Uolt Disneyin ölümündən əvvəl yazdığı qəribə yazı

O vəfat etdiyi zaman ardında qiyməti bir neçə milyon dollarla ölçülən imtiyazlar qoydu. Lakin kiçik bir qeydi hər şeyi dəyişdi.
Uolt Disneyin həyatının dünyanı dəyişdirdiyi şübhəsizdir. Mikki Maus və bütün Disney yeniliklərinin banisi olaraq həyatı boyunca gördüyü işlər on illərdir ki, uşaqlara və yetkin insanlara ilham verir. Sonda 1966-cı ildə ağciyər xərçəngindən vəfat etdiyində dünya əsl mənada böyük şəxsiyyətlərindən birini itirdi. Uolt Disneyin ölümündən əvvəl yazdığı qəribə yazı
İstənilən halda Disney tam başqa (az bilinən) şəkildə öz təsirini göstərdi. Disney tarixçisi Cim Korkis dahi şəxsiyyətin xəstaxanaya aparılmasından öncə son bir mesaj yazdığını deyir. “Hazırlanan televiziya layihələri: tam hazır və ya yüksəlişi mümkün hekayə” başlığı altında 4 isim: Ron Miller, Zirzəmiyə aparan 2 yol, Kurt Russell və CİA-Mobley.
Hələ də, yazının həqiqi anlamı illərdir ki, sirr olaraq qalır. Disneyin qoyub getdiyi mesaj nə demək idi?
Yazını tapan Disney arxivçisi Dev Smitə görə o, imtiyazlarını artırmaq üçün gələcəkdəki layihələri sıralayırdı. Bir isim ön plana çıxırdı: Kurt Russell
Disneyi ölməmişdən öncə heyrətə salan gənc Russel 15 yaşında artıq öz istedadı ilə izləyicilər tərfindən bəyəniləcək və studio müqaviləsini imzalamış olacaqdı. Disney1966-cı il oktyabr ayında ölümündən aylar əvvəl Russelin böyük bir aktyorluq qabiliyyəti olduğunu söyləmişdi. Nəticədə Kurt Russelin aktyor kimi karyerasında yüksəlməsində səbəb Disneyin son sözləri oldu. Uolt Disney ona heyran idi?
Russel insanların şübhələrini 2013-cü ildə “The View” proqramında doğruladı: “Düşünürəm ki, başqaları kimi məni bəzi filmlərdə aktyor olaraq görmək istəyirdi. Bunun xaricində başqa bir fikir ağlıma gəlmir…”-Russel dedi.
Disneyin yazısı ilə gənc aktyor bir çox Disney filmi ilə ( ən məşhuru “Tək və yanlız əsl ailə orkestrası” filmi də daxil olmaqla) öz professional karyerasına başladı. Nəticə etibarilə, unudulmaz və cəlbedici görünüşə malik istedadlı gənci ekranda saxladığı üçün Uolt Disneyə öz təşəkkürümüzü bildirməliyik.
 
Müəllif: Xədicə Mehdizadə
Mənbə: cazibe.info

0 şərh