Marixuananın qadağası dini hərəkat yaratdı

Marixuana sözü Meksika ispancasından gəlsə də, bMarixuananın qadağasıitkinin qitələrarası səyahətinin Orta Asiyadan başladığı düşünülür.
Orta Asiyadan köçən səyyahların e.ə 2000, e.ə 1000-ci illər aralığında Himalaydan Hindistana etdikləri səyahətlərdə özləri ilə çətənə apardıqları iddia olunur.
“Qanca” adlandırılan, qədim fars dilində “xəzinə” mənasını verən marixuana tez bir zamanda hind mədəniyyətində xüsusi əhəmiyyət qazandı. III əsrdən VIII əsrə qədər quru öskürək, soyuqdəymə kimi xəstəliklərin müalicəsində istifadə edilib.
Marixuana Maha Şivaratri və Kumbha Mela festivallarında ilahə Şivaya qurban olaraq yandırılırdı. Eyni zamanda, gözəgörünməz varlıqlarla dialoqu asanlaşdırmaq üçün çəkilirdi.
Marixuananın qadağası
1830-cu illərdə Hindistan müstəmləkəyə çevrildikdən sonra irland həkim Uilyam Brouk kolera xəstəliyi ilə mübarizə aparmaq üçün Hindistana gedib və hindistanlıların marixuananı tibbi vasitə kimi istifadə etdiklərini öyrənib. Marixuananın ağrıkəsici effektinə heyran qalan Uilyam 1841-ci ildə bitkini İngiltərəyə aparıb.
O ərəfədə Yamayka da Böyük Britaniyanın müstəmləkəsi idi. 1838-ci ildə kölələrin istismar olunmasına qarşı üsyan başladıqda Böyük Britaniya tərəfindən Yamaykaya işçi qüvvəsi göndərildi. İşçilər özləri ilə çətənə toxumları gətirmişdi, beləcə, Yamaykada geniş miqyaslı marixuana təsərrüfatı başladı.
Hindistanda bir çox çətənə fermeri ingilislərin bu biznesə nəzarət etməsindən narahat idi. Belə ki, marixuananı ölkədən kənara çıxarmaq üçün qaçaqmalçılıq şəbəkəsi yarandı.
1870-ci illərdə Böyük Britaniyada marixuanadan istifadənin dəliliyə səbəb olduğu iddia edildi və marixuanadan istifadə edən şəxslər ruhi xəstəxanalara yatırıldı.
Yamayka hökuməti 1913-cü ildə marixuanadan istifadəni qadağan etmək üçün əlindən gələni etmişdi. Ancaq bu təzyiqlər rituallarında marixuanadan istifadə olunan rastafari dini hərəkatının geniş yayılmasına səbəb oldu.

Vacib qeyd:
Kolorado Universiteti marixuananın zehni qabiliyyətlərə necə təsir etdiyini anlamaq üçün təxminən 1200 qardaş və bacı nümunəsində bir tədqiqat aparıb. Bu bitkinin orta, lakin müntəzəm istifadəsinin gənclərin zehni qabiliyyətini pozduğu göstərilmişdir.
Xüsusilə, mənfi təsir şifahi yaddaşla əlaqəli olaraq özünü göstərib. Bundan əlavə, əvvəllər aparılan araşdırmalarda göstərilir ki, bitki mənşəli narkotik, beynin işləmə müddətini dəyişdirərək zamanla zövq alma hissini kütləşdirir. Bu, asılılığın inkişaf riskini artırır, insanın davranışını dəyişdirir, onu digər dərmanlardan istifadə etməyə məcbur edir.
Bundan əlavə, hamiləlik dövründə marixuananın istifadəsinin autizm və bir sıra zehni pozğunluqları olan bir körpə doğma riskini artırdığı aşkar edilmişdir.
 
 
Müəllif: Mehdi Dostəlizadə
Mənbə: kulis.az

0 şərh