Kinder-Surprise şokoladının qısa tarixçəsi

Hər birimizə çox yaxşı tanış olan “Kinder-Sürpriz”in yaranma tarixi Turin şəhərində Pietro Ferrero ailəsinə gedib çıxır.
İlk “sürprizlər”in içində bal və ləpə olub. Müharibədən sonrakı dövrdə onlar uğur qazanırlar və şəhər meriyası bu istehsalata maraq göstərir. Bu, sözügedən şirniyyatın və un məmulatları istehsalı ilə məşğul olan Ferrero ailəsinin nüfuzunun başlanğıcı olur.
1946-cı ildə Pietro, sonralar Ferrero qənnadı fabrikinə çevrilən laboratoriya yaradır. Məhşur “Kinder-Sürpriz” ideyası isə oğlu Mişelə məxsus olur. Kinder Sürpriz
Uşaq vaxtı süd sevməyən Mişel 20 il, yarısı süddən olan xoş dada və qoxuya malik bir məhsul yaratmaq arzusu ilə yaşayıb. Amma bu gənc bunu sadəcə arzu etməyib, qarşısına qəti məqsəd qoyub – belə bir təam hazırlamaq.
1974-cü ildə hamımıza tanış görünüşə malik “Kinder-Sürpriz” meydana gəlir. Onun konsepsiyası o zamandan bəri hələ də dəyişməyib.
“Sürprizlər”in ilk partiyası bir saat içində satıldı. Onu nəinki uşaqlar hətta onların valideynləri də gözləyirdilər. Mişel qətiyyətli biri olmaqla yanaşı həm də çox kreativ və yaradıcı idi. Ona görə də kinder-şokoladı sürpriz oyuncaqlar seriyası ilə
tamamlamaq qərarına gəlir. Onun ideyasını dizayner Henry Rotu reallaşdırır.
llər sonra  Ferrero yeni uşaq konfetləri seriyasını hazırlayır: isti ölkələr üçün – Kinder Joy, tərkibində südün miqdarı çox olan Kinder MaxiKing və Kinder Pingui konfetləri.
Fərqli istəkləri olan insanların tələblərinə cavab verə bilmək bacarığı, adi şeylərə qeyri-adi yanaşma qabiliyyəti və qətiyyət – bütün bunlar kinder-sürprizin dünyann ən sevimli təamlarından birinə çevrilməsinə səbəb oldu.
 
Mənbə: fins.az
 

0 şərh