SSRİ-nin məxfi layihələri

Gizli yeraltı obyektlər, yüz metrlərlə hündürlüyü olan antennalar, adron kollayderlər – bütün bunlar SSRİ-nin gün işığına çıxan məxfi layihələridir.

Neft daşları
Keçən əsrin ən möhtəşəm layihələrindən biri olan Neft daşları 1949-cu ildə Xəzər dənizində salınıb. Bura sanki ayrıca bir dünyadır. 2 mindən çox insanın yaşadığı bu məkanda insan həyatı üçün vacib olunan bütün şərtlər, infrastruktur təmin olunub.
Neft daşları

Proton komplekti
Avropadan çox öncə SSRİ-də adron kollayderinin yaradılmasına cəhd edilib. 1983-cü ildə tədqiqat institutu olan “Proton” tərəfindən Protvinoda layihənin icrasına start verilib. Hətta yerin 60 metr dərinliyinə iki əsas halqa belə yerləşdirilib, hansı ki, dərinliyi 21 kilometrə çatdıra biləcək qabiliyyətdə idi. Lakin ölkədə “yenidənqurma” siyasətinin törətdiyi fəsadlar bu layihənin həyata keçirilməsinə mane oldu.
Proton komplekti
 
Sualtı qayıqlar bazası
Bu obyekt Balaklavada yerləşirdi. SSRİ dönəmində bura məxfi xəritələrdə «объект 825 ГТС» adı ilə verilirdi. Obyektin tikintisinə 1961-ci ildən başlanılmışdı və mümkün nüvə hücumuna qarşı hesablanmışdı. Obyektə yalnız iki giriş qapısı vasitəsilə daxil ola bilərdilər. Sahəsi 5100 kv.metr idi. Özünün xüsusi hospitalı, çörəkbişirmə sexi, idman mərkəzi vardı. Mümkün nüvə hücumu zamanı bütün Balaklava sakinlərini burda yerləşdirmək mümkün idi və ərzaq ehtiyatı 3 ili görərdi.
Sualtı qayıqlar bazası
Çernobıl-2 stansiyası
1985-ci ildə “Duqa” radiolokasiya stansiyası inşa edildi. Bu obyekt qitələrarası ballistik raketlərin aşkar edilməsi üçün nəzərdə tutulmuşdu. Antennaların hündürlüyü 150 mterə bərabər idi və 160 km radiusda olan ərazini nəzarətdə saxlaya bilirdi. Çernobıl AES-də məlum qəzadan sonra bura öz əhəmiyyətini itirdi və “Çernobıl-2” adlandırıldı. Hazırda isə turistlərin ayaq açdığı yerə çevrilib.
Çernobıl-2 stansiyası
 
“Döyüş köstəbəyi”
Bu obyektin vəzifəsi yer altında şübhə çəkmədən düşmən obyektlərini, gəmiləri məhv etməkdən ibarət idi. Bu partlayışlar nəticəsində zəlzələ də yaradıla bilirdi. Silah Ural rayonlarında test edildi və sübut olundu ki, 15 km dərinliyə enərək, düşmən obyektlərini məhv etmək iqtidarındadır. Lakin növbəti sınaq zamanı faciə yaşandı, qayıq partladı və  bütün komanda üzvləri həlak oldu.
Döyüş köstəbəyi
 
Kosmik qırıcı – “Spiral”
“Soyuq müharibə” illərində sovet alimləri düşmənə kosmosdan zərbə endirmək, eləcə də düşmənin siqnallarını müəyyən etmək üçün belə bir layihə üzərində işlədilər. Bu obyektin fantastik imkanları vardı: istənilən hava və landşaft şərtlərində fəaliyyət göstərə, kosmosdan bombardman edə və düşmənin siqnallarını müəyyənləşdirə bilirdi. Aparat istehsal olunsa da test edilmədi və 70-ci illərin ikinci yarısında gözlənilmədən ortadan götürüldü.
Kosmik qırıcı – “Spiral
 

Beyin radiosu
Bioloji silahlardan sonra kütləni məhv etmək üçün ən “uğurlu” silah psixoloji silahlardır. İnsan beyninə radio dalğalar vasitəsilə təsir etməklə ona istədiyiniz işi gördürmək mümkündür. Belə bir təkliflə 1923-cü ildə Bernard Kajinskiy çıxış edib. İt üzərində təcrübə aparıldı və onun beyninə radio dalğalar göndərildi. İt bu siqnallara mavfiq olaraq, rəfdən kitab götürdü. 1924-cü ildən sonra təcrübələr bilinməyən səbəblərdən dayandırıldı.
 
Uçan tank: A-40
1941-ci ildə müharibənin gedişində tankları partizanlara dəstək məqsədilə, havadan daşımaq ehtiyacı yaranmışdı. Bunun üçün belə bir layihə üzərində düşünülməyə başlandı. Lakin təcrübə aparılsa da, bu layihədən imtina olundu. Çünki yük o qədər ağır idi ki, motorda yanğın baş verdi.
Uçan tank: A-40
 
Atom reaktorlu təyyarə – M 60(Атомолёт)
SSRİ-də atom energetikasının inkişafı dövründə alimlər kerosinlə yanaşı, atom enerjisi ilə də işləyə bilən təyyarə üzərində fikirləşməyə başladılar. Bu icad yanacağa olan ehtiyacı azalda bilərdi. Lakin uçuş zamanı pilotun radiasiyaya məruz qalması və baş verə biləcək böyük faciəni nəzərə alaraq, layihəni dayandırmaq məcburiyyətində qaldılar.
Atom reaktorlu təyyarə – M 60
 

Meteoroloji silah
XX əsrin 80-ci illərində insanın havaya təsiri süəkli araşdırılırdı. Meteoroloji silahlar vasitəsilə düşmən ərazisində təbii fəlakətlər yaratmaq sovet rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən idi.
Meteoroloji silah
 
Lazer silahları
Stasionar lazer silahlarının istifadəsi üçün Moskva ərazisində bir neçə təcrübə şaxtaları mövcud idi. Təcrübələr müsbət yekunlaşsa da, 90-cı illərin əvvəllərində nədənsə, ortadan qaldırıldı.
Lazer silahları
 
Sibir xorası
“Soyuq müharibə” dövründə sovet alimləri bioloji silahlar üzərində də çalışmağa başlamışdılar. Bioloji silahlar 1925-ci il Cenevrə konvensiyası ilə qadağan olunduğuna görə, bu iş gizli şəkildə sürdülürdü. Layihə Aral dənizində yerləşən bir adada həyata keçirilirdi. Aral gölü quruduqdan sonra həmin ərazi yarımadaya çevrildi və virusun arealının genişlənə biləcəyi təhlükəsi ortaya çıxdı. Layihənin sonrakı aqibəti haqda heç nə bilinmir.
Sibir xorası
 
SSRİ-də ilk nüvə faciəsi – “Çelyabinsk-40”
SSRİ-də ilk nüvə faciəsi Çernobılda deyil, ondan 29 il əvvəl Uralda, “Mayak” stansiyasında baş verdi. Həmin layihənin məxfi kod adı “Çelyabinsk-40” idi. Hadisə 30 il ictimaiyyətdən gizlədildi. Deyilirdi ki, faciədən sonra bir çox insan radiasiyaya məruz qalmışdı.
SSRİ-də ilk nüvə faciəsi – Çelyabinsk-40
 
 
 
Mənbə: libre.az
 

0 şərh