80 yaşında gamer qadın

Facebook üçün hazırladığı videonun ardından 80 yaşındakı Shirley Curry bir anda məşhur oldu. YouTube yayımı edən Shirley, bizə oyun oynamağın yaşı olmadığını sübut edir.
Shirley Curry-nin tam 80 yaşı var və Youtuberdir. İnanılması çətin gəlir, amma bu gamer nənə oyun oynamanın yaşı olmadığını bizlərə sübut edir. Öz halında TES V: Skyrim oynayarkən İyul ayında tanındı və 1 ilini tamamlayan YouTube kanalı xeyli məşhur bir mövqeyə yüksəldi. Kanalın hal-hazırda 194 min üzərində abunəsi, 5 milyona yaxın isə baxış sayı var.
80-yashinda-youtuber-qadin-shirley
 
İlk kompüterini oğlu alıb

Facebook üzərindən paylaşdığı bir video ilə bir anda hamının diqqətini çəkən Shirley, əslində kompüter və video oyunları ilə çox gec tanış olub. Oğullarından biri Shirley-ə kompüter hədiyyə edir və bundan sonra asılılıq başlayır. Özünü kompüter oyunlarına qapdıran Shirley nənə, Skyrim’ı oynamağa başlayanda bir YouTube kanalı açmağa qərar verir.
shirley2
Shirley, öz açıqlamasında belə deyir:
Oğlum mənə ilk kompüterimi hədiyyə etdiyində bunun bir asılılığa çevriləcəyini ikimiz də bilirdik. Qısa bir müddət sonra Skyrim’ı gecə-gündüz oynamağa başladım. Bir müddət sonra oğlum məni yatmağım və yemək yeməyim barəsində xəbərdar etmək məcburiyyətində qaldı.
Skyrim Special Edition ilə videolara davam

Skyrim: Special Edition oyunu, heç də sürpriz olmayan bir şəkildə həftə sonunun ən məşhur oyunu olmağı bacardı. Bethesda tərəfindən, qrafikləri yenilənərək satışa çıxarılan oyun, Skyrim pərəstişkarlarını yenidən oyuna cəlb etdi. Shirley də bu pərəstişkarlardan biri idi. 80 yaşına girən qadın, YouTube gümüş butonunu almağı da bacardı.
Shirley Curry-nin Youtube kanalına baxmaq üçün bu linkə keçid edə bilərsiniz. 

/Mənbə: Texno.biz


0 şərh