Yapon mükəmməlliyi

Şinkansendə (Yapon sürət qatarı) ortadakı oturacaq digərlərindən bir az daha genişdir. Bu ona görə edilib ki, ortada əyləşmiş sərnişin özünü sendviç kimi sıxılmış və əzilmiş hissləri keçirməsin.

İki və ya üç oturacaqlı sıraların olması isə qrupların rahatlığı üçün təşkil edilib. Tək gələn adam istənilən yeri seçə bilər. Cütlük ikili oturacağı, 3 nəfərlik qrup 3 oturacağı, 4 nəfər birgə gələn isə iki ikinəfərlik sıranı seçə bilər.

Maraqlıdır ki oturacaqları fırlatmaq da olur, bu da 4 nəfər sərnişinin üzbəüz oturmasına imkan yaradır. 6 nəfərlik qrup da eyni qayda ilə üzbəüz otura bilər.

0 şərh