Rusiya haqqında bilmədiklərimiz

Dünyanın «super gücləri»ndən olan Rusiya haqqında bu məlumatları daha əvvəl eşitmişdinizmi?

Rusiyada kişi nüfusundan 9 milyon nəfər çox qadın nüfusu vardır.

İddiaya görə Rusiyada heç kəsin yerini bilmədiyi və xəritələrdə belə yer almayan 15 gizli şəhər mövcuddur.

Ortalama bir rus ildə 18 litr spirt istehlak edir. Bu nisbət mütəxəssislərin müəyyən etdikləri təhlükə sərhədinin iki qatı həcmindədir.

Yeni çıxan bir qanunla Rusiyada uşaqlarla homoseksuallar haqqında danışmaq qadağandır. Bunu edənlər haqqında «gəncləri homoseksuallığa yönləndirmək» ittihamı ilə cinayət işi açılır .

Rusiyada çirkli avtomobil idarə etmək qanun pozuntusu hesab edilir.

Qərb Sibirdə olan Megion bölgəsinin meri tərəfindən «bəhanə uydurmaq» qadağan edilmişdir.

ABŞ Alyaskanı Rusiyadan 1867-ci ildə 7.2 milyon dollara satın almışdır.

Pivə Rusiyada 2011-ci ilə qədər spirtli içki sinifinə daxil deyildi. Bununla əlaqədar qanun dəyişənə qədər yüzdə 10 spirt dəyərinin altında olan içkilər «spirtli içki» sinifinə aid edilmirdi.

Sibir bölgəsi Rusiyanın ərazisinin yüzdə 77-ni təşkil edir.

«Vodka» sözü rus dilində «su» mənasını verən «Voda» sözündən əmələ gəlib.

Rusiyanın sahəsi vaxtı ilə planet hesab edilən Plutonun səthinin sahəsindən daha böyükdür (17km2 / 16.6 km2).

Rusiya və ABŞ sərhədinin ən yaxın olduğu yer olan Diomede adalarında yerləşir. Burada iki ölkə arasındakı məsafə yalnız 4 kilometrdir. Kiçik Diomede adası ABŞ sərhədlərinin içində yerləşdiyi halda,  Böyük Diomede adası isə Rusiyaya bağlıdır .

Birinci Pyotrun  zamanında Rusiyada “Saqqal vergisi” adında bir vergi toplanırdı. Ölkədə saqqal saxlayan hər kəs bu vergini vermək məcburiyyətində idi.

Rusiyada yerləşən Qaraçay Gölü dünyanın ən radioaktiv və çirkli gölü ünvanını əlində tutur.

Rusiyada bəzi muzeylərdə sənət əsərlərini gəmiricilərdən qorumaq üçün pişiklərdən istifadə edilir.

Rusiya və Yaponiya 2-ci Dünya Müharibəsindən sonra hələ də hər hansı sülh müqaviləsi imzalanmamışdır.Bunun əsas səbəbi isə iki ölkə arasın yerləşən Kuril adaları böhranıdır.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 

4 şərh

MURAD_SEYFULLAYEV
Mən eşitmişəm. :) Belə bir sıralamaya Youtube-da video şəklində rastlamışdım. Deyəsən bu məlumatlar da həmən videodan götürülüb və tərcümə edilib. Topik kimi də çox maraqlı alınıb. :)

Baxmayaraq ki, bizim millətin bəzi nümayəndələri Rusiyanı böyük bazar kimi görür və millətimizi elə ona uyğun, bazar milləti kimi tanıdır və buna görə üzü ağ, mədəni insanımız ordan utanıb üzü qara qayıdır, bununla belə bu dövlətin bəzi qanunlarına və xüsusilə də Prezidentinə çox hörmətim var. 
azadmamedov90
Zənnimcə yalnızca bu yox, həm də zamanla elm və təhsilin mərkəzi idi kimisinə görə) ama həqiqətən də  türkiyə və bəzi bizim kimi ölkələrdə ora həmin 9mln fərq və iş yeri kimi bilinir, həm də oranın meşələrinin arasında olan kəndlərin birində yaşamaq həqiqətən də gözəl olardı məncə.
 Onların 1ci Pyotr`ı kimi öndərləri və tanımadığımız neçə neçə məşhurları var. Əlbəttə ki, ərazi ölçü böyüklüyünə görə də say üstünlüyü var)
Ferbara
«Nüfus» osmanlıcadı, bizim dildə "əhalinin sayı" deyilir. «Nüfuz» isə bizdə başqa məna verir.
azadmamedov90
Nüfuzlu insan- yəni tanınmış hörmətli, indi isə imkanlı,  haradasa işləyən.