Məşhur içki Coca-Colanın tarixçəsi

Əsas ixtisası kimya olan 19 yaşlı bir gənc, 1850-ci ildə Corciya əyalətində tibb işçisi olaraq müstəqil həyata başlayır. Tibb və cərrahiyyə işlərinin ardınca Kolumbusda özünə bir aptek açır.
Amerikan vətəndaş müharibəsinin məşhur döyüşlərindən olan Kolumbus döyüşündə Konfederasiya ordusunun leytenantı olaraq iştirak edir və döyüş zamanı sinəsindən qılınc yarası alır. Döyüşdə aldığı bu yaranın sağalma dövründə ağrını kəsmək üçün morfindən istifadə etməyə başlayır. Morfin asılılığından qurtulmaq üçün tərkibində morfin olmayan ağrıkəsici hazırlamaq üçün işlər görür. Kəşf etdiyi və tələb görən yüngül alkoqollu içkini daha geniş bazara çıxarmaq üçün Kolumbusdan Atlantaya köçür.
Məşhur içki Coca-Colanın tarixçəsi
Bu əyalətdə də alkoqol qadağası qüvvəyə mindikdə alternativ alkoqolsuz içki üzərində işləməyə başlayır. Təsadüfən icad etdiyi alkoqolsuz qazlı formulun ilk şüşəsi 8 may 1886-da Atlantada şəriki olduğu Yakobs aptekində satışa çıxarılır və məşhurluq qazanır.

Hekayəmizin qəhrəmanı Con Stit Pemberton, ixtira etdiyi içki isə Koka-Koladır.

Ölənə qədər morfin asılılığı davam etdiyi üçün şirkətin demək olar ki, bütün səhmlərini satır. İxtirasının bir gün bütün ölkədə məşhurlaşacağı xəyalı ilə son hissələri oğluna bağışlayır. Doktor Pemberton 1888-ci ildə mədə xərçəngindən vəfat edir. Amma atasının ölümünün ardınca oğlu Çarlez də əlindəki hissələri 1750 dollara satışa çıxarır.
Bir neçə qərb ölkələrindən olan birləşmiş həkimlər qrupu, bir neçə il boyunca məhşur içkilərin “Cola”, pepsi – Cola, Coca – Cola və sair, xüsusiyyətlərini araşdırıblar. Araşdırmaların nəticələri elə də ürək açan olmayıb. Məlum olub ki uzun müddətli kolanın qəbulu, kişilərdə və qadınlarda sonsuzluqla nəticələnir. Sözsüz ki istisnalar da olur.Bu cür kədərli effekti, içkinin hazırlanmasında istifadə edilən, kola qozu verir. Keçmişdə bu qoz yalnız Amerikada bitirdi və onu hindu döyüşçülərinə çeynədirdilər. Bu məqsədlə müasir ordularda əsgərlərə cinsi zəiflik gətirmək üçün istifadə edirlər ki, onların xidmətdən fikirləri yayınmasın. Bütün dünyaya aşkar şəkildə narkotik olan kokain tərkibli mayeni satan “Coca – Cola” şirkətini məhkəməyə vermişlər, həm də ona görə ki Coca – Cola-nın tərkibində qanın xərçəngini – leykemiyanı əmələ gətirən maddə var. Bu maddənin adı benzendir.Yəni Coca – Cola və Pepsi Cola, kokain narkotikinin yüngül qarışığıdır!!! Şübhəsiz ondan aslılıq yaranır. Coca – Colanın qalan tərkibi isə şəkərdi, pəhriz variantında isə neyrotoksik maddə aspartadır, yəni pəhrizli Cola adi Coladan daha zərərlidir. Bundan əlavə Colaya konservantlar əlavə olunur və güclü ortofosfor turşusu + qazlanma. Hələ də Coca-Colanın hazırlanma qaydasını sirr olaraq saxlayırlar. Onun tərkibində bundan artıq nə qədər zərərli maddələrin oldugu məlum deyil.

 
Mənbə: kulis.az

0 şərh