Bir çoxlarımızın bilmədiyi elmi gerçəklər

Kosmosa baxdığınızda gördüyünüz yalnız kosmos deyil, əslində bir zaman tunelidir. Məsələn, bu an dünyadan 65 milyon işıq ili uzaqda olan bir yadplanetli dünyanı seyr etsə idi, o, böyük ehtimalla dinozavrları görmüş olardı.

Dünya əhalisinin ən çox sıxlaşdığı bölgələr sıxlıq dərəcəsinə görə ağdan qırmızıya doğru rənglənmişdir.

İki gözümüz var və hər biri 130 milyon görmə siniri hüceyrəsindən meydana gəlir. Hər bir hüceyrənin içində 100 trilyon atom olduğunu düşünsək, bu sayı kainatdakı bütün ulduzların sayından belə daha çoxdur .

Dünyada hər şeyin sonu vardır. Ancaq Pi sayısından başqa… 3.14159265......

Dünyanın yaranmasından bu yana keçən zamanı 24 saata sığdırmağa çalışsaq insanlar bu müddətin yalnız 1 dəqiqə 17 saniyəsini doldura bilər.

Əgər bir sözü xatırlamaqda çətinlik çəkirsinizsə yumruğunuzu sıxın. Bu beyin fəaliyyətinizi artırmağa və yaddaşınızı inkişaf etdirməyə kömək edir.

Ağırlığı 600 kiloqram olan bir göy balinanın ürək damarlarının içinə bir insan sığa bilər.

Bir bala qütb ayısı doğulduğunda yalnız 450 qram ağırlığında olar. Yetkin olduqlarında isə ağırlığıkları 750 kiloqrama çata bilir.

1901-ci ildə Dr.Duncan MacDougall ruhun varlığını isbat etmək üçün bir insanın ağırlığını ölmədən dərhal əvvəl və sonrasında ölçməyə qərar verdi. Aradakı fərq isə 21 qram idi.

1981-ci ildə 1 GB-lıq yaddaş kartının dəyəri i 300 min dolları keçirdisə, bu rəqəm ildən ilə azaldı. 2000-ci ildə 10 dollara və 2012-ci ildə 1 dolların belə altına düşdü.

İnanılması çətindir, amma Helicoprion adlı bu köpək balığının 270 milyon il əvvəl yaşadığı güman edilir. Bu heyvanların maraqlı xüsusiyyəti isə mişar şəklində yumru çənəyə malik olmalarıdır.

Bir yetkin göy balinanın dili Afrikada yaşayan ortalama bir filin ağırlığı ilə eynidir.

2011-ci ildə Yaponiyada meydana gələn 8.9 böyüklüyündəki zəlzələnin təsirli ilə Dünyada günlər 1.8 mikrosaniyə qısaldı.

Bu yalnız bir fotoşəkil. Hər hansı bir animasiya və ya xüsusi bir efekt yoxdur. Yalnız göz yanılmasıdır.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 

 

19 şərh

Ferbara
İnsanın ağciyərinin hava tutumunu qramla ölçsək təxminən nə qədər olar?
MuSHviG
Ölçməmişəm, yalan deyərəm:)
azadmamedov90
Düzdü insanda olan ruh başqa formadadır-ama 21 qr olmadığı kəsindir.
MURAD_SEYFULLAYEV
Ölüm zamanı itirilən 21 qram məncə itirilmiş eneji ilə bağlıdır.
Ferbara
Ruh da enerji sayıla bilər?
MURAD_SEYFULLAYEV
Bir çox canlı və cansızlar enerjiyə sahibdir. Hansının ruh olub olmamadığını dəqiq deyə bilmərəm, necə ki, bu 21 qramı dəqiq olmayaraq bir əsr bundan qabaq belə adlandırıblar. 
MuSHviG
Ruhun varlığı elmi cəhətdən sübut edilməyib və onu hansısa bir ölçü vahidi ilə ölçmək və ya enerjiyə ekvivalent tutmaq olmaz məncə.
MURAD_SEYFULLAYEV
Amma çəki enerjidən asılı ola bilər. 
Ferbara
Necə? Elektrik enerjisi ilə yüklənmiş naqillə şəbəkəyə qoşulmamış adi naqilin çəkisində fərq olur?
MURAD_SEYFULLAYEV
Əlbəttəki yox.:)  Enerji dedikdə təkcə metaldan axan elektrik enerjisini başa düşülmür. Yuxarıda dediyim kimi bir çox canlı və cansızlar enerjiyə sahibdir. Bu barədə tam dəqiq məlumat verə bilməyəcəm, çünki çoxdan tanış olduğum bu mövzunu olduğu kimi və hardan oxuduğumu xatırlaya bilmirəm. Amma belə olduğuna əminəm. Vaxtım olsa axtarıb tapıb sizlə tanış edərəm. :)
Ferbara
İnşallah. Oxumaq istərdim. :)
azadmamedov90
Hə, nəzərinizə çatdırım ki, sonradan yadıma bir şey düşdü. zənnimcə dəfnlərdə iştirak etmisiniz. Diri adamı qaldırmaq asandır, ya Tabutu? və də bizi aldadırlar bir çox məlumatlar ilə.Bu filmə baxın.
azadmamedov90
Kibernetika, və kiberfizikadır deyəsən. Enşteyn rəhmətlik vaxtında deyib axı, Enerji heç nədən yaranıb heç nədən itə bilməz, bir şəkildən başqa şəkilə keçir.
 Hər bir  cisim molekullardan ibarətdir, və molekullar isə atomlardan, o isə nüvə və elektron, proton, neytrondan. Bu üçü nüvənin baçına fırlanır, lap ayın dünyanın və dünyanın da günəşin başına fırlandığı kimi. Zənnimcə elə beləliklə də enerji yaranlr. Atom bombası da belə olur ki,… İzah edərdim ama mən də tam təfərruatlı bilmirəm ))
kurdamir
Axırıncı şGöz yanılması bu qədər olmaz tayy ;))
kurdamir
Axırıncı şəkil-Göz yanılması bu qədər olmaz tayy ;))
azadmamedov90
Olar niyə olmur, onu hardasa oxumuşdum ki, psixoloqlar istifadə edirlər.
kurdamir
«Ağırlığı 600 kiloqram olan bir göy balinanın ürək damarlarının içinə bir insan sığa bilər.»
Elə şəkildə ikisi var.Necə  bir adam sığır? 
JAVIER_ZANETTI
Cox sagolun melumatlar eladi amma en cox maraqli olan 130 milyonu 1trilyona vurdum = 1.3e+21 cavabini aldim :) (menim bow bawimda yerlewen kicik gozlerim bu qeder geniwiken, niye bezen dunyalara sigmiriq?!)