Mart qırğını haqqında arxiv qeydləri

1918-ci il Azərbaycan xalqının yaddaşındaiz buraxmışmühüm bir zaman kəsimidir. Məhz bu ildə Azərbaycanda yeni bir dövlətin təməli qoyulmuş, cümhuriyyət elan olunmuşdur. Ancaqunutmamalıyıq ki, bu əlamətdar hadisədənöncə bu torpaqlarda qan yaddaşımıza yazılacaq bir mart qırğını yaşanmışdır
Tarixin müxtəlif mərhələlərində erməni millətçiləri “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədilə Anadoluda və Azərbaycanda müsəlman türk əhalisinə qarşı kütləvi qırğınlar həyata keçirmişlər.
Ermənilər öz çirkin niyyətlərini ilk dəfə Azərbaycanda 1905-1906-cı illərdə göstərmişdir.Görkəmli yazıçı, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi qələmə aldığı “Qanlı sənələr” adlı publisistik əsərində Şuşada baş verən hadisələri belə canlandırır: “1905-ci ilin avqustun 8-də gecə saat iki radələrində ermənilər küçədə şəhər fənərlərini yandıran Kərbəlayi Məmmədhüseyn adlı müsəlmanı xəncərlə doğrayıb vəhşicəsinə öldürməklə, ermənilərlə müsəlmanlar arasında yeni münaqişə toxumu səpdilər.”Şair, rəssam, ədəbiyyatşünas, musiqişünas alim  Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsərində qeyd edir ki, ermənilər hiyləyə əl ataraq müsəlmanlarda olan silah və sursatı bazarda satılan qiymətindən baha almaqla kəndlilərdə olan silahların ələ keçirilməsinə nail olub, təpədən-dırnağa kimi silahlanmışdılar.
Bu hadisələr Bakıda və Naxçıvanda daha amansızcasına davam etmişdir. Hadisələr zamanı hər iki tərəfdən yüzlərlə kənd və qəsəbə dağıdılmış, minlərlə insan həlak olmuşdur. Çar hakimiyyəti demək olar ki, seyrçi mövqedə durmuşdur.
İqtisad üzrə elmlər doktoru Dünyamalı Vəliyev ”Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada” adlı əsərindəyazır ki, “ermənilər 1905-ci ildən tarixə “erməni-müsəlman” davası adı ilə daxil olan qanlı qırğın törətdilər. Bu müharibə təkcə Yuxarı Qarabağda deyil, 6-9 fevral Bakıda, 10 mayda Naxçıvanda, 23 mayda İrəvan quberniyasında, 29-25 avqust yenə Bakıda, 26 avqust Yelizavetpol quberniyasında, 18 noyabr Gəncədə, 23 noyabr Tiflis və Qazax və digər yerlərdə minlərlə günahsız Azərbaycan türkünün faciəli surətdə ölümünə səbəb olmuşdur.
Bütün bu ağlasığmaz vəhşiliklərin qarşısını və qisasını almaq üçün yazıçı, publisist, Türkiyənin siyasi və dövlət xadimi olmuşƏhmədbəy Ağaoğlunun başçılığı ilə bir qrup millətpərvər ziyalımız öz səylərini birləşdirərək “Difai” adlı özünümüdafiə təşkilatı yaratdılar.Bu təşkilatın əsas məqsədi erməni qəsbkarlığının qarşısını almaq, nifaqı məqsədyönlü şəkildə dərinləşdirən və bu məsələdə ermənilərin tərəfini tutan rus hakim dairələrini cəzalandırmaq, xalqın bütövlüyünü təmin etmək idi. Bu məqsədlərə çatmaq üçün partiyanın 2 əsas vasitəsi var idi: təhsil və güc. Yəni“Difai”partiyasının fəaliyyətiyalnız silahlı hücumlara və qırğınlara qarşı türk-müsəlman əhalisinin silahlı müqavimətini təşkil etməklə məhdudlaşmamışdır. Partiya maarifçilik və təhsilin inkişafı, xeyriyyəçilik, kəndlilərin torpaq məsələsində üzləşdikləri haqsızlıqların aradan qaldırılması, məhkəmə işlərinin ədalətli aparılması və başqa məsələlərin həlli, həmçinin, milli birlik və milli azadlıq ideyalarının təbliği ilə məşğul olmuşdur.“Difai” təşkilatı yaranmasının nə qədər önəmli olması haqqında görkəmli türkoloq Yusif bəy Akçuralı 1928-ci ildə nəşr etdirdiyi “Türk ili” kitabında belə yazır: “türklərin ermənilərə qarşı mübarizə aparmaq üçün bir təşkilata ehtiyacı var idi, bu ehtiyacı Ə.Ağaoğlu “Difai” partiyasını yaratmaqla müvəffəq oldu.”
1918-ci il soyqırımı başlamazdan əvvəl Bakı quberniyasına nəzarəti əlində saxlayan Bakı Soveti bilərəkdən müsəlman əhalini tərksilah etməyə başlamışdılar.Bax bu məqamdabir daha tarixin təkrarlanmasının şahidi oluruq. Martın 30-u axşamüstümüsəlmanlara ilk atəş açıldı və soyqırım başladı. Martın 31-i səhər tezdən müsəlman məhəllələrinə hücum edildi. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlman evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atırdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərinə əvvəlcədən plemyotlar qoyulmuşdu. Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-ində axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı.
Arxiv materiallarından məlum olur ki, ermənilər tərəfindən başlanmış soyqrımda Bakı və Bakı ətrafı kəndlərdə — Əmircan, Əhmədli, Biləcəri, Balaxanı, Bilgəh, Qala, Digah, Keşlə, Pirikəşkül, Hökməli, Ramana, Sabunçuda əhaliyə qarşı vəhşiliklər törətmişlər. Dövlət Tarix Arxivində mühafizə olunan “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun məscid sənədlərində istər azyaşlı, istər qadın, istərsə də qoca olan dinc əhalinin silahla öldürülməsi, xəncərlə doğranılması kimi erməni vəhşiliklərinin şahidi oluruq.

Bakı şəhəri Hacı Hüseyn məscidinin sənədlərində (Fond 1, siy. 1, sax.vah.692 ); Buzovna kənd sakini Molla Ağa Əbdülrza oğlu, Buzovna kənd sakini Mirzəəmi Kərbəlayi Rza oğlu, Əliheydər Hacı Salman oğlu öz evlərində, Kərbəlayi Ağarəhim Hacı Əsgər oğlu öz dükanında ermənilər tərəfindən, Əliağa Kərbəlayi Rüstəm oğlu öz evinin bağında ermənilər tərəfindən, Ağahüseyn Kərbəlayi Nurməhəmməd oğlu ermənilər tərəfindən qətlə yetirilmiş,və s.
Mart qırğını haqqında arxiv qeydləri
Balaxanı kənd məscidinin sənədlərində Əli bəy Vəli bəy oğlu, Rəhman Nurəli oğlu, Vəli bəy Əli bəy oğlu öz evlərində ermənilər tərəfindən, Gülcahan Nəcəfqulu qızı bağ yolunda ermənilər tərəfindən qətlə yetirilmişdir;
Mart qırğını haqqında arxiv qeydləri
Quba şəhəri məscid sənədlərində Kərbəlayi Nəsir Məşhədi Hüseyn oğlu, Məşhədi Nəcəfqulu Kərbəlayi Nəsir oğlu, Atababa Hacı Əlisultan oğlu, Məsumə Kərbəlayi Həsən qızı və s. ermənilər tərəfindən qətlə yetirilmişlər.əMart qırğını haqqında arxiv qeydləri
Soyqırım nəticəsində daşnak-rus bolşevik qüvvələri nəinki dinc müsəlman əhaliyə qarşı, hətta ictimai və şəxsi binalarada çox böyük ziyan vurmuş, tarixi abidələrini dağıtmış və yandırmışdır.Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasının binasını yandırmış, “Təzə Pir” məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Bunlar azmış kimi dünya memarlığının incilərindən sayılan – Bakı milyonçusu Musa Nağıyev tərəfindən 5 il ərzində (1908-1913-cü illər) inşa edilən “İsmailiyyə” binasını da od vuraraq yandırmışdılar.
Bakıda azərbaycanlıların soyqırımı başa çatmamış, bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başlamışdılar. Bakı quberniyasının Quba qəzası, Quba şəhəri, Nügədi, Pirvahid, Rustov, Çiçi kəndləri, Govxanı mahalı, Təklə, Tuğ, Əngilan kəndlərinin dinc əhalisi erməni vəhşiliklərinin qurbanı olmuşdur. Şamaxı şəhərinin Cümə məscidi dağıdılmışdı. Şəhərin əhalisinə qarşı törədilən qırğınlar haqqında Yelizavetpol Müsəlman Milli Şurasının sədri Xasməmmədov Seymin və Cənubi Qafqaz hökümətinin sədrinə göndərdiyi teleqramda yazırdı; “Martın 18-də bolşeviklər tərəfindən yaxşı silahlanmış, Şamaxı qəzası istiqamətində yola salınmışəsgər dəstəsi yol boyu 15-dən çox müsəlman kəndini və Şamaxı şəhərini darmadağın etmiş, əhaliyə qarşı təhqir və zorakılıqlar həddini aşmışdır.”
Dövlət Tarix Arxivində mühafizə olunan “Azərbaycanda inqilab əleyhinə müsavat hökümətinin Xarici İşlər Nazirliyi nəzdində müsəlmanlara aid Zaqafqaziyada rus siyasəti üzrə materialların toplanmasına dair xüsusi komissiya” fondunun sənədlərində öz əksini tapmış bir sənəd var.Belə ki, Bakı Quberniyası Jandarmeriya rəis köməkçisinin siyasi məsələlər üzrə hesabatında Azərbaycanda yaşayan millətlərin xasiyyətləri verilmişdir. Bu hesabatda ermənilər barədə belə yazılıb: “Ermənilərin məşğuliyyəti ticarət, bostançılıq, şərabçılıq və sələmə pul verməkdir. Ermənilər gizli, öz mənafeyini güdən, etibarsız, siyasi nöqteyi-nəzərdən isə daim nəzarətdə olunmalı birmillətdir (f.524, siy.1, sax.vah.4, səh.5).
Göründüyü kimi ermənilərinmilli xislətini xarakterizə edən bu cümlələri yazan biz azərbaycanlılıar yox, daim onları himayə edənlər həqiqəti öz məxfi sənədlərində etiraf etmişlər.
Uzun illər, 1918-ci ilin Mart qırğını yeni nəsillərdən gizli saxlanıldı. Etdikləri vəhşiliklərin unudulacağına əmin olan erməni faşistləri 1988-ci ildə yeni ərazi iddiaları irəli sürüb, bir daha cinayətkar planlarını davam etdirdilər. Gec də olsa, onların iç üzünü dünyaya tanıtmaq, keçmişdə qalan əməllərini ifşa etmək gərək idi. Nəhayət, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə Mart qırğınlarına siyasi qiymət verildi və o zamandan ölkəmizdə hər il 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
Əlbəttə, gələcəyimizin uğurlu təməlini qurmaq üçün hər zaman keçmişdən dərs almalı, başımıza gətirilən faciələri unutmamalı, Vətənimizin qüdrəti naminə bir an belə, ayıq-sayıqlığımızı itirməməliyik.

 


Müəllif: Anar Mirəliyev, Dövlət Tarix Arxivinin direktor müavini
Mənbə: milliarxiv.gov.az

0 şərh