“Salvador Dali” muzeyi


Salvador Dalinin teatr-muzeyi 1974-cü ildə İspaniyanın Fiqeras şəhərində açılıb. Dali bu şəhərdə doğulub. Muzey-teatrın yaradılmasında rəssamın böyük zəhməti olub. O, bura özünəməxsus qəribə ştrixlər əlavə edib. Məsələn, binanın damında nəhəng iri yumurtavari fiqur yerləşdirib. Muzeydə məşhur rəssamın maraqlı əsərləri də saxlanılır. Burada Dalinin dəfn olunduğu türbə də var. O, xüsusi olaraq teatr-muzeyin fundamentində yerləşdirilib.







0 şərh