Tarixə Yazılan Baxışlar

Bu fotoların hər biri məhz baxışlara həsr olunub. Şəkillər insanda qorxu, heyrət yaradır, təəccübləndirir, heyran edir. Onlara sadəcə biganə qalmaq mümkün deyil. 

Sülh: Şəkildəki naməlum amerikalı əsgərdir. Kadr 18 iyun, 1963-cü ildə Cənubi Vyetnamda çəkilib. 

 

Təəccüb: Harold Whittless anadagəlmə kardır. Bu fotoda o, apparat vasitəsilə ilk dəfə eşidir. 

 

Dəlilik: Şəkildəki əsgər idarə edilə bilməyən panika, ağlın, yuxunun, danışmaq bacarığının itirilməsi kimi hallarla müşayiət olunan psixoloji travma almışdır. Şəkil 1916-cı ildə, Kurselett döyüşü zamanı çəkilmişdir. 

Məğlubiyyət: Fotoda Stalinqrad döyüşündən sonra əsir düşən alman əsgəri təsvir edilib. 

 

Yorğunluq: Kadr 1945-ci ildə Limburqda çəkilmişdi. Fotoda alman konslagerindən azad olunmuş amerikalı əsgər təsvir edilib. 

 

Qorxu: Fotodakı 15 yaşlı alman əsgəri Hans Georg Henkedir. Valideynləri vəfat edəndən sonra o, acından ölməmək üçün əsgər olmuşdur. 3 aprel 1945-ci ildə amerikalı əsgərlər onu əsir alanda oğlan ağlamağa başlayır. 

 

Cəsarət: Şəkildəki Bibi Ayşidir. Taliban döyüşçüsü olan əri döyülmələrə tab gətirməyərək qaçmağa çalışanda onu cəzalandırmışdır. Humanitar təşkilatların nümayəndələri qıza kömək göstərmişdilər. 

 

Həsəd: Şəkildəkilər Sofia Loren və Jane Mansfield-dir. 12 aprel 1957-ci ildə 20th Century Fox kinokompaniyasının tədbiri zamanı çəkilmişdir. 

 

Məsumluq: Şəkildəki uşağın sapfir rəngli gözləri var. Fotonun Vanessa Bristow həddindən artıq fotoşop istifadə etməkdə günahlandırılmışdır. Sonra Vanessa bu uşağın digər fotolarını yayımlayaraq şübhələri üzərindən qaldırmışdır. 

 

Tale ilə barışmaq: Şəkildə yəhudilərin güllələnməsi təsvir edilib. Kadr Vinnitsanın sonuncu yəhudisi adın alıb. Hesablamalara görə müharibə vaxtı orada 28 min yəhudi güllələnib. 

 

Rahatlanma: Şəkildə 23 saatlıq ürək köçürmə əməliyyatından sonra dincələn cərrah təsvir edilib. Onun köməkçisi isə kənarda yatır. 

 

Ümidsizlik: Şəkildəki aclıq çəkən qadındır. Kadr 1941-ci ildə Varşava gettolarının birində çəkilib. 

 

Panika: Şəkildəkilər Liverpul-Notttingem oyununa baxmağa gəlmiş fanatlardır. Stadionda sıxlıqdan 96 nəfər ölmüşdür. 

 

Ehtiyat: Şəkildəki Şərbət Guladır. 1984-cü ildə qızcığaz Əfqanıstanda valideynlərin itirdikdən sonra digər qaçqınlarla birlikdə Pakistana qaçır. 

 

Utanc: Alman faşistlərinə işlədiyinə görə fransız qızın saçın qırxırlar. 

 

Nifrət: Şəkildə fotoqrafın yəhudi olduğu bilən Göbbels təsvir olunub. 

 

Heyranlıq dolu qorxu: 1963-cü il, parisli uşaqlar kukla teatrı tamaşasında. 

 

Sevinc: Şəkildə uşaqlar şirin pambıq aldıqları üçün sevinirlər. 

 

İtirilmiş məsumiyyət: Şəkildəki suriyalı döyüşçü Əhmədin barrikadaların önündə dayanmış 8 yaşlı oğlu Əhməddir. 

 

 

1 şərh

Türkəl
Birinci şəkildəki əsgərin adı Larry Wayne Chaffin'dir və onun haqqında çox şey MƏLUMdur. Şəkil isə 63-cü ildə çəkilə bilməzdi. ABŞ-ın Vyetnama silahlı hərbi müdaxiləsi 1965-ci ildə başlayıb.