Vikinglər

Vikinglər azad kəndlilərdən toplanan və əsasən ticarət və quldurluq üçün dənizlərdə drakkarlardaüzən müxtəlif tayfalardan ibarət (əsasən skandinav mənşəli) sosial təbəqə. 810-cu ildən başlayaraq, 300 il Skandinaviyada hökm sürüblər. 300 il ərzində Vikinqlər bütün Avropaya yürüş ediblər. Avropanın çox yerində məskən salan vikinqlər Qrenlandiyanı kəşf ediblər Xristofor Kolumbdan 500 il əvvəl Şimali Amerikaya ayağ basan ilk avropalılar olublar. Fransada və Şotlandiyada öz dövlətlərini yaradıllar.

Anqlo-sakslar və digər millətlər Skandinaviyanı tərk etdikdən sonra buraya Danlar gəlib, 800-cü ildə öz dövlətlərini yaratdılar. 810-cu ildə şah Qotrrikın ölümündən sonra dövlət dağıldı və vikinqlər hakimiyətə gəldi. Buna səbəb vikinqlərin çoxsaylı gəmiləri və dənizdə güclü naviqasiyaya malik olmaları idi. 814-cü ildə Böyük Karlın qurduğu franklar dövləti vikinqlərin və ərəblərin hücümlarından sonra dağıldı. Amma vikinqlərin düşmənları birləşəndə və vikinqlərə hücüm edəndə sonuncular uduzurdular. Belə ki, Vikinqlər 878-ci ildə İngiltərədə məğlub oldular. 891-ci ildə anqlo-saks şahı Alfred vikinqləri məğlub etdi. Eləcə də frank ordusu vikinqləri məğlubiyyətə uğradıb.

İlk yürüşlərindən biri bir qrup norveçlinin 793-cü ildə İngiltərəyə hücümüdur, vikinqlər Lindsafr adasında kilsəni dağıdırlar. Bir ildən sonra isə Veramus kilsəsini dağıtmışlar. 795-ci ildə vikinqlər Men və Ayona adalarına hücüm etmişlər. 802-806-cı illərdə buralarda kilsə dağıtmışlar. Bütün hücümlar qısamüddətli və qəfil olurdu: vikinqlər müharibə elan etmədən gəmi ilə sahilə yanaşıb şəhərlərə hücüm edir, rəqib ordu yığılana qədər əllərinə keçəni götürür, evləri yandırır və gedirdilər. Bu hadisələrdən 20 il keçəndən sonra vikinqlər çoxsaylı ordu yığaraq İngiltərəyə və Fransaya yürüşlər etmişdilər. Fransaya yürüşdən sonra vikinqlər  İngiltərəyə doğru yürüş edirlər. 836-cı ildə Vikinglər birinci dəfə Londona hücüm etmişlər, daha sonra Danlar (600 gəmidən çox) olan ordu ilə Bremenə hücüm etmişlər şəhər elə vəziyyətə gəlmişdi ki, yepiskop rezidensiyası Bremendən köçürülmüşdü. 851-852-ci illərdə yenidən İngiltərəyə hücüm edən vikinqlər London və Kenterberri şəhərlərinə hücüm etmişdilər; bu yürüşdə 350 gəmi iştrak etmişdir.

866-cı ildə payızda Tulfan 20.000-lik Viking ordusunu gəmilərlə Şotlandiyaya götürüb çıxarır Bu zaman burda şərgi İngiltərə dövləti var idi. Burada qış keçirib gələn ilin əvvəlində isə Denlo dövləti yaradırlar. 878 ildə nəhayətki uzun sürən müharibənin sonunda Anglo-Sakslar Vikingləri torpağlarından qovurlar amma bu zaman yeni Viking Flotu İngiltərəyə və Fransaya doğru yürüş edir.880 ildən 911 ilədək Vikinglər fransanın bir çox şəhərlərinə hücüm edib gəlib parisə çatmışdılar.40.000 Viking ordusunu görüb təşfişə düşmüş Fransızlar pul verməklə canlarını xilas edirlər.Vikinglər Fransanın şimal-qərb tərəfinə keçib burada qalırlar.911 ildə Fransa kralı Karl III Viking hökmdarı Rollon-a işğaı etdiyi torpağları bağışlarıy və 911 ildən Normandiya yaranır.900-935 ildə indiki Daniya dövləti ərazisində Böyük bir Şahlıq yaranır.1016 daniyalı Vikinglər İngiltərədə hakimiyyəti öz əllərinə alırlar.



300 il ərzində gedən yürüşlər avropada çox saylı vikinglər dövlətinin yaranmasıyla bitmişdir.
Vikinq evləri çox zaman bir otaqlı olurdu. Varlı Vikinqlər daha böyük evlərdə yaşayırdılar. Vikinqlər çox zaman taxtadan ev tikirdilər, amma Grenlandiya və İslandiyada taxta az olması səbəbindən evləri yerli daşların köməyi ilə tikirdilər. Burada divar enniliyi 90 santimetr təşkil edirdi. Evin ortasında isə mangal olurdu, burada yemək hazırlanardı.

Skandinaviya sakinləri qədim zamanlardan nizələr işlədirdi buna sübut arxeoloji tapıntılardır. Vikinq nizəsi digər nizələrdən öz ağırlığı ilə fərqlənirdi.Bu nizələr atılmaq üçün deyil, döyüşdə istifadə üçün işlənirdi.Amma vikinqlərdə eləcə də atmaq üçün nizələr də mövcud idi.

Vikinq Baltası 90 santimetr uzunluğunda idi.Baltanı döyüşdə rahat istifadə etmək mümkün idi.Belə ki, bir dəqiq zərbədən sonra ikincisinə ehtiyac qalmırdı.Balta hücümda çox yaxşı idi, amma müdafiəyə yararsız idi.Baltalar vikinqlər arasında çox məşhur idi. Belə ki, Vikinq hökmdarları Eyrik Xaraldson və Eyrik blodeks (qanlı balta ləqəbi ilə tanınan) baltadan istifadə edirdi.Normanların Qastinqs döyüşündə qələbənin əsas faktoru Vikinqlərin daha güclü silahları idi.

Vikinqlər dövründə Avropada ən məşhur silah Qılınc idi skandinaviyada isə skramasaksam adlı qılınclar var idi.Bunlar bir ülgüclü uzun tipli qılınclar idi. İllər ötdükcə qılınclar skandinaviyada dəyişir və indiki zamanda Vikinq qılıncı kimi tanınan qılınca çevrildi.Skandinaviya qılıncı uzun və ağır idi. Skandinavlar öz silahlarına ad qoyurdular belə ki çox işlənmiş silahlara skandinavlar çalışırdı yadda galan ad versinlər məsələn «Döyüş odu» kimi.Vikinq baltaları və qılıncları gızıl və gümüşlə bəzənilirdi.Ən gözəl silah bəzək üsullarından biri silah tutacağı düzəldərkən tutacağa həm mis, həm də qümüş yeridirildi bununla da silahın tutacağı ağ-qara olurmuş.

Viking zirehləri öz tipinə görə Sparta zirehlərinə oxşardılar.Bunu X əsrin dəbilqəsinə baxdıqda (hal hazırda olan şəkil) bilmək olar. Eləcə də bəzi mənbələrə görə Vikinqlər döyüşə at formalı dəbilqələrdə gedirdilər.

Vikinqlərin gəmiləri onların ən böyük nəaliyyətləri idi. Vikinqlər çox vaxt öz gəmilərini şeirlərdə təsvir edirdilər. Nisbətən yüngül gəmilərlə vikinqlər qəflətən hücümlar edirdilər. Gəmilərin mənfi cəhəti onların çox üzə bilməməkləridir. Vikinq gəmiləri digər gəmilərdən avarların sayı ayırırdı, belə ki ən minimal ölçülü vikinq gəmisində 13 cüt avar vardır. İlk gəmilər 40-80 nəfər daşımaq qabiliyyətinə malik idi. Bir çox iri vikinq gəmiləri rənglənirdilər. Vikinq gəmisinin ucunda çox vaxt əjdaha başları olardı. Gəminin arxasında isə çox vaxt əjdaha quyruğları təsvir olunardı. Gəminin quruluşuna əsasən gəmi küləyə əks də üzə bilərdi. Bir neçə Vikinq gəmisi isə bizim vaxta qədər Skandinaviya muzeylərində saxlanılır. Ən məhşur tapıntı 1880-ci ildə tapılmış bizim eradan əvvəl 900-cü ilə aid olan gəmidir. Bu gəminin 23.3 metr uzunluğu və 5.3 metr enniliyi var, həmçinin gəminin 32 avarı var. Gəmidə 32 qalxan var.



Vikinqlər şimal tanrılarına inanırdılar. Bunlara Odin, Tor, Tir, Freya və başqaları aiddir. Məsələn öz dinlərinə görə olar döyüşlərdə düşmənlarınə qarşı rəhimsiz olurdular. Onların inanclarına görə əlində silahnan ölən döyüşçü Odinin Asqardakı Valhalla sarayına düşəcəklər. Orada isə pirlərdə və məşq döyüşlərində Raqnarökə qədər (Allahların ölümünə kimi, dünyanın sonuna kimi) yaşayacağlar. Bütün qorxaqlar və qullar Şər dünyası Xel-ə düşürdülər və orada isə dünyanın axırınacan qalırdılar. 793-ci ildə Vikinqlər Lindisfarn adasında kilsəni talan etdilər bu tarix ərzində vikinqlərin Avropaya birinci hücümu idi.
841-ci ildə Vikinqlər Dublin şəhərinin əsasın qoydular.
845-ci ildə Danimarka Vikinqləri Qamburq şəhərinə hücüm etdilər.
860-ci ildə Vikinqlər konunq Qastinq-ın başcılığı altında Nant daha sonra isə Ruan şəhərini talan etdilər.
874-ci ildə Vikinqlər İslandiya şəhərinin əsasın qoydular.
911-ci ildə Vikinqlər Paris şəhərini talan etməmək üçün Fidya alandan sonra Fransanın Şimal-qərbində məskan saldılar daha sonra isə Karl III bu məskənləri Rollon-a bəxş etdi.
986-ci ildə Kürən Erikin başcılığı altında İslandiya Vikinqləri iki koloniyanın əsasın qoyublar. Bunlar Esterbüggen və Vesterbüggen idilər.
1000-ci ildə Vikinqlər Qrenlandiyanı kəşf etdilər.
1066-ci ildə Vikinqlər Britaniyanı işğal etdilər.
 

0 şərh