Albalı ağacı festivalı

Hər il martın 27-də ABŞ-ın paytaxtı Vaşinqtonda  Milli Albalı Ağacı Festivalı keçirilir.
Bu festivalın tarixi  1912-ci il, martın 27-də Tokio Bələdiyyə Başçısı Yukio Ozakinin şəhərə hədiyyə etdiyi Yapon albalı ağaclarının xatirəsi ilə bağlıdır. 3 həftə davam edən festivalda 1,5 milyon ziyarətçi 3 mindən çox ağacı görməyə gəlir. 20 Mart- 12 Aprel tarixləri arasında keçirilən festivalda həm Amerika, həm Yapon mədəniyyətlərini təcəssüm etdirən şənliklər təşkil edilir. İnsana xüsusi mesaj verən albalı ağacları
ABŞ-da  Milli Albalı Ağacı Festivalı
Yaponiyanın ABŞ-a hədiyyəsi olan ilk albalı ağacları ölkəyə 1910-cu ildə gəlib,  ancaq göndərilən 2 min ağac xəstələnir. Amerikanın prezidenti  Hovard Taftın əmri ilə xəstə ağaclar yandırılır və  Tokionun Bələdiyyə Başçısı Ozaki Vaşinqtona daha  3 min ağac göndərir.
«First lady» — «Birinci Xanımlar»ın  sevimlisi
Birinci Xanım Helen Herron Taft göndərilən albalı ağaclarından ilkini  Qərb Potomak Parkına əkir. Ondan sonra bir çox Birinci Xanımlar  rəsmi olaraq albalı ağaclarını anmışlar.  Michelle Obama da  2012-ci ilin mart ayında  ağacların 100 illiyini qeyd etmək məqsədi ilə bir albalı ağacı əkib.
ABŞ-da tarixə düşən ən erkən çiçək açma 15 Mart 1990-cı ildə, ən gec çiçək açma isə 18 Aprel 1958-ci ildə olub.  Ağaclar haqqında hər şey tarixi qeydlərə düşür.
Həyat üçün mükəmməl  metafora
Yapon dilində  albalı ağacı “sakura” adlanırr. Ölkə üçün çox əhəmiyyətli bir yeri olan sakuralar baharın gəlişini, yenilənməyi və həyatın fani olduğunu  təmsil edir. Açdıqdan bir-iki həftə sonra tökülməyə başlayan sakura həyat üçün inanılmaz yaxşı bir metaforadır: həyat qısa, gözəllik müvəqqətidir, ona görə hər şeyin dadını çıxartmaq şərtdir!
Yaponlar sakuranı  çox ciddiyə alırlar. «Hanamı» adı verilən sakura izləmə şənlikləri təşkil edirlər. Min illərdir ki, bu ənənə davam etdirilir.  Albalı ağacı çiçəklərinin altında ləziz təamlar yeyilib-içilir. Gecə təşkil edilən  hanamilərə isə «yozakura» deyilir və gecə sakuraları izləməyin dadı tam fərqli olur.
Sakuralı dondurma
Yaponlar sakurayı izləməklə qalmazlar, çiçək açdıqları dövrdə sakuraları «Shiozuke» adı verilən xüsusi bir təamla yeyərlər. Sakuralı şirnilər, dondurmalar, içkiləri sevərək istehlak edirlər.
Sakuranın 600 növü var. Çiçəklər neçə ləçəkli olduqlarına görə adlandırılarlar, 5 yarpaqlı çiçəklər Hiteo, 5-10 arası yarpağı olanlar Hanyae, 10-dan çox yarpağı olanlar isə Yae adını alar. Sakuranın bir çox növü meyvə verməz.
Dünyanın albalı paytaxtı
Vaşinqton  və Yaponiyada albalı ağaclarına xüsusi əhəmiyyət verirlər, amma dünyanın albalı ağacı paytaxtı  Corciya ştatının (Georgia, Macon) Meykon şəhəridir.  350 mindən çox  Yoshino albalı ağacına ev sahibliyi edər. Bu Vaşinqtonda əkilənlərin təxminən 90 qatı deməkdir.
Ən yaşlısı 2000 yaşında
İlk çiçəklənmədən son çiçəklənməyə qədər albalı ağacı mövsümü bir ay çəkir, hər bir ağac təxminən bir həftəyə qədər çiçəkli qalır. Ağacların ömürü isə ümumiyyətlə 16-20 ildir. Bəzi növlər 250 ilə qədər yaşaya bilər. Ən yaşlı albalı ağacı 2000 yaşındakı Jindai Zakuradır. Gövdəsinin diametri 13,5 metr olan bu ağac Yamanashidə Jissou Məbədindədir.
Dünyanın müxtəlif ölkələrində yaponların bu ənənələri davam etdirilir. Tayvan, Çin, İngiltərə, Şri-Lanka və s. kimi ölkələrdə xüsusi albalı ağacları əkilir və yazın gəlişi onlarla daha da təntənəli qeyd edilir. 
 
 
 
Müəllif: Vüsalə Əlövsətqızı
Mənbə: TurpKimi.com

0 şərh