Daşa dönən şəhər “Pompey”

PompeyBizim eranin 79-cu ilində İtaliyanın indiki Neapol şəhərinin yaxınlığında yerləşən Vezuvi vulkanından dumanlar yüksəlməyə başladı. Bir partlayış olacağını anlayan yerli xalq limana tərəf qaçmağa çalışdı. Gəmilərə minməyi bacaranlar bir daha geri dönməmək üzrə şəhərdən uzaqlaşmağa başladılar.Silkələnmə başlayanda 20 dəqiqə çəkən bir həyəcan yaşandı. Xalq təşvişə düşdü və Sarno çayından 600 m uzaqda yerləşən limana tərəf qaçmağa başladı. Bədbəxtçilikdən onların yolunu dəniz qabarması kəsdi. Silkələnmədən yaranan nəhəng dalğalar gəmiləri sanki oyuncaq kimi şəhərin sahilindəki qaynar lava dənizinə tərəf tullayırdı.Eyni vaxta göydən isti qum dənələri şəklində kiçik daşlar yağmağa başladı. Az keçmədən qazla yüklənmiş nəhəng qara daşlar düşməyə başladı. Bu daşlar yerə dəyən kimi partlayır və şəhərdəki ilkin insan itiklərinə səbəb olurdu.
Göyün üzü tüstü və qaz buludları ilə örtülü olduğundan görüş məsafəsi sıfıra düşmüşdü, sanki şəhərə zülmət düşmüşdü. Şəhər sakinləri çaşqınlıq içində sağa-sola qaçırdı. Onların içində həyəcandan istiqaməti səhv salıb Vezuviyə doğru qaçanlar belə vardı. Çıxış yolunu evlərə, zirzəmilərə sığınmaqda görən əhali isə isti hava  və havada miqdarı kəskin şəkildə artan karbon qazı səbəbindən boğulurdu. Bəziləri evlərinin tavanının vulkanın tullantılarının ağırlığına dözməyib çökməsi nəticəsində tələf olurdular.
PompeyYerdə yaranan çatlardan çıxan zəhərli qazlar da ölümün əsas səbəblərindən idi. Faciə nəticəsində 200 000 insan bir anda yox oldu. Lavanın şəhərin üzərini örtməsi nəticəsində görkəmli binalar, heykəllər, divar rəsmləri, məbədlər və bazarlar 2000 il ərzində gömülmüş vəziyyətdə qaldı. Pompey şəhərinin üzərini alan qara buludlar 3 gün ərzində qara qar kimi yağmağa davam etdi.    Arxeoliji qazıntılar zamanı daş şəklində tapılan insan qalıqları ölüm anında nə edirdilərsə elə o vəziyyətdə də tapılmışdı. Geoloqlara görə insanların əsas ölüm səbəbi partlayışdan sonra havada yayılan kükürd qazı olmuşdur. Daşa dönmə səbəbləri isə yanardağın püskürtdüyü vulkanik tozun bərkiməsi olmuşdur. Bu lavalar qəlibə çevrilmiş və zaman keçdikcə içindəki cəsədlər çürüsə də qəlib eyni formada qalmışdı.    Hazırda qədim Pompey şəhərinin yerləşdiyi həmin ərazi dünyanın ən nəhəng açıq hava muzeyinə çevrilmişdir.    

                    

         Hazırladı – Müşviq\ İstifadə zamanı mənbəyə istinad mütləqdir

21 şərh

Ramil
     Dəhşət... 
     Bu hadisə İmperator Kaliqulanın hakimiyyəti dövründə - 23 avqust 79-cu ildə baş vermişdir. Tarixin gördüyü ən qəddar və pozğun hökmdarlardan biri Roma imperatoru.
Hətta bəzilərinə görə Pompey ALLAH tərəfindən cəzalandırılan şəhərlərdən biridir. Həqiqətən də daşa dönmüş şəkildə tapılan insanlar elə olduqları utanverici vəziyyətdə küllə örtülüblər. (Üzr istəyirəm) Əxlaqsızlıq edənlərin çoxu eyni cinsdən olan insanlar və ya azyaşlı uşaqlar olmuşdular.
      Əlbəttə ki, bu  bizim fərziyəmiz deyil  arxeoloqların gördükləri mənzərələrdir.
      Mövzuya görə təşəkkür edirəm! +
    
istorik_c
Ramil Roma dövlətinin sakinləri ən pozğun insanlar olublar. Belə əxlaqsızlıq təkcə lava altında qalmış Pompey və Gerkulanum şəhərlərinə aid deyil.
pascal
Ramil, mövzuya + vermisinizsə, necə oldu mən verəndə də reytinq xalı 4 oldu. Deyəsən, plyusa tıklamayı unutmusuz. :)
Ramil
Düz deyirsiniz. amma mənim + verməyim o deməkdir ki, bəyəndim. 
MURAD_SEYFULLAYEV
Məndə həmişə elə bilirdim ki, bu "+" Ramilin topiklərə verdiyi reytinq xalıdır. :) Məncə digərlərinin fəaliyyətini qiymətləndirməyi bacaran istifadəçi, onların saytda bu fəaliyyətini reytinqlə qiymətləndirib, aktiv istifadəçiləri passivlərdən ayırmalıdır. Əgər ürəyi istəsə. :)
Ramil
Səs verməyinə verirəm, olur də yaddan çıxır, təsadüfdən məndən sonra pascal mövzuya baxanda bunu aşkar edib. Gərək o da elə bu mövzunun reytinqinə baxaydı mənim bəxtimdən :))))))))))
pascal
)) Ramil, mən şərh yazandan sonra və topikin pozitiv yöndə, bəyənildiyi bildirilən şərhlərin çoxluğun nəzərə alaraq belə zənn etdim ki, mən + qoyanda artıq xallar daha yüksələcək. Bir də baxdım ki, ilk xalı verən elə mən imişəm. :) Buna görə yazdım. Qəbahət işlədim deyəsən. :)
Ramil
Xeyr, lap əla fikirdir. +
pascal
Anlayışınıza və incimədiyinizə görə təşəkkür edirəm. :)
Ferbara
təftiş yox, təşviş
sirkələnmə yox, silkələnmə
panika yox, təşviş (təkrar olmasın deyə "çaşqınlıq" da yazmaq olar)
volkan yox, vulkan
edirdilərsə sözündən sonra vergül olmalıdı
kükürt yox, kükürd
volkanik yox, vulkanik
lavlar yox, lavalar
çürüsədə yox, çürüsə də

Tərcümədə uğurlar. :)
Ferbara
V.Brüllov «Pompeyin son günü» 1833



Bu rəsm xalamgildə var. Həmişə onu yarıqaranlıq otaqda görəndə dəhşətə gəlirdim... 
Ferbara
Deyəsən çox böyük oldu… :/ Orijinal burdadı.
istorik_c
Ferbara yəqin Karl Pavloviç Brüllovu nəzərdə tutursunuz.
Ferbara
Düzdü. Səhvən V.Brüllov yazmışam.
azadmamedov90
fikir versez bu tarixden чулшдьшы filmlerde basqa seyler eks olunub- Allahin cezasini ise LUT suresinde nece tesvir edildiyini gore bilersiz.
pascal
Maraqlı topikdi. Deyəsən türk dilindən tərcümə olunub. Sözlərdə osmanlı türkcəsi əsintisi duyulur. :)
Maraqlı və internet aləmində mütləq yayılacağı bir mövzu olduğuna əminlikdən həm Ferbaranın iradlarını xoş qəbul edir, həm də 1-2-sini mən demək istəyirəm. Qoy kopiyalayan, təmiz bir mövzunu kopiyalasın. ;)

1. Göyün üzü tüstü və qaz buludları ilə örtülü olduğundan görüş məsafəsi sıfıra düşmüşdü, sanki şəhərə zülmət düşmüşdü. Türkcədə «görüş məsafəsi» bizdə «görmə məsafəsi» kimi gedir. 

2. Çıxış yolunu evlərə, zirzəmilərə sığınmaqda görən əhali isə isti hava  və havada miqdarı kəskin şəkildə artan karbon qazı səbəbindən boğulurdu. hava 2 dəfə qeyd olunub.

3. Nöqtədən sonra bəzən 2 ara, bəzən də heç ara qoyulmayıb. Düzəltsəniz çox səliqəli yazı olacaq. Bunlar düzəldikdən sonra tam əminliklə deyə bilərəm ki, topik əla topikdir. İndidən + 
Ferbara
Siz əmək sərf etmisiniz deyə biz daha yaxşı olmasını istəyirik. :) Başqalarının copy-paste məqaləsinə elə də fikir vermirik. :)
MURAD_SEYFULLAYEV
Sizinlə razıyam. Yaxşı olmağa layiq istifadəçinin səhvləri nəzərindən qaçarsa, bunları bildirməklə onun Kayzendə öz yerini tapmağı üçün digərlərinin onun üçün edə biləcəyi ən xeyirli və qiymətli əməlidir.
MuSHviG
Ferbara və Pascal diqqətinizə və səmimi sözlərinizə görə sizə təşəkkür edirəm. Fikirlərinizi mütləq nəzərə alacam.