Qalaaltı mineral suyu

Mineral suların müalicəvi keyfiyyəti onun tərkibindəki mikroelementlərin və üzvi maddələrin zənginliyindən asılıdır. Bu baxımdan yerli və xarici alimlərin hələ keçmiş sovetlər dövründə «Qalaaltı” mineral suyunun hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi xüsusiyyətləri ilə bağlı tədqiqatları böyük əhəmiyyət kəsb edir. Bu, qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün istifadə edilən təbii, müalicəvi mineral süfrə suyudur.

»Naftusiya” mineral suyunun müalicəvi xüsusiyyətləri haqqında çoxdan məlumatlar var idi. Onun xüsusi təsiri barədə ədəbiyyatda olan ilk xatırlamalar 1578-ci illərə aiddir. Bir tək adı çox məna kəsb edirdi — o, neft mənbəli yüksək miqdarda üzvi maddələr tərkibli yeganə müalicəvi sudur. Naftusiya adını bir çoxları Truskavets kurortu ilə əlaqələndirirlər. Lakin uzun illər istifadə nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir. Ancaq çoxlarına məlum deyil ki, Truskavets ilə yanaşı, mineral müalicəvi suyun başqa mənbələri də mövcuddur, məsələn, Azərbaycanda olan «Qalaaltı” kurortu. Tərkibində fenol, alifatik turşular, mikroelementlər vardır. Alimlərin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, „Qalaaltı” suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu “Naftusiya”nın eynidir. „Qalaaltı” mədən suyu tapılana qədər Truskavetsin “Naftusiya” suyu SSRİ-də yeganə hesab olunurdu.
Bu mədən suyu Şabran rayonunun 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, dağətəyi meşədə 1969-cu ildə tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilmişdir. Bunlar da böyük ehtiyata malikdir. Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən „Qalaaltı” sanatoriyası 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır.
Yerlilər müalicə əhəmiyyətli bu suya “Naftsu”, yəni neftli su deyirlər. „Naftsu” kəskin qoxusu və dadı ilə seçilir. O, orqanizmdə əsasən maddələr mübadiləsini normallaşdırır, qan və sidiyə qələviləşdirici təsir göstərir, mədə turşuluğunu azaldır, hüceyrə membranlarının keçiriciliyini zəiflədir, qanaxmanın tədricən qarşısını alır, əksiltihabi təsir göstərir, diurezi artırır, orqanizmdə olan artıq mayeni çıxardır. İmmunoloji təsirinə görə orqanizmin müdafiə gücünü bərpa edir, orqan və toxumalarda iltihabi proseslərin ləğvinə, metabolik məhsulların və toksiki maddələrin kənarlaşdırılmasına köməklik edir, bununla da orqanizmin erkən qocalmasının qarşısını alır.

Daşları əridən su
Yeni müalicə-istirahət kompleksi “Qalaaltı»nın yuxarıda xatırlatdığımız əvvəlki sanatoriya ilə oxşarlığı yoxdur. Dəyişməz qalan təkcə həmin unikal sudur ki, məhz buna görə «Qalaaltı» ümumittifaq müalicə ocağı kimi tanınmışdı.
«Naftusiya» mineral suyunun müalicəvi xüsusiyyətləri keçmişdən məlumdur — onun müalicəvi effekti haqqında ilk dəfə 1578-ci ildə yazılıb. Bu suyun təkcə adı çox məsələdən xəbər verir — bu, neft mənşəli üzvi maddələrlə zəngin müalicə suyudur. Adamların çoxunda «Naftusiya» adı Truskavets kurortunu xatırladır. Lakin uzun illər ərzində istismar nəticəsində Truskavets bulaqlarının ehtiyatları və üzvi maddələri tükənib.
«Naftusiya» tərkibli mineral suyun mənbəyi Qalaaltının dağətəyi meşələrində 1969-cu ildə aşkar edilib. Meşədə böyük su ehtiyatı olan 7 bulaq aşkar edilib. Suyun debiti dəqiqədə 10.000 litrdən çoxdur. Mədən suyu üzvi maddələrlə olduqca zəngindir ki, bu da müvafiq regionun müalicəvi xüsusiyyətinin göstəricisidir. Qalaaltı suyunu ancaq bulaqdan içmək olar, çünki bu suyun tərkibində uçucu maddələr olduğundan onu saxlamaq və nəql etmək mümkün deyil.
Qalaaltı suyunun tərkibindəki üzvi maddələrin bənzərsiz təbii kompleksi onu bir çox ölkələrin uroloqları tərəfindən qəbul edilən unikal müalicəvi mineral su kimi səciyyələndirir.
Bu su sidik yollarındakı daşların əridilməsində, qastroentroloji və digər xəstəliklərin müalicəsində olduqca faydalıdır. Müalicəxananın dəhlizindəki stenddən pasiyentlərin böyrək və mədəaltı vəzisindən bu suyun təsiri nəticəsində çıxarılmış duz və daşların saxlandığı sınaq şüşələri asılıb.
Su immunoloji təsiri nəticəsində orqanizmin müqavimətini bərpa edir, orqan və toxumalarda iltihab proseslərinin aradan qaldırılmasına, maddələr mübadiləsinə və zəhərli maddələrin xaric olunmasına kömək edir və beləliklə, orqanizmin erkən qocalmasının qarşısını alır.
Sağlamlıq «məşəl»i
«Qalaaltı» sağlamlıq və istirahət kompleksinin ərazisi adamların sağlamlığına və sakit istirahətinə yönəlib. Hətta restoranda Azərbaycan və Avropa mətbəxi ilə yanaşı, həkim-dietoloqun tövsiyələrinə əsasən hazırlanmış buxarda bişirilən və qaynadılan məhsullardan ibarət xüsusi menyu təklif edilir.
Qalaaltının hər yerində bənzərsiz sakitlik hökm sürür. Müalicə müəssisəsinin yerləşdiyi ərazi həqiqətən unikaldır — kompleks düz qayanın altındakı dağ meşəsində IV-VI əsrlərdə dəniz səviyyəsindən 1232 metr yüksəklikdə ucaldılmış, vaxtilə möhtəşəm və əlçatmaz qədim Çıraqqalanın yanında tikilib. Mütəxəssislərin fikrincə qala vaxtilə böyük ərazini müşahidə etməyə və təhlükə barədə məşəl vasitəsilə xəbər verməyə imkan verirmiş, "Çıraqqala" adı da buradan götürülüb.
Çıraqqala əsrlər boyu Qalaaltıya gələn çoxsaylı səyahətçiləri özünə cəlb edib. Hazırda isə bu diyarın yeni cəzbedici məkanı Azərbaycanda yerin təkindən çıxan unikal müalicə suyu ilə sivilizasiyanın nailiyyətlərini bir araya gətirən ultramüasir «Qalaaltı» mərkəzidir.
«Qalaaltı» sanatoriyasına turist axını bir daha təsdiq edir ki, ölkəmizdə turizm bu cür dünya standartlarına cavab verən otel komplekslərinin sayının çoxalması nəticəsində yüksəliş dövr
«Qalaaltı” suyunu uzun müddət saxlamaq olmaz. Bu sudan yerində istifadə olunmalıdır, yəni qablaşdırmaq məsləhət görülmür. Çünki bir sutkadan sonra bu suyun tərkibində ammonyak birləşmələri əmələ gəlir.
 
 
Mənbə: news.day.az, azerbaijan-news.az

0 şərh