Hərf səhvləri

Mətbuat səhifələrində xətalar təqsirkarların vəzifəsindən kənarlaşdırılmasına, maliyyə itkilərinə və məhkəmə araşdırmalarına gətirib çıxarır. Bəzən isə bir və ya bir neçə əməkdaşın həbsi, yaxud da həyatla vidalaşması ilə nəticələnir.
  • ABŞ Konqresinin rəsmi veb-saytında bildirilmişdir ki, 1960-cı illərdə Amerika Sudanda nüvə sınaqları keçirmişdir. Bundan dəhşətə gələn Sudan hökuməti izahat tələb etmiş və məlum olmuşdur ki, mətndə səhv getmişdir. Demə, bu sınaqlar Sudanda deyil, Nevada ştatındakı Sedan poliqonunda keçirilibmiş.
  • Fransada Avropa Konstitusiyasının səhifələrindən birində təsadüfən tapılmış səhvə görə onun 162 min nüsxəsini yandırmışlar. Kitabçalar ölkənin müxtəlif dövlət təşkilatlarına və kitabxanalarına göndərilməli idi. Lakin son anda səhifələrdən birində belə ifadə aşkarlanmışdır: “Mənasız mətn”. Onu buraya kimin əlavə etdiyini aydınlaşdırmaq mümkün olmamışdır. Konstitusiyanın yeni tirajının nəşri Fransa xəzinəsinə 74 min avroya başa gəlmişdir.
  • İspaniyada hakimlərdən birinin təkcə bir hərf səhvi ölkəni az qala var-yoxdan çıxaracaqdı. Madrid məhkəməsinin çıxardığı qərara görə, İspaniya Bank Depozitlərinin Zəmanəti Fondu “Valyadolid” bankının sabiq prezidentinə 1122 bilyon avro kompensasiya ödəməli idi. Qərar Fondu çıxılmaz vəziyyətlə qarşılaşdırmışdı. Axı, onun pul ehtiyatı cəmi 1 milyard 613 milyon avrodur. Kompensasiyanı ödəmək üçünsə İspaniyanın min ildən artıq bir dövrdəki milli gəlirinin bütün məbləği gərək idi.

Sovet dövründə Rusiyanın Xalq Daxili İşlər Komissarlığı heç bir qrammatik səhvi bağışlamırdı. Müvafiq göstərişdə çekistlərdən — əksinqilab, sabotaj və möhtəkirliklə mübarizə aparan Fövqəladə Komissiyanın əməkdaşlarından mətbuata soxularaq, antisovet xarakterli hərf xətaları buraxan sinfi düşmənə qarşı mübarizədə sayıqlığı artırmaq tələb edilirdi.
  • 1939-cu ildə senzorlar mətbuatda hansı antisovet xətalara daha tez-tez yol verildiyinə diqqət yetirmişlər. Məlum olmuşdur ki, bu sözlər liderdir: “klassovıy” (“sinfi”) əvəzinə “kassovıy” (“kassa”), “predsedatel” (“sədr”) əvəzinə “predatel” (“xain”), “istoriçeskiy” (“tarixi”) əvəzinə “isteriçeskiy” (“isterik”) və s. («кассовый» вместо «классовый», «предатель» вместо «председатель», «истерический» вместо «исторический».)
  • Antisovet xətalara yol verən mürəttibləri, korrektor və redaktorları 58-10-cu maddə üzrə (əksinqilabi təbliğat və ya təşviqat) üç il müddətinə həbs, yaxud ölüm cəzasına məhkum edirdilər.
  • Uzun illər “İzvestiya”da işləyən və hazırda ABŞ-da yaşayan məşhur jurnalist Melor Strua söyləyirdi ki, 1940-cı ildə qəzetin nömrələrindən birində “mudrıy vojd” (“müdrik rəhbər”) sözlərində “r” hərfi düşmüşdü. Tiraj müsadirə edilsə də, xətada əli olanların hamısını işdən çıxardılar. 1947-ci ilin yanvarında “Molodoy kolxoznik” jurnalı oxucuları dəhşətə gətirmişdi. Məqalələrdən birində deyilirdi ki, “v 1920 qodu V.İ.Lenin okotilsya v Bryanskix lesax” (1920-ci ildə V.İ.Lenin Bryansk meşələrində balalamışdır) Orijinalda «в 1920 г. В. И. Ленин окотился в Брянских лесах» Əslində isə, “oxotilsya” (“ova çıxmışdır”) yazılmalı idi.
  • Mahaçqalanın mərkəzi qəzetinin baş redaktoru yeganə bir hərf səhvinə görə tutularaq, güllələnmişdir. Səhv rəhbərin soyadında getmişdi: “t” əvəzinə “r” çap olunmuşdu. Əgər ufalı korrektoru “Salin”ə görə beş il müddətinə həbs etmişdilərsə, “Stadin”ə görə isə vilayət qəzetlərindən birinin bütün işçilərini işdən qovmuşdularsa, mahaçqalalı baş redaktoru həmin səhvə görə “bağışlamamışdılar”.
  • Odessa qəzetlərindən birində tacqoyma mərasimi haqqındakı xəbərdə “korona” (“tac”) əvəzinə, “vorona” (“qarğa”) yazılmış və belə bir cümlə alınmışdı: “Mitropolit İmperator həzrətlərinin başına qarğa qoymuşdur”. Ertəsi gün düzəliş verən qəzetin, necə dəyərlər, üzrü günahından betər olmuşdur: qəzet həmin xəbərdəki “voronu” sözünün “korovu” (“inək”) kimi oxunmalı olduğunu bildirmişdi.  Söhbət «Митрополит возложил на голову Его Императорского Величества ворону» cümləsindən gedir.Cümləni düzəldəndə isə «В предыдущем номере нашей газеты, в отчете о священном короновании Их Императорских Величеств, вкралась досадная опечатка. Hапечатано: Митрополит возложил на голову Его Императорского Величества ворону» — читай: «корову»

Bununla belə, hərf xətalarının xeyri də olmuşdur. Məsələn, faiz işarəsi — % — XVII əsrdə mürəttibin “yüz” sözünü kəsr kimi başa düşməsi nəticəsində meydana gəlmişdir.

11 şərh

bankir
:-)
Təsəvvür edirəm Sudan rəhbərləri necə şokda olublar.
bankir

Fransada bir dəfə kəndddə bir fermanı(frans. ferme) kirayə verirlərmiş.Çaşıb sözdə r hərfi əvəzinə m yazıblar və nəticədə femme,yəni fransızca qadın olub.Cümlə isə belə idi: Belle femme a vendre oua louer; tres productive si on la cultive bien .(Gözəl qadın satılır və ya icarəyə verilir: yaxşı işlədilsə çox məhsuldardır)
:-)

Leyla
Görəsən icarəyə götürmək istəyən çox olub? =)
2ral
Yeri gəlmişkən,«корона-ворона-корова» səhv birləşməsi ingiliscə «crown-crow-cow»  kimi tərcümə olunur.İngilislər yəqin ki bu əhvalatın gözəlliyini daha çox duyar.
papatürk

Ən məşhurunu qeyd etməmisiniz.Rus dilində ən maraqlı səhvlərdən biridir:


Stalinqrad döyüşündən əvvəl(müharibənin ən qızğın vaxtında) «Верховный Главнокомандующий»,yəni Stalinin əmri haqqında yazarkən «Л» hərfini yaddan çıxarırlar.nəticədə isə «Гавнокомандующий» alınır.

ekonomist
Həmin qəzeti çıxaranlar yəqin ki güllələnib.
IDEAL
Fransada Avropa Konstitusiyasının səhifələrindən birində təsadüfən tapılmış səhvə görə onun 162 min nüsxəsini yandırmışlar.


kitabçaları yandırmaq əvəzinə həmin səhifəni dəyişərdilər. Nə böyük israfçılıq.
təpəgöz
Çap olunmuş kitabda bir səhifəni dəyişmək elə bilirsiniz asandır? Təzə kitabların çapına 74 min avro sərf olunub.Amma əgər kitablar geri qaytarılsa,onların içində vərəqi dəyişmək,yenisini əlavə etmək,bu işi görənlərə maaş vermək(Fransada maaşlar aşağı deyil) daha böyük vaxt və zaman tələb edir.
IDEAL
Kitab çapı barəsində kifayət qədər məlumatım var. Hətta öz gözlərimlə bütün prosesi tədqiq etmişəm. Bu səbəbdən onu deyə bilərəm ki, səhifə dəyişmək kitab çıxartmaqdan dada rahatdı. Ancaq məncə bu işdən kimsə pul qazanıb bu səbəbdən təzəsi çap olnub.

Məsələn Türkiyədə belə bir saxtakarlıq aşkar olunmuşdu. Dövlətə verilən məlumata görə bananı xaricə ixrac edib satırmışlar. Əslində isə bananı türkiyənin öz bazarında satırmışlar. Yol xərcini özləri götürürmüş bu səbəbdən belə məlumat verilib. Bu saxtakarlığa görə bir çoxları həbs olundu. Belə faktlar yetəri qədərdi. Bu səbəbdən o səhv şüurlu şəkildə edilib və kimsə də pul qazanıb.
Dior
Bir dəfə elə hərf səhvi ilə qarşılaşmışam ki,burda yazılmalı deyil.
lesyA
Xeyli güldüm.