Kosmosda həyat mümkün olacaqmı?

kosmosBBC Future Proqramı çərçivəsində 21 Oktyabr tarixində “Dünyanı Dəyişdirən Fikirlər” adlı konfrans keçirilmişdir. Konfransda elm, texnologiyalar və sağlamlıq haqqında yeniliklər müzakirə edilmişdir. Əsas müzakirə olunan məsələlərdən biri də kosmosda insan koloniyalarının qurulması ilə bağlı olmuşdur.

Planetimizdə əhali sayının sürətlə artması nəticəsində yaranan ərazi və resurs problemləri insanları yeni dünya axtarmağa məcbur edir. SpaceX adlı kosmik turizm şirkətinin sahibi Elon Mask bildirir ki, “Hər hansı bir fəlakət nəticəsində insan varlığını qorumaq üçün başqa planetlərdə yaşamağa imkan verən araşdırmalar vacibdir”. Kosmik koloniya haqqında ilk fikiri 1920-ci ildə Avstriyalı roket dizayneri Herman Potoçnik irəli sürmüşdür. Potoçnikin xəyal etdiyi layihə UFO-ya bənzər dairəvi kosmik aparat yaratmaq idi. Bu aparat süni yer cazibəsi yaratmaq üçün fırlanacaq və enerjini isə günəş palelləri vasitəsi ilə əldə edəcəkdi.

Digər alimlər isə kosmosda koloniya qurmaq əvəzinə başqa bir planetdə ya da Ayda insanın yaşaması üçün lazımi vasitələri özündə birləşdirən süni biosfer yaratmağı daha ağlabatan hesab edirlər. Bu sahədə ilk layihə “Mars 2025”-dir, hansı ki həmin ilə qədər Marsda yeni mədəniyyətin yaradılmasını nəzərdə tutur.

 MarsBəs kosmosda yaşayış necə təşkil olunacaq?

 Beynəlxalq Kosmos Stansiyası təcrübəsi kosmik koloniyalarda qarşılaşılacaq problemlər haqqında ilkin fikir yaratmağa kömək edir. Beləki, stansiyada 6 nəfər ekipaja su daşımaq üçün ildə 2 milyard dollar maliyyə vəsaiti xərclənir. Qida və oksigen tədarükünü nəzərə aldıqda xərclər daha da artır. Bu səbəbdən də öz-özünü təmin edən kosmik koloniyanın yaradılması zəruridir.

Digər önəmli problem insan orqanizminin qarşılaşa biləcəyi problemlərdir. Yer cazibəsinin az olması nəticəsində sümük və əzələlərdə zəiflik və başda təzyiq yüklənməsi yaranacaqdır. Bu nəticədə ömürlük və ya müvəqqəti göz xəstəliklərinə səbəb olur.  Kosmik radiyasiya katarakt və xərçəng xəstəliyi riskini artırır. Moskva şəhərində Mars 500 layihəsi çərçivəsində 6 nəfər 520 gün ərzində 80 metrlik bir ərazidə yaşamaq məcburiyyətinə qalmış və nəticədə bir çoxunda yuxu, qavrama, depressiya kimi problemlər ortaya çıxmışdır. Kosmik koloniyalarda bu cür problemlər aradan qaldırılmalıdır.

Kosmosda doğulan və yaşayan insanlar bizdən fərqlimi olacaq ?

Tətqiqatlara görə bu cür izolə edilmiş koloniyalarda yaşayan insanların özlərinə xas mədəniyyətləri olacaq. Bəlkə öz dillərini yaradacaqlar, hətta bəzi fiziki xüsusiyyətlərə sahib olacaqlar.Şatl

Portland Universitetinin professor Kameron Smitə görə 2000 insandan ibarət olan bir kosmik koloniyanın sakinləri 300 ildən sonar bizdən fərqli bir görünüşə, fərqli davranış formalarına, saç quruluşuna, fərqli dəriyə, aşağı yer çəkiminə uyğun manevr etmək bacarığına malik hündür bədən quruluşuna və.s malik olacaqlar. Smitə görə hətta bu koloniyalarda genetik mühəndislik yolu ilə yeni orqanlar belə yaradıla bilər. Məsəl üçün, kosmik şüalardan qorunmaq üçün orqanlar və yaxud karbondioksidi oksigenə çevirə biləcək qəlsəmələr yaradılacaq. Bu yolla artıq insan süni biosferdən çıxaraq yeni evlərinə tam olaraq yerləşmiş olacaq.

 

 

Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm

 

15 şərh

MURAD_SEYFULLAYEV
Belə çıxır ki, insanların orda yaşaması onları sürünənlərə çevirəcək, bəlkədə lap pis. Onda yerkürəsində hər hansı bir fəlakət olacağı təqdirdə bu canlıların qorunmasının heç bir mənası qalmayacaq. Bəlkədə neçə yüz illər sonra kosmik araşdırmaçılar işıq sürəti ilə hərəkəti kəşf etsələr və bunun sayəsində daha uzaqlarda yer planetinə oxşar planet tapsalar, hə bəlkə onda mümkün olar. Hələki öz evimiz hamısından yaxşıdır. :)
MuSHviG
Sürünənlərə çevrilməsələr də kosmik şəraitə uyğun müəyyəm mutasyaya məruz qalacaqlar. Düzdü hər birimizin ən rahat hiss etdiyi mekan insanın öz evidi, amma gələcək təhlükələrə qarşı indidən tədbirlər görmək lazımdı. Sonra peşman olmayaq
MURAD_SEYFULLAYEV
Gələcək təhlükə? :) Bu təhlükələri insan yaradıb və yaradacaq. Əslində başqa yerə qaçmaq mümkün olmadığına görədir ki, hələ nüvə silahları susur. Əgər yeni planet kəşf olunsa əmin olun ki, bu planeti onda rahatlıqla məhv edib ora köçəcəklər və bu köçənlər bizim kimi insanlar olmayacaq. Belə bir səhnə «2012» filmində var idi; kinonun sonunda fəlakətlərdən xilas olmaq üçün düzəldilmiş gəmiyə kapitan əmr edir ki, ancaq Bil Qeyts kimi seçilmiş və istedadlı insanlar yerləşdirilsin. :)
Ferbara
Dostum, sizin sözlərinizdən adamın tükləri biz-biz olur. :)
MURAD_SEYFULLAYEV
:)) Yox əşşi narahat olmayın, yəqin ki, sonuncular olsaqda, bizim ömrümüzün sonuna qədər hələ heç kəs heç yerə getməyəcək, odur ki, planetimizin ləzzətin çıxaraq. :)
Ferbara
Əsas «alnı açıq» ölməkdi. :)
MuSHviG
Mən sizinlə razıyam ki, planetimizin ən təhlükəli düşməni elə insanın özüdür. Lakin gələcək təhlükələr dedikdə yalnız insan faktoru ilə bağlı təhlükələr deyil, bizdən asılı olamayan səbəblərdən baş verə biləcək Günəş qasırğaları, meteor yağışlarını nəzərdə tuturam. 
MuSHviG
Ferbara — tüklərimiz biz-biz olsada indidən bu cür faktlar haqqında düşünmək lazımdır məncə :)
Ferbara
Danılmaz fakt olduğunu dərk eləyirəm. :)
Getdikcə təmiz hava tapmaq müşkül olacaq, yararlı torpaqlar hektarla sayılacaq. Təmiz suyu ancaq 250-1500 manatlıq filterlərin kranından tapacağıq. Onda indiki kimi gileylənməyə hünərimiz olmayacaq.
MURAD_SEYFULLAYEV
Məncə bu barədə düşünmək bizə elədə lazım deyil. Bu günümüz üçün yaşayıb, yaratmalıyıq. Belə düşüncələr insana neqativlikdən başqa bir şey verməz. :)
Ferbara
Ən azıdan biz pis nənə, baba olmamalıyıq. Elə deyilmi? :) Sadaladığım problemlər bizdən asılı olan problemlərdi. :)
MURAD_SEYFULLAYEV
Elədir! :) 
Bu problemlərin əksəriyyətinin kökündə böyük dövlətlərin maddi maraqları durur. Misal üçün bu gün Ebola olmasından bəzi dövlətlər milyonlar qazanır və qazanacaq. Eləcədə havanın çirklənməyi və suyun çirkliliyi də kimlərinsə xeyrinədir. Bu dünyada kimlər üçünsə insan sağlamlığından da önəmli şeylər var, dostum. :)
Ferbara
Düzdü. Məsələn, yanacaq satan böyük şirkətə şəhərdə velosipedin əsas nəqliyyat vasitəsi olması heç sərf etməz. :)
MURAD_SEYFULLAYEV
Bəli, bu da çox gözəl misaldır.
azadmamedov90
Bəli, məncə! məncə bu sadəcə olaraq digər masson oyun kartları kimi bir zəncirvari düşündürücü bir zehin oyunudur. Aldanmaq lazım deyil belə oyunlara. 2025ci ilə qədər söz verirəm ki, DÜNYA o qədər eybəcər olacaq ki, hətta insanlar necə ki indi intihar hadisələrinin sayı artıb, 1`ə beş artacaq. Səbəblər isə çox açıqdır- Fikir verin Damların və s. üzərində olan Antenalara, hərəsi bir şirkətindir, hərəsi bir tezlikdə yayımlanır, hərəsi bir şey yayır. İnsan beyninin də müəyyən tezlikli bir qəbuledici və siqnal göndərən bir aparat olduğunu nəzərə alsaq, deməli bizim beynimizə gündə bir məlumat yerləşdirilir. indi özünüz düşünün- kim hara gedir?