500 illik sirr

1996-cı ildə Argentina və Boliviya sərhədində yerli əhali tərəfindən bir neçə sirli uşaq mumiyaları aşkarlanmışdı. O zaman üçün hər kəsi təəccübləndirən bu hadisə son günlərdə yenidən müzakirə mövzusuna çevrilmişdir. Belə ki, tətqiqatçılar  bu yaxınlarda Cənubi Amerikaya xas olmayan bu mumiyaların sirrini aşkarlamışdırlar.  20-ci əsrin sonlarında tapılan bu mumiyalar 13 yaşındakı 'Llullaillaco Maiden' adı verilən qız və  başqa 4-5 yaşlarında bir oğlan və bir qız cəsədlərindən ibarət idi. Bradford Universiteti tərəfindən aparılan  araşdırma  nəticəsində uşaqlarda kokainin ana maddəsi koka (coca) yarpağı və pivə istehsalında istifadə edilən çiça (chicha) bitkisinin izinə rast gəlindi.

Tətqiqatçılar bunu onunla əlaqələndirirlər ki, qədim zamanlarda Amerika qitəsinin yerli əhalisi olan  İnkalar gözəl uşaqları qurban seçərək Llullaillco dağına qurban olaraq təqdim edirdi. Narkotik maddənin təsiri nəticəsində huşunu itirən uşaqlar daha sonra dağın yamacına götürülərək donaraq ölümə tərk edilirdi. 

Araşdırmanın lideri  Dr.Andryu  Vilson uşaqların saçlarından alınan nümunələrdə də yüksək nisbətdə narkotikin izinə rast gəldiklərini açıqladı. Dr. Andryu Vilson həmçinin qeyd edir ki, «Artıq uşaqların təbii yollarla ölmədiklərini bilirik. Uşaqlar qurban edildi. Bu mövzuda tək təsəllimiz uşaqların ölən zaman acı çəkməmələridir ».

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 

0 şərh