Lunatizm irsidir

lunatikABŞ-ın alimləri lunatizm xəstəliyinin irsi olmasını təsdiq etdilər.

Lunatizm və ya somnambulizm ilə xəstə olan insan yuxuda olduqda müxtəlif hərəkətlər edir – gəzir, paltar geyinir, hətta maşın sürürlər. Yuxudan ayıldıqda bu insanlar yuxuda etdiyi hərəkətləri xatırlaya bilmirlər.

Alimlər lunatizmdən əziyyət çəkən bir ailənin 4 nəslin nümayəndələrinin qanının xromosom analizini etdkdən sonra, onların 20-ci xromosomlarında bir hissə aşkar etdilər ki, məhz bu hissə lunatizmin əmələ gəlməsində “məsuliyyət” daşıyır. Bu hissədə 28 gen olduğu üçün bu xəstəliyin əmələ gəlməsinə cavabdeh olan konkret bir gen hələ ki müəyyən edilməyib.

 

7 şərh

seyidova
Həyatda elə bir insan tanımıram.Amma tvde çox danışılır
istorik_c
Amma mən elə adamlar tanıyıram ki, onlar da bu irsi gedir.Həmin adamlar çox vaxt çarpayının kənarına su ilə dolu çox iri bir qab qoyurlar.Yuxudan qalxarkən ayağı suya dəyib oyansın deyə.Bir də ki hipnozun somnambolik halı ilə lunatizmi qarışdırmaq lazım deyil.Lunatizm yuxuda baş verir.Somnambolik halı isə hipnozçu yaradır.
BaRLeLiTa
Məndə elə bir insan tanıyıram, hər axşam yuxuda ola-ola qalxır və harasa getmək istəyir, lakin ayağının altına yaş bir əski parçası və ya su dolu qab qoyduqda dərhal yuxudan oyanır. Amma heçnə yaddında qalmır, hara getmək istədiyi, gecə durub durmadığı, çünki elə yatmış olur o anda da. Çox qorxunc gəlir mənə nəsə bu hallar, maraqlıdı o anda yuxuda onu durquzub gəzdirən və harasa aparmaq istəyən kimdir və niyə bunu edir?
Ferbara
Normalda hamı yuxuda gəzir, oturur, oynayır, yıxılır və s. Amma bunların hamısı uzanıqlı vəziyyətdə «baş verir». Hər hansı bir qüvvə, cin, şeytan lunatikləri aparmır. Sadəcə onlar yuxularını hərəkətli görürlər. :)
Gülnar
Mənim bacım uşaq vaxtı yuxuda gəzirdi. Bir dəfə gecə qalxıb, qapını açıb evdən çıxırdı. Anam səsə oyanıb saxlamasa gedirmiş. Özü də qəfildən oyatmaq olmaz deyirlər, ona görə, yavaşca soruşub ki: «hara gedirsən?», o da deyib «Gülnar məni çağırır» :)) Bundan sonra oyatmadan qolundan tutub gətirib uzadıblar yerinə:)
_BUMERANQ_
Eşitdiyim ən qorxulu lunatik (olmuş əhvalatdı) əhvalatı belə olub.: Qız lunatik imiş, işdiyirmiş, bir gün gecə yarısı oyanıb, iş paltarını geyinib, çantasını götürüb, amma dəhşətlisi odu ki, qapıyla pəncərənin yerini səhv salıb. Təsəvvür edin bina evi 4-cü mərtəbə. Bəxti gəritib, təkcə ayağı sınıb.
Şükür indi hər şey yaxşıdı :)
WinRar

Bakıda 1 dəfə 1 lunatiki maşın vurmuşdu.

Fikrimcə lunatiklik fenomeni 3D yuxudur :)