Qiymətli daş "Qarışqa Qranatı”

Unikal mineral olan «Qarışqa qranatı» dünyanın sadəcə bir yerində, ABŞ-ın Dörd Künc deyilən ərazisində var. Bu dəyərli və qiymətli mineralın kristallarını yalnız qarışqa yuvalarının yaxınlığında tapmaq mümkündür. Belə ki, qarışqalar yuva düzəldən zaman yerin altından 4-9 mm ölçüdə qranat daşları çıxarıb yuvalarının ətrafına düzürlər.

Tərkibində xromun miqdarı böyük olduğuna görə rəngi qan qırmızıdır. Hansı səbəbə görə qarışqaların bu daşları yerin altından çıxarıb yuvalarının ətrafına düzməsi illərdir ki, elm adamlarında maraq yaradır. Müşahidəçilər bu minerallardan əlavə yuvaların ətrafında bir sıra digər mineralların, məsələn peridotitlərin, eklogitlərin olduğunu da görüblər. Güman edilir ki, qarışqaların qırmızı rəngə xüsusi marağı var.

Bu mineralın populyarlığı təkcə zərgərlik sənayesindəki işçilər arasında deyil, həm də şəxsi kollektorlar arasında yüksəkdir.

Qarışqa qranatı minerallarını yalnız yağışdan sonra toplamaq mümkündür. Hər bir şiddətli yağışdan sonra (burada çox nadir olan bir hadisədir), yüzlərlə adam bir-birinə qarışır və ətrafını diqqətlə araşdırmağa başlayır.

Qarışqa qranatı digər növlərdən gemolojik xüsusiyyətləri ilə fərqlənir. Möhkəmliyi — 7.25, sıxlığı isə — 3.8-dir. 

portal.azertag.az
 

0 şərh