Tarixin qiyamət ssenariləri

Pompey fəlakəti
Roma İmperatorluğunun gördüyü ən qorxunc təbiət hadisəsi şübhəsiz ki, Vezuvi vulkanının püskürməsi idi. Dağ o qədər şiddətli lava püskürmüşdü ki, sadəcə şəhər sakinləri deyil, bütün romalılar dünyanın sonunun gəldiyinə inanmışdı. İki gün ərzində səmanın küllə örtülməsinə səbəb olan fəlakət, xalqın böyük əksəriyyətinin həyatına son qoymuş, Pompey şəhərinin isə xəritədən silinməsinə səbəb olmuşdu.

London yanğını
Bütün xristian dünyası 1666-cı ilə qorxuyla girib. İncildə pis hadisələrin xəbərçisi kimi görülən 666 rəqəmindən çəkinən din ictimaiyyətinin qorxduğu başına gəlib. Həmin il baş verən və Londonun yarısını yox edən yanğın minlərlə adamı öldürən vəba epidemiyasının bütün qalıqlarını da şəhərdən silib.

Halley kometası
Hər 76 ildən bir dünyanı ziyarət edən quyruqlu ulduz tarix boyu insanları qorxudan ünsür olub. Təqvimlər 1910-cu ili göstərəndə dünyaya yaxınlaşan quyruqlu ulduz böyük narahatlıq yaratmışdı.

Yahovanın şahidləri
7 milyon insandan ibarət beynəlxalq dini birliyin ilk “əsəri” 1914-cü ildə dünyanın yox olması ilə bağlıdır. İddia edilən fikirlər reallaşmadığı üçün həmin dini birlik öz inanc sistemində dəyişikliklər etmək məcburiyyətində qalıb.

Planetlərin düzülüşü
Planet toqquşmaları həmişə yeni qiyamət ssenariləri doğurur. 2000-ci il mayın 5-də də Ay və Günəşlə eyni sırada olan Merkuri, Yupiter, Saturn və Venera bəzilərinin dünyanın buzla örtüləcəyinə və ya zəlzələlərlə insanlığın yox olacağına inanmasına gətirib çıxarmışdı.



İsa dünyaya qayıdır
Din alimi Pat Robertson 1980-ci ildə İsanın dünyaya geri qayıdacağını iddia etmişdi. Robertson, “İsa bir mələyin gurultusu və Allahın şeypurunun səsi ilə birlikdə göydən enəcək və biz bütün insanlar onunla havada görüşəcəyik” demişdi.

Hale-Bopp Faciəsi
Kəşf edildiyi 1995-ci ildən sonra sadəcə bir dəfə 1997-ci il martın 28-də dünyadan görünən Hale-Bopp kometası həmin gün bir faciəyə səbəb olub. “Cənnətin Qapıları” adlı bir dini birliyin 39 üzvü kometanın dünyaya çox yaxınlaşmasından qorxaraq kütləvi intihar edib.

Buz fəlakəti
Yazar Riçard Non “Son fəlakət” kitabında 2000-ci il mayın 5-də qütblərdə yeni buzlaşma dövrü olacağını müdafiə etmişdi. Riçard həmin tarixdən sonra bir daha kitab yazmayıb.

Y2K səhvi
1984-cü ildə “Wall Street Journal” qəzetində yazılan bir xəbərə görə, 2000-ci ilə keçən gecə kompüterlərdə tarix problemi yaşanacaq və bütün sənədlərin yığıldığı server çökəcəkdi. Medianın bu səhvinə görə minlərlə insan yemək tədarükü görmüşdü.

Qara dəlik fəlakəti
2009-cu ilin sentyabr ayında bəzi elm adamları ən güclü atomun dünyada qara bir dəlik yaradacağına inanmışdı. Hətta bu dəliyin dünyanı udacağı ilə bağlı nəzəriyyəni də müdafiə etmişdilər.

Nərgiz

0 şərh