Çingiz Xanın qəbri hardadır?

700 il bundan öncə, demək olar ki, bütün dünyanı az qala fəth edən tarixin ən nəhəng sərkərdəsi Çingiz xanın qəbrinin harada olması hələ də bəşəriyyət üçün sirr olaraq qalmaqdadır.

Amma, tarıxçilər tərəfindən belə ehtimal olunur ki, Çingiz xanın qəbri Monqolustanla Rusiyanın sərhədindədir. Bu sadəcə olaraq təxminlərdir.

Çingiz xanın qəbrini tapmağa cəhd edən alimlər və mütəxəssislər çox olmuşdur. Amma bütün bu cəhdlərə baxmayaraq, nəhəng sərkərdənin qəbrini tapmaq mümkün olmamışdır.

XX əsrin sonları XXI əsrin əvvələrində bütün dünya arxeoloqları, tarixçiləri və alimləri yenidən axtarışlara başlamışlar. Xüsusilə, eksklüziv lisenziyaya malik olan məşhur amerikalı arxeoloq dünyanın bütün KİV-nə məlumat vermişdir ki, o, Çingiz xanın qəbrinin axtarışına başlayır və tezliklə o, qəbri aşkar edəcəkdir. Arxeoloqun dediklərindən belə məlum olmuşdur ki, guya onun əlində qəbrin qəbrin yerini göstərən qədim əlyazmalar, xəritələr və yazılar vardır.

Bu sensasion xəbər bütün dünya alimlərinin marağına səbəb olmuşdur. Amerikalı arxeoloqun bütün cəhdlərinə baxmayaraq, nəhəng sərkərdənin qəbrini tapmaq mümkün olmur. 700 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, Çingiz xanın qəbrini tapmaq niyə belə müşkülə çevrilmişdir?..

Ölüm qabağı Çingiz xanın vəsiyyətinə əsasən, onun dəfn olunduğu yer — onun qəbri gələcək nəsillər üçün həmişəlik bir sirr olaraq qalmalı imiş. Nəhəng sərkərdə vəfat etdikdən sonra onun dəfnində iştirak edənlərin – yəni, onun qəbrinin yerini bilənlərin hamısı məhv edilmişdir. Bunun üçün ayrılmış 800 nəfər döyüşçülərin özləri də sonradan öldürülmüşdür. Beləliklə, nəhəng sərkərdənin qəbrinin yerini bilən nə şahid qalmışdır, nə də ki, sübut. O vaxtdan indiyədək Çingiz xanın qəbrinin harada olması aşılmaz bir sirr olaraq qalmaqdadır.

Mənbə: azens.az

3 şərh

XXXXXX
men bilirem hardadi.!
beautiful

 

" Başqa versiyada deyilir ki, hökmdarın basdırıldığı məkanda sıx ağaclıq əkilib, hətta həmin yerə doğru çayın axını da dəyişdirilib. Görünür, ərazinin möhkəm soyuqluğu da rolunu oynayıb.

Digər tərəfdən, böyük hökmdarın ölümündən sonra yaranmış əfsanəyə görə, onun qəbrini tapan hər bir şəxs öləcəkdi. Buna görə də kimsə axtarışa cəhd göstərməyib və uzun müddət beləcə davam edib.

Ümumənsə Şərqdə əfsanələr həddən artıq çox yayılıb. Məsələn, əmir Teymurun məzarı ilə bağlı vəziyyəti xatırlamağa dəyər. Bildirildiyinə görə, onun qəbri lənətlənmişdi. Amma bu deyimlər məcara axtaranları yollarından döndərə bilməmişdi. Daha bir sözə inansaq, Çingiz xanın qəbri onun ölümündən 30 il sonra açılıb.

Bəziləri deyir ki, Çingiz xanın qəbrini Tuvada (Rusiya Federasiyasının tərkibinə daxil olan muxtar vilayət) axtarmaq lazımdır. Çünki Monqol imperiyasının banisinin vətəni qədim uryanxayların, yəni tuvalıların yaşadıqları ərazidədir. Mövcud versiyanın müəllifi Tuva Universitetinin professoru Nikolay Abayeviin fikirləri əslində təzadlı təsir bağışlamaqdadır. Onun sözlərinə görə, Rusiyadakı tarixçilərin çoxu Çingiz xanın Altay-Sayandan olduğuna söykənirlər. Həmin yer də ya müasir Tuvaya, ya da şimal-qərbi Monqolustan ərazisinə təsadüf edir ki, burada da etnik tuvalılar yaşayıblar."

 Deyilən versiyalardan bir neçəsi də bunlardır. 

 

beautiful
Bu da qızının qəbri