Əli və Ninonun heykəli necə qovuşur?

Əli və Nino
Qurban Səidin məşhur “Əli və Nino” romanı Gürcüstanda Azərbaycandan da məşhurdur.  Azərbaycanlı oğlanla gürcü qızın məhəbbəti Batumidə “hərəkət edən”  heykələ çevrilib.

Batumidə ucaldılan bu abidənin hündürlüyü 7 metrdir. Heykəllər 8-10 dəqiqə intervalla hərəkətə gəlir və "öpüşərək" bir-birlərinə qovuşur — vahid fiqura çevrilirlər. 

Poladdan hazırlanmış abidənin müəllifi Amerikada yaşayan gürcü heykəltəraşı Tamar Kvesitadzedir.

Hazırlanarkən heykəl «Qadın və kişi» adlanıb. Amma heykəli Batumidə ucaltmaq qərarı veriləndən sonra ona məşhur romanın qəhrəmanlarının şərəfinə "Əli və Nino" adı verilib.
 

17 şərh

AaYKaA
Əli və Nino hər birimizin adını çox eşidib lakin oxumadığımız bir əsər, dəfələrlə bu adda rast gəlirəm, əsər o qədər popular olub ki, kafellərin, mağazaların da adını cəlb edici olsun deyə Əli və Nino qoyurlar. Heykəl qeyri-adi alınıb :)
tarixci1919
Əsəri bu yaxınlarda oxudum. Əsərdə tarixi mövzu ilə məhəbbət mövzusu əlaqədə verilib. Ölkələrin adətlərinin, qadınlara münasibətin fərqliliyi də göstərilib. Oxumayanlara məsləhət görərdim. 
pascal
Əsəri oxumamışam, ama, haqqında bunu oxumuşam ki, onun yazarının gah Qurban Səid, gah da Y.V.Çəmənzəminlinin olduğunu iddia edirlər. Kitabı tapıb oxumağa çalışacam.
BaRLeLiTa
Oxumaq istəsən bu linkdən oxuyarsan www.kkoworld.com/kitablar/Qurban_Seid_Eli_ve_Nino_aze.pdf 
pascal
Çox sağ ol, BaRLeLiTa, zəhmət çəkmisiz. Amma, mən kompdan kitab oxumağa tövbəliyəm. :) Çalışacam kitabın özün tapım.
_BUMERANQ_
Əsərin müəllifi mübahisəlidi. Bu haqda ətraflı oxumuşam və mənə əsərin Məhəmməd Əsəsd bəyə (Qurban Səidə) aid olması variantı mənə daha inandırıcı gəldi.
Kitabı tapmaq elə də çətin deyil, demək olar ki, bütün kitabxanalarda var. 
seyidova
Men bu eseri oxumuşam amma düzü Ali ve Ninodan az qala axırlarda çox danışılır.tesirlendirici deyil.
asel
mən də oxumamışam. amma tanışımdan eşitdiyimə görə təsirli deyl. amma heykəl maraqlıdır.
_BUMERANQ_
Bilmirəm siz əsəri hansı şəraitdə və necə oxumusunuz, amma əsərə təsirsiz demək məncə, doğru olmazdı. (ürəyi daşdan olan insana da əsərin sonu təsir etməyə bilməz) Və əsər boyu həm Əli, həm də Nino haqda yetərincə danışılır. Ninonun İran macəraları olduqca məzəlidi :)
Ya biz tam fərqli əsərlər oxumuşuq, ya da kitabı oxuduğum vaxt çox emosional olmuşam. 
asel
fikir verdinizsə "mən də oxumamışam. amma tanışımdan eşitdiyimə görə təsirli deyl" yazmışam.bi u qədər sərt olmanız düzgün deyil məncə
_BUMERANQ_
Sərt bir fikir yazmamışam ki, sadəcə əsərlə bağlı subyektiv fikrimi yazmışam. Əgər siz bunu sərt qəbul etdinizsə, onda sizə Allahdan çoxlu səbr və dözüm diləyirəm :)
tarixci1919
Əsər sırf məhəbbət mövzusunda deyil, daha çox tarixidi. Müharibəyə, vətənpərvərliyə, adətlərə yer verilir. Məncə, diqqətlə oxuyandan sonra insan nələrisə öyrənə bilər.O qədər də təsirli olmasını deyə bilmərəm, amma oxumaq lazım olduğunu düşünürəm.
Gülnar
Əsəri oxumuşam və maraqsız deyil, əksinə çox yaxşıdı, hər kəsə məsləhət görürəm. Heykəlin ideyası da əladı.
heyatin-ellerinde
Heykəl çox maraqlıdı. Qəribə ideyadı.

Əsər adını çox eşitdiyim amma heç vaxt oxumağa maraq duymadığım əsərdi. İnşallah nə vaxtsa oxumağa həvəsim olar oxuyaram
Solmaz_Rzayeva
çox maraqlıdır mən sadəcə  yarısını oxumuşa bu kitabın
mehbeliyeva
Maraqlı bir əsərdir.Əsərin qəhrəmanı Əlinin vətən uğrunda apardığı mübarizə,Ninoya görə imtina etdikləri maraqlıdır.Müasir dövrdə yazılmış postmodernist məzmunlu əsərlərlə müqayisədə zəif görünə bilər,ancaq mənim fikrimcə bu əsərin yazıldığı dövrü nəzərə alsaq həmin zamana görə olduqca novator,yenilikçi ideya daşıyır.
seyidova
Bir eseri oxuyanda o maraqsızdısa demek teseirlendirici deyil.men çox eserler oxumuşam ve axırdan birinci bu eserdi xoşuma gelen )) herenin öz fikiri var.Adına uyğun deyil.Esas vetenperverlik,müharibe mövzusu çoxluq teşkil edir.Hemde ki,eser elede geniş deyil bir kitaba sığışsın deye çox uzadılıb.Adi bir havanın tesviri yarım sehife tutur az qala.)))Sadece bu eser axır vaxtlar debe düşüb.