Narkoz haqqında həqiqət

İnsanların əksəriyyəti onlara cərrahiyyə əməliyyatı təyin olunduqda, əməliyyatdan çox… narkozdan qorxur. Birdən mən əməliyyatdan sonra ayılmayacam? Narkozdan çıxmayacam?

Mən narkozdan sonra əsəbi olacam? Mənim yaddaşım pozulacaq? Narkozsuz əməliyyat etmək mümkündürmü? — bu və s. kimi sualları əməliyyata hazırlaşan insanların 90%-i özünə, ətrafdakılara, həkimlərə verir.

Belə qorxu, həyacan çox təhlükəlidir və hətta əməliyyatın gedişatına mənfi təsir edə bilər. Qorxu insan orqanizmində adrenalin hormonunun güclü ifrazına səbəb olur ki, nəticədə xəstənin ürək fəaliyyətində, nəfəsalmada və s.-də pozulmalar yaranır. Bu səbəbdən əməliyyata gedən insan tam sakit və rahat olmalıdır və heç nədən qorxmamalıdır. Aşağıda verdiyimiz məlumatlar sizə narkozun nə olduğunu daha yaxşı başa düşməyə və narkozdan qorxmamağa kömək edəcək.

Beləliklə, narkoz nədir? («Narkoz» dedikdə biz burada yerli yox, ümumi narkoz nəzərdə tuturuq.)

Ağrı insan orqanizminin qoruyucu reaksiyasıdır. Ağrı hiss etdikdə biz, məsələn, isti, soyuq, iti və s. əşyalardan əlimizi çəkirik və nəticədə özümüzü travmadan qoruyuruq. Beləliklə, ağrı bizi xəbərdarlıq edir ki, bədənimizin hər hansı hissəsi təhlükədədir və biz müəyyən tədbirləri görməliyik. Lakin çox güclü və davamlı ağrılara insanın orqanizmi tab gətirə bilmir və belə ağrıların təsirindən insanda şok inkişaf edə bilər ki, nəticədə insan həlak ola bilər.

Cərrahiyyə əməliyyatlarının əksəriyyəti məhz belə güclü və davamlı ağrılarla bağlıdır. Beləliklə, narkoz olmadıqda, belə əməliyyatlar insanın şokdan həlak olması ilə nəticələnəcəklər.

Narkoz icad olunmadığı vaxtlarda xəstələrə ağrısızlaşdırmaq məqsədi ilə əməliyyatdan əvvəl spirtli içkiləri içizdirirdilər (bəzən spirt xəstənin orqaniminə hətta vena daxili yeridilirdi) və ya baş nahiyəsinə zərbə endirirdilər ki, insan özündən getsin, və ya yuxu arteriyasını sıxırdılar və s. Təbii ki, bu kimi «anesteziya üsulları» bir çox hallarda lazım olan nəticə vermirdi və xəstələr əməliyyat zamanı şokdan həlak olurdular.

Narkozun icad edilməsi cərrahiyyənin güclü və sürətli inkişafına təkan verdi, milyonlarla insanların sağlamlığının və həyatının qorunmasına imkan yaratdı.

Narkoz nədir? Narkozu çox dərin yuxu ilə müqayisə etmək olar. Lakin yuxudan fərqli olaraq, narkozda olan insan heç bir xarici qıcıqlandırıcılara (səs, ağrı, toxunma və s.) heç bir reaksiya vermir, onun mərkəzi sinir sistemi qalan .

Cərrahiyyə əməliyyatı zamanı cərrahlarla bərabər anestezioloqlar da işləyir. Anestezioloq cərrahiyyə briqadasının əsas iştirakçılardan biridir. Anestezioloq əməliyyatın əvvəlində xüsusi preparatların (bir neçə müxtəlif preparatlar istifadə olur) köməyilə xəstəni narkoz vəziyyətinə salır. Daha sonra isə xüsusi aparatların vasitəsilə xəstənin vəziyyətinə (nəbzinə, qan təzyiqinə, qanda oksigenin səviyyəsinə və s.)

nəzarət edir — lazım olduqda narkozun dozasını artırır və ya azaldır, xəstəyə təzyiqi normallaşdıran preparatları yeridir, oksigenin miqdarını artırır və s. Əməliyyatın axırında isə anestezioloq xəstəni narkozdan çıxarır.

Narkoz ziyanlıdır yoxsa yox? Narkoz üçün istifadə olunan müasir preparatlar orqanizm tərəfindən daha asan keçirilir və orqanizmdən daha tez xaric olunur.

Əməliyyat zamanı narkozdan qəfildən ayılmaq mümkündür? Bu fikir bir çox insanları qorxuya salır. Narahat olmayın, bu mümkün deyil. Cərrahiyyə əməliyyatı zamanı müasir texnika istifadə olunur ki, bu zaman xəstənin vəziyyətini tam olaraq kontrol etmək mümkündür.

Bir çox insanlar fikirləşir ki, narkoz insanın yaddışına və beyinin fəaliyyətinə mənfi təsir edir. Bəli, qısamüddətli mənfi təsir var. Lakin qısa bir müddət keçdikdən sonra yaddaş və beyinin bütün funksiyası tam olaraq bərpa olunur.

Bəzən belə bir fikir eşitmək olur: «Narkoz insanın həyatını qısaldır». Bu fikir də tam yanlışdır.

Mənbə: saglamolun.az
 

0 şərh