Feminist hərakatları

Feminizmin tarixində vacib rol oynayan bir çox hərəkatlar olub. Məsələn, 1830, 1910-cu illərdə ABŞ-da başlamış və indi bütün dünyada vacib sayılan qadın işçilərin hərəkatı kimi. Feminizm hərəkatlarının vüsət almasında dünyanın müxtəlif bölgələrində başlayan azmaaşlı muzdlu işçi qadınların hərəkatlarının da böyük rolu var. Onların yaşayış minimumunun artırılması uğrunda apardıqları mübarizə son dərəcə vacib sayılır.
Feminit hərakatları
Daha sonra bərabər siyasi hüquqlar, qadınların seçki hüquqları, ABŞ-da, Fransada, İngiltərədə, həmçinin Afrika və Yaxın Şərqin müxtəlif yerlərində baş verən sufrajist hərəkatları da feminizmin inkişafında həlledici rol oynayıb.
Hazırda əhəmiyyətli sayılan qollardan biri də xırda fermerlerin feminist hərəkatı «Via Campesina”dır. Bu gün bütün dünyada xırda fermerlərin əksəriyyəti öz ailələrini dolandıran və dəstəkləyən qadınlardır. Onların apardıqları „ərzaq suvereniteti” uğrunda kampaniya ərzaq istehsal edən şirkətlərə qarşı böyük güc sayılır. Kampaniyanın lideri, zimbabveli Elizabet Mpfou deyir ki, 70 milyonluq fermer qadınlar bütün dünyanı yedizdirə, qlobal aclığa Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondunun bütün yalançı layihələrindən daha tez son qoya bilərlər. Bu qadınlar özlərini “motherist campaign” adlandırırlar və xırda fermerlərin torpaqlarının, ətraf mühitin qorunması, bənd tikintilərinin qarşısının alınması uğrunda mübarizə aparırlar.
FEMİNİZMİN ÜZLƏŞDİYİ ÇƏTİNLİKLƏR
Feminizm hər zaman bütün dünyada çətinliklərlə, əngəllərlə üzləşib. Feminist hərəkatlarının ən böyük problemləri siyasi qeyri-bərabərliklə bağlı olub: bir çox ölkələrdə qadınlar XX əsrin ortalarına qədər səsvermə hüququndan məhrum edilmişdilər.
  1. Birinci, səsvermə hüququ olmadan onların səslərini dinləyən dövlət xadimlərini seçmək çətin idi.
  2. İkinci, qadınlara həmişə kişilərdən daha az məvacib ödənilirdi və bu fakt indi də dəyişməz qalır. İqtisadi çatışmazlıqlar ucbatından qadınlar öz mübarizələrində qalib gələ bilməzdilər və müttəfiqlərə ehtiyacları vardı.Üçüncü problem isə qadınlara qarşı zorakılıqdır. Cinsi zorakılıq həmişə qadını susdurmanın bir üsulu kimi istifadə olunub. Polis və ordunun qadınlara heç vaxt əl qaldırmadığı barədə fikirlər doğru deyil. Afroamerikalı fəal Fanni Lu Zamrini dərisi göyərənə qədər döymüşdülər.
  3. Dördüncü vacib faktor isə odur ki, feminizm ABŞ-da da, dünyanın başqa yerlərində də hələ də kinayə obyektidir. Feministləri cilovda saxlamağa çalışır, onlara təhqiramiz ləğəblər verilir, kişiyə bənzədikləri deyilir və frigidlikdə ittiham olunurlar.
Vacib məsələlərdən biri də – feminist hərəkatlarının bölünməsidir. Feministlərin liderləri tez-tez qadınlar arasında fikirayrılığına səbəb olan səhvlərə yol verirlər. Məsələn, orta təbəqədən olan ağdərili qadınlar hesab edirdilər ki, onlar qara, sarıdərili, lesbiyan, yoxsul qadınlardan tamamilə fərqlənsələr də, nədənsə onlarla eyni problemləri yaşayırlar. Qadınlar səsvermə hüququ alandan sonra Qadınların Milli Partiyasının yaradıcı Elis Pol, cənubda səsvermə hüququ ala bilməyən qaradərili qadınların hücumlarına məruz qalmışdı. Qaradərili olduqlarına görə, 1920-ci ildə onların bu hüququ təmin olunmamış, qadınların milli partiyası isə onlara yardım göstərməkdən imtina etmiş, bunu qadın yox, irqi problem hesab adlandırmışdı.
On illiklər sonra Betti Fridan Qadınlar Üçün Milli Təşkilatını (NOW — National Organization for Women) lesbiyanların hüquqları uğrunda mübarizədən çəkindirməyə çalışmış, onları „lavanda təhlükəsi” adlandıraraq qadınları, üzləşdikləri vacib problemlərdən yayındırmaqda, feminizmə qarşı mənfi münasibətlərin səbəbkarı olmaqda günahlandırmışdı. Lakin Del Martin, Fillis Layon və Ritu Mey Braun kimi lesbiyan fəallar təşkilatı sıralarında islahat aparmağa vadar etmişdilər. Və 1971-ci ildə Qadınlar Üçün Milli Təşkilat qadınların seksual oriyentasiya da daxil olmaqla tam özünüifadə hüquqlarını təsdiqləyən qətmanə qəbul etmişdi.
Bu gün feminizmin ən böyük problemi – qadınların artıq istədikləri bərabərliyi əldə etdiklərinə inanan milleniallar nəslidir.
Doğrudur, bütün fəalların zəhməti nəticəsində böyük uğurlar əldə olunub. Qadınlar ipoteka kreditləri ala, biznesi inkişaf etdirmək üçün kredit götürə bilirlər. Ancaq kütləvi mədəniyyətin növlərində – populyar mahnılarda, kliplərdə qadına qarşı zorakılığın adiləşməsi müşahidə olunur, bütün dünyada ən az məvacibi olan və ən çox istismar olunan işçilər arasında qadınlar üstünlük təşkil edir, siyasi hakimiyyətdə qadınların sayı azdır. Odur ki, feministlərin növbəti nəslinin üzərinə hələ xeyli iş düşür.


Müəllif: Anneliz Orlek (Tarix professorunun yazısına istinad edilib)
Mənbə: qadinkimi.az

0 şərh