Həftə şəkillərlə - 2015 Yanvar 10-16

Keçəm həftə ərzində dünyanın müxtəlif yerlərində çəkilmiş ən yaxşı xəbər fotoşəkillərini kayzen.az saytı olaraq təqdim edirik.

Meksikada yerləşən Teacher Training Collage'nin  43 şagirdinin sentyabr ayında yoxa çıxmasına etiraz edən valideynilər və fəallarla polis əməkdaşları arasında qarşıdurma. Yerli prokurorlar polisi cinayət dəstələri ilə əməkdaşlıqda günahlandırırlar.

Tülkü qürurla Londonda 10 Downing Street’də yerləşən  İngiltərənin baş nazirinin evinin önündən keçərkən.

Hindistanın Assam regionunda hər il keçirilən Magh Bihu adlı icma balıqçılıq festivalında iştirak etmək üçün yola düşən balıqçılar.Bu festival qış yığım mövsümünün bitdiyinə bir işarədir.

Avtopilotlar Juan Manuel Silva və Pablo Sisterna'nın idarə etdiyi Mercedes markalı yarış avtomobili Dakar Rally'sinin Çilidən Boliviyaya qədər davam edən 8-ci mərhələsində qəza törədir.

Venesuellanın paytaxtı Karakasda ərzaq almaq üçün sıraya girmiş alıcılar əllərinə qeyd olunan sıra nömrələrini nümayiş etdirir. Ölkə əhalisinin əksəriyyəti əsas ərzaq mallarının qıtlığından və yüksək infilyasiyadan əziyyət çəkirlər.

19 gün ərzində şaquli formalı qaya parçasına dırmanmağı bacaran 2 Amerikalı alpinist qeyd edir ki, onların bu uğuru digər insanları daha ruhlandıracaq. Tommy Cladvell və Kevin Jorgeson Kaliforniya əyalətində yerləşən El Capital qayasına dırmanan ilk sərbət alpinistlər olaraq adlarını tarixə yazdılar.

Şimali İrlandiyada sərt iqlim şəraitinin məktəbləri bağladığı, yollarda hərəkəti çətinləşdiyi bir zamanda dalğıc Alastair Mennie Antrimdə yerləşən Portuş çimərliyinə doğru irəlləyir.

Papa Francis Fillippin və Manilaya səfəri zamanı Asiya Arenada yerli katoliklərə  xeyir-dua verir.

İtaliyanın Florensiya şəhərində təşkil olunmuş Fortezze da Basso moda gecəsindən kadr.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.

0 şərh