İki dəfə edam edilən şəxs

Villi Frensis (12 yanvar 1929 – 9 may 1947-ci il) – amerikalı qatil idi. O 1945-ci ildə (16 yaşında) Luiziana ştatında elektrikli stul ilə ölüm cəzasına məhkum edilmiş yeniyetmə, qaradərili cinayətkar idi. Onun başına gəlmiş hadisə elektrikli stulda edam cəzasının baş tutmadığı ilk hadisə idi. Lakin ölüm cəzası ikinci cəhd ilə həyata keçirilir. Bu cəhd vəkil Vertrand DeBlankın etirazına səbəb olur. Belə ki, vəkil bu qəddar və qeyri-adi cəza növünü 8-ci düzəlişin pozulması hesab edirdi.

3 may 1946-cı ildə Villi Frensisi elektrikli stula bağlayırlar. O işə düşdükdə Villi qışqırır: “Söndürün onu, mən qızarıram”. Onu cəld bir şəkildə stuldan ayırırlar və ölüm cəzasına məhkum edilmiş məhbusların olduğu kameraya göndərirlər. Stul isə yoxlanışa göndərilir. Rəsmi məlumata görə, stulda naqillərdən biri sıradan çıxıbmış. Belə olduqda, cinayətkarın vəkili Vertran De Blank Frensinin layiq görüldüyü ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edilməsinə nail olmağa çalışır.

O ştat komissiyasına əfv qərarı ilə müraciət edir və iddia edir ki, ölüm cəzasını həyata keçirən türmə əməkdaşları işi icra edən zaman sərxoş idilər və Villiyə təhdid edirdilər. Lakin əfv komissiyası bunu cəza növünün dəyişdirilməsi üçün tutarlı səbəb hesab etmir və ölüm cəzası qüvvədə qalır.

9 may 1947-ci ildə, 13:00 və 14:00 arası Villi Frensis uğurlu şəkildə edam edilir.

0 şərh