Karlson kimin prototipidir?

Cizgi filmlərini kim sevmir ki… Hamımız sevirik, yaşımız neçə olur-olsun, baxırıq. Hələ bu uşaqlığımızın cizgi filmidirsə, qaça-qaça gəlirik ekran önünə. İndi də onlardan birindən danışacağıq – “Balaca və Karlson” cizgi filmindən, daha doğrusu onun qəhrəmanı Karlsondan.

Amma əvvəlcə bir az cizgi filminin özü barədə. Bu cizği filmini rejissor Boris Stepançev Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri əsasında çəkib. 

Filmdə Karlson obrazını Vasili Livanov, uşağı Klara Rumyanova səsləndirib. Cizgi filmi Soyuzmultfilm tərəfindən 1970-ci ildə çəkilib. Gələk Karlsona. Bu obrazın yaranma tarixcəsi, demək olar, ən ağlasığmaz və mifik olanlardandır. Ola bilsin, onun prototipi Herman Görinqdir. Astrid Lindqrenin qohumları, sözsüz ki, bu ehtimalı təkzib edirlər. Amma bu mövzu ətrafındakı müzakirə və mülahizələri bu günün özündə də bitib-tükənmək bilmir. 

Lindqrenlə Görinqin tanışlığı 20-ci illərdə Görinq İsveçdə aviaşou təşkil etdiyi vaxt olub. Görinq o zaman “gücünün ən çiçəklənən vaxtında” idi. Birinci Dünya müharibəsindən sonra özünəməxsus xarizmaya malik məşhur as təyyarə pilotuna çevrilir, deyilənə görə çox yaxşı da iştahası varmış. Karlsonun kürəyindəki balaca motor da Görinqin pilotluğuna işarə kimi qəbul olunur.

Daha bir maraqlı məqam isə Karlsonun da Görinq “Boş şeydir, olur belə şeylər”, “Gücünün ən çiçəklənən vaxtınd olan kişi” ifadələrini tez-tez işlətməsidir. Əslində kürəkdə motorun olması fikri də Görinqin özünə məxsusudur. O, kürəyində belə motorun olmasını arzulayırmış. Arzusunu dostlarıyla olanda dilinə gətirib. Bu dostların arasında Astrid də varmış. 

İndi çox az adam bilir ki, Görinq alman AFMSP-nin analoqu olan İsveçin Milli-sosialist partiyasının idarəedicilərindən biri, üçüncü Reyxin ikinci adamı olub. Karlson haqqında kitabsa müharibədən sonrakı dövrdə, 1955-ci ildə işıq üzü görüb. Ona görə də bu qəhrəmanların bir-biri ilə əlaqəsinin dəqiqliyini israr etmək bir az ağılsızlıqdır. Amma bu məşhur, xarizmatik pilotun obrazının yazıçının yaddaşında iz salması, sonra isə onu bu obrazda canlandırması ehtimalı da yox deyil.

Bəzilərisə bunu ümumiyyətlə, yalan, rus təfəkkürünün uydurması olduğuunu hesab edirlər. Bu barədə əfsanənin 2008-ci ildə MBP-nin Nijeqorod şöbəsinin qəzeti tərəfindən adı çəkilməyən ədəbiyyatşünasa istinadən uydurulduğunu deyirlər. Guya, burada üçüncü Reyxin təşkil edilməsinin süjeti varmış (belə çıxır ki, Hitler uşaqdır, freken Bok – Rem, uşağın anası isə — nə üçünsə Gindenburq). Bunu ardınca isə başqa uydurulma təfsilatlar meydana çıxıb, guya Astrid gəncliyində faşist olub, bu səbəbdən də Görinq Stolkholmda yaşayıb Svensk Luftrafik-də pilot işləyəndə onunla görüşüb (əgər doğrusuna qalsa, 20-ci illərin ən başlanğıcında Görinq hələ faşist deyildi, Astrid isə qəsəbə məktəbinin 8-ci sinfində oxuyurdu).
 


Gücünün ən çiçəklənən çaağında olan, yaraşıqlı, orta köklukdə, eleqant bığı və saqqalı olan kişini 1901-ci ildə, Karlsonun yaranmasından yarım əsr əvvəl fransız karikaturaçısı Karan D`Aş çəkib.

Kürəyində həmin motor, üstəgəl, dirijabl siqar. 

Bu şəkli Lindqren görmüşdü, ya kürəyi motorlu kişi obrazını özü fikirləşib tapmışdı, demək çətindir. Amma tarixdə bir ideyanın bir neçə adamın ağlına gəlməsi faktları bəs qədərdir.

Haqqında nələrin yazılmasından, deyilməsindən asılı olmayaq bu əsər və cizgi filmi bu gün də hamı tərəfindən sevilir, oxunur, baxılır. Yəqin ki, bundan illər sonra da belə olacaq...

İnci QASIMOVA
 
parafr.az

0 şərh