Piton masajı

piton masajı
Bütün qəribə və ağlagəlməz hadisələr Uzaq Şərqdə baş verir. Gözəl incə-mincə çinli xanımların masajından sıxılan qıyıq-gözlü kişilər maraqlı masaj növü tapıb. Belə ki, pitonla masaj icad ediblər.

Cakartdakı Bali Refleksion mərkəzində piton ilanları ilə masaj edilir. Bir neçə ilan müştərinin üzərinə qoyulur. Bədənində ilanın qıvrıldığını hiss edən müştərinin adrenalini qalxır və metabolizmaya yaxşı təsir edirmiş. Mərkəzin sahibinin sözlərinə görə piton masajı stressi də atmağa kömək edir. Piton masajının bir seansı 47 dollardır. Mərkəzdə pivə vannası və başqa maraqlı xidmət növləri də təklif olunur. 


Publika.az

1 şərh

Someone

Oyy ətim irpəndi. Bilərəm ki, dərmanımdı genə razı olmaram bu tip masaja.