“Dominos pizza”nın yaradılması

Tom Monaqan – amerikalı biznesmen, “Dominos pizza” kimi transmilli şirkətin yaradıcısıdır. O fəxri 6 elmi dərəcənin və “İlin sahibkarı – 1984” titulunun sahibidir.

Tom Monaqan 25 mart 1937-ci ildə Miçiqan ştatında, Ann Arbor şəhərciyində dünyaya gəlib. Onun 4 yaşı olarkən atasının dünyasını dəyişməsi Tomun uşaqlıq illərini müxtəlif yetimlər evi və internatlarda keçirməsinə səbəb olur.

O demək olar ki, tənha uşaq olaraq böyüyür və demək olar ki, heç bir dostu olmadığından bütün zamanını kitab oxumağa ayırır. Kitablardan öyrəndikləri onun beynində yeni dünya yaradır. Daim öz vəziyyətini yaxşılaşdırmağa cəhd etmək onun xarakterinin ən müsbət cəhətinə çevrilir.

1956-cı ildə o dənizdə xidmətə çağırılır və bu xidmət şübhəsiz ona yaxşı həyat dərsi qazandırır. Dənizdə xidmət ona iki keyfiyyət – intizam və əzm qazandırır ki, bu keyfiyyətlər də daha sonradan uğur qazanmağa ona kömək edən əsas amillər olur.

1960-cı ildə Tom Monaqanın 23 yaşı tamam olduqda 900 dollar borc götürərək Miçiqan ştatı, İpsilantidə qardaşı ilə birgə “Dominike”-ni əldə edir. 1965-ci ildə o öz biznesinin adını “Domino” olaraq dəyişdirir və təhsil müəssisələrinin yanında daha üç mağaza açır. Bu dövr ərzində o öz rəqibləri ilə əhəmiyyətli mübarizələrdən keçməli olur və demək olar ki, hətta müflislik həddinə gəlib çatır. Lakin bütün bu çətinliklər Monaqan da ikiqat əzmkarlıq yaradır.

Monaqan françayzinq sistemi ilə ilk mağazasını 1967-ci ilin aprelində açır. 1968-ci ildə baş vermiş dəhşətli yanğın mağazanı yerlə yeksan edir. Bu andan etibarən zəncirvari böhranlar dalğası baş qaldırır. Onun yerində başqa bir şəxs olsaydı təslim olmağı gözə alardı. Lakin Monaqan 1969-cu ildə hər şeyi yenidən və ilk pillədən başlayır. O borc alaraq şəbəkəsini 32 mağazaya çatdırır.

Lakin bu da hələ son deyildi. Tomun yenidən fəaliyyətə başlamasının 18-ci ayında şirkətin 1,5 milyon dollar borcu var idi. 1971-ci ilin 22 martında bank “Domino”-nun gələcəyinin olmadığını anlayır. Bu o demək idi ki, şirkət müflisliyə doğru gedir. Monaqana şirkətdə sahib olduğu payı qaytarmaq və özünə yalnızca “Domino” mağazasını saxlamaq təklif edilir. Lakin o buna nə qədər zaman tələb edilməsindən asılı olmayaraq bütün kreditorlara olan borcunu qaytaracağına söz verir. O 9 il ərzində öz borc öhdəliyini ödəməyə davam edir.

Hazırda “Domino” şirkəti ABŞ-da evlərə çatdırılan pizza bazarında əsas yerə sahibdir və gün küçdikcə öz biznesini genişləndirməklə məşğul olur. Monaqan 1989-cu ildə biznesini satmaq qərarına gəlmişdi. O ömrünün son illərini sakit şəkildə keçirmək arzusunda idi. Lakin şirkət onun bu qərarını qəbul etmir və 1991-ci ilin ortalarında Monaqan “pizza uğrunda mübarizə aparmağa davam edəcəyini” mətbuat nümayəndələrinə elan etmişdi.
 

0 şərh