Marsda yeni həyat əlamətləri aşkarlanlıb

NASA-nın “Curiosity” aparatı Mars atmosferində metanın sıçrayışlarını ölçüb və Kamberlend qayasının qazılması zamanı çıxarılmış nümunələrdə üzvi molekullar aşkar edib. Bu barədə Trend NASA-nın saytına istinadən məlumat verir.

Bu, planetdə keçmişdə və indi həyatın mövcud olduğunu göstərir.

“Curiosity” aparatını idarə edən alimlər hələlik Marsda qazın mənbəyini göstərə bilmirlər; qaz həm bioloji, həm də qeyri-bioloji xarakterdə ola bilər. Lakin Yerdə metan qazının 95 faizi mikroorqanizmlərdən daxil olur. Metanın heyvan mənşəli olduğunu sübut etmək üçün əlavə araşdırmalar tələb olunur.

Qayanın qazılması zamanı tozaoxşar şəkildə aşkar edilmiş və karbon qazını özündə saxlayan molekullar Marsda mikroorqanizmlərin mövcudluğunu sübut etməyə bilər. Lakin onlar Marsda həyatın yaranması üçün əlverişli şərtlərin olduğunu göstərirlər.

“Curiosity” aparatı Marsdakı Qeyl kraterinin yanındadır. Bundan əvvəl aparatın apardığı araşdırmalar Marsın səthində bir vaxtlar böyük gölün mövcud olduğunu göstərdi. Bundan başqa, alimlər güman edirlər ki, Marsın atmosferi sıfır dərəcədən yuxarı temperaturu saxlaya bilər.

“Curiosity” Marsa 2012-ci il avqustun 6-da çatıb. Onun əsas vəzifəsi ətraflı geoloji və geokimyəvi tədqiqatlar aparılması, planetin atmosferi və iqliminin öyrənilməsi, suyun və ya onun izlərinin axtarışından ibarətdir. Aparat 75 santimetrə qədər hündürlüyə malik maneələri dəf edə bilir və yerdə tam dönməyi bacarır. Bu layihə NASA-ya 2,5 milyard dollara başa gəlib.

Mənbə: www.trend.az

 

 

1 şərh

azadmamedov90
Mən həmişə fikirləşirdim ki, Afrika kimi ölkələri niyə marsa, mars kimi yerləri isə afrikaya bənzətmək istəyirlər görəsən? bu hərəkətləri ilə nə demək istəyirlər?