Mahatma Qandi haqqında bilmədiklərimiz

Əsl adı Mohandas Qandi olan, tarixə adını ardıcıllarının verdiyi Mahatma Qandi ləqəbi ilə “böyük ürək”, “ böyük müəllim” yazdıran Mahatma Qandi Hindistanın ən yüksək kastası hesab edilən “ticarətçilər” təbəqəsinə mənsub idi. Babası Ota Qandi Britaniya Hindistanının Qucarat knyazlığında atası Karamcant Qandi isə öncə Porbandara sonra isə Radjkot knyazlığında baş nazir vəzifələrində çalışıb.

Qandi adının mənası “dükançı”, “ticarətçi” anlamını verir. Qandi 13 yaşındaykən ailəsi tərəfindən öz həmyaşıdı ilə evləndirilib. 

Hindistanda şiddətsiz inqilab edən Qandi ardıcılları tərəfindən verilən Mahatma ləqəbini heç zaman işlətmirdi. Bəzi şəxsiyyətlər haqqında əfsanələr yayılır, bunlardan biri də Qandidir. Onun hər zaman köhnə və cırıq-sökük paltar geyinib ayaqyalın gəzməsi də bu miflərdən biridir. O ilk dəfə İngiltərəyə getdikdə ətrafındakı hər kəsə sübut etməyə çalışırdı ki, bir hindli öz adət-ənənələrindən çıxmadan da avropalı kimi dünyagörüşlü, centlmen ola bilər.

Qandi Britaniyaya ağ flanel kostyumda daxil olsa da, qısa zaman ərzində avropalılar kimi geyinməyi, cəmiyyətdə özünü aparmağı öyrənir, hətta musiqi və rəqs dərslərinə yazılır. Qandinin Britaniyada daha bir kəşfi isə ingilis əhalisinin bəzilərinin vegeterian olması olur. Buna o qədər təəccüb edir ki, İngiltərədə vegeterian assosiasiyasının katibi vəzifəsində də çalışır. 

Britaniyada parlaq gələcəyi olsa da Qandi vətəninə dönərək vəkilliklə məşğul olur. Hindistanda azadlıq uğrunda şiddətsiz inqilaba başlayan Qandi haqqında Luis Fişer “Qandi və Stalin” kitabında qeyd edir ki, 1938-ci ildə Qandidən yəhudilərin taleyi haqqında soruşduqda cavab verir ki, alman yəhudiləri kütləvi şəkildə intihar etməlidirlər. Bu hərəkət “dünyada və alman xalqında Hitler rejiminə qarşə qəzəb yaradacaq”.

Tarixdə tez-tez həbs olunması ilə də yadda qalan Qandi həbsxananı özünün evi adlandırırdı. 1931-ci ildə yenidən Britaniya kraliçası tərəfindən İngiltərəyə dəvət olunan Qandiylə həmin görüşü işıqlandıran jurnalist arasında maraqlı dialoq yaşanır. Bukinqam sarayına gələn Qandi Hindistanın milli geyimində, sandalda daxil olur. Bu zaman bir jurnalist “sizə elə gəlmir ki, bu görüş üçün yetəri qədər paltar geyinməmisiniz?” soruşanda Mahatma Qandi Kraliça həzrətlərinin üstündə ikimizə də yetəcək qədər paltar var” deyib. Hər zaman insanların bərabərliyi üçün mübarizə aparan Mahatma Qandiyə “Nəyə görə üçüncü sinif sərnişin nəqliyyatlarından istifadə edirsiniz?” sualı verildikdə “Çünki dördüncü sinif yoxdur” cavabını verirdi. 

1948-ci ilin 30 yanvarında, saat 05:00 radələrində dua etmək üçün “Birla House”a gələn Qandi atəşə tutuldu. Ölümcül yaralanan Qandinin son sözləri “Oh Ram!” oldu. Ölümündən 5 ay əvvəlsə arzusuna çataraq qan tökmədən Hindistana müstəqillik qazandıra bildi. Qandinin doğum günü əksər hindlilər tərəfindən “qeyri-zorakılıq” bayramı olaraq qeyd olunur.

Zeynəb ƏKBƏR  
parafr.az
 

0 şərh