (ilah) Allahin mərhəməti olmasın?!Niyədə olmasin?! Elə Allahin mərhəmətidir ki, Mərhəməti ilə bizə dərs keçir, Anladir ki, ey bəndəm gələn dəfə təsadüf kəlməsinin əvəzinə "təvvaffükən" deyə ifadə edərsən. Təvvaffükən isə Allahin izni, nəzəri, xəbərinin olmasi mənasini daşiyir. Necə ki, bizim həyatimizda cərəyan edən hadisələr var ki, biz o hadisələrə təsadüf deyib keçirik və ya təsadüf adlandırırıq, həmin hadisələri təsadüf olaraq bilirik baxın həmin o təsadüf bildiyimiz şey əslində möcud deyil, biz bir insan olaraq səhvə yol verib, həyatımızda  təvvaffükən (Allahın xəbəri varkən) cərəyan edən hadisələrə təsadüf adı vermişik. Xaiş edirəm sizdə səhv anlamayın məni. Lütfən.
Bildiyini paylaşmaq qəbahət olub artıq
başqası səhvini düzətmək üçün,
anladmaq da, qardaşlıq deyil,
etmiş olduğun səhv olub artıq((((
Guya məndə nəsə yazdim şeir şəkilində, neyniyim gəldi yazdim özümü dahi şairimiz Nizaminin(Allah rəhmət eləsin) yaninda basdiracam)))
tarixci1919
Mən şəxsən sizinlə razıyam. İnsanlar daha çox heç qarşılaşmaq ehtimalı olmadığı bir insanla qarşılaşanda ya da ehtimal olunmayan bir şey olanda təsadüf adlandırırlar. Amma təsadüf deyil, Alllah istəyib və qismət edib ya da bizim hansısa yaxşı yaxud pis əməlimizə görə nəsib edib.
JAVIER_ZANETTI
Çox sağolun mənimlə dava eləmədiyiniz üçün)))
tarixci1919
Mən dava eləməyi yox, başa düşməyi üstün tuturam. Həm də dava eləməli bir şey də yazmamısınız ki :) Əksinə «təvvaffükən» sözünü bilmirdim,  təzə öyrəndim. Sağ olun.
JAVIER_ZANETTI
Sizdə sağolun mən isə təsadüfən yoxdursa o zaman o kəlmənin əvəzinə deyiləcək bir ad olmalidir deyə 3il araşdirdim əlhəmdulillah tapdim təvvaffükən deməliymişik)))
JAVIER_ZANETTI
Bağişlayin unutmuşdum mən təsadüfi ölümlərə yox, qəzavü-qədərə inanıram. HANDSOME təşəkkürlər.
JAVIER_ZANETTI
«Ancaq (belə oldu ki) Allah, olacaq bir işi yerinə yetirdi.»(Ənfal, ayə 42 )
«Biz, həqiqətən hər bir şeyi müəyyən ölçüdə yaratmışıq.»(Qəmər, ayə 49 )
5254. İmam Əli (ə): «Qəzavü-qədər (tale) Allahın sirlərindən bir sirr, gizlinlərindən bir gizlin, Allahın pərdəsinin arxasında və xəlq etdiklərindən gizlin olan əlçatmaz qalalardan biridir.»(ət-Tovhid, səh. 383, hədis 32 )
DrELM
Burada hamı düzgün olaraq təsadüflərin olmadığı və Allahın izni olmadan heç bir hadisənin mümkün olmayacağını bildirdi.  Bu hadisələrə mənim baxışımı da əlavə etmək istəyirəm ki,  cansız maddi varlıq olaraq bildiyimiz əşyalardan da canlılarda gördüyümüz şüur və xasiyyət özəllikləri var.  Məsələn,  bədbəxtlik gətirən maşının hissələri nə qədər batil bir inanc kimi görünsələr də məncə Allahın qoyduğu bir elmin nəticələridir,  sadəcə bizim bundan xəbərimiz yoxdur. Əgər mən bir stəkan suya ağlıma gələn bütün pis sözləri deyib kiməsə içirsəm, əmin olun ki,  o adam bu sudan xeyir görməz. 
bayram-muradov
haqlısız. bu su məsələsi elmi cəhətdən də sübut olunub.
Elvininho
Bostonda 1981-ci ilden olaj olumlerin 2-3 faizi yeqin hemin qadinin erleri hesabina yaranib(bu suretle evlenmesini nezere alsaq)