Bakı haqqında maraqlı məlumatlar və faktlar


  1. Qədim Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir.

  2. 2000-ci ildə YUNESCO Dünya irsi komitəsinin 24-cü sessiyasında Bakı şəhərinin tarixi hissəsi İçərişəhər sarayla birlikdə Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi obyekti elan edildi. Bu, Azərbaycandan YUNESCO-nun siyahısına daxil olan ilk obyekt idi.

  3. 20-ci əsrin əvvəllərində Dünya neft istehsalının demək olar ki, yarısı Bakıda hasil edilirdi.Bunun nəticəsində Bakıda mədəni həyat çiçəklənməyə başladı: teatrlar açıldı, opera binası tikildi. O bu şəhəri «Qafqazın Parisi» adlandırırdılar.

  4. Dünyanın ən böyük xalça kolleksiyalarından biri (6 000-dən çox) məhz Bakıda Dənizkənarı Bulvarda yerləşən Xalça Muzeyində qorunur.

    Bakı haqqında maraqlı məlumatlar və faktlar baki
    Bakı haqqında maraqlı məlumatlar

  5. 2009-cu ildə Bakı İSESKO-nun "İslam mədəniyyətinin paytaxtı" seçilmişdir.

  6. 1966-cı ildə yaradılan Bakı Metropoliteni Yaxın Şərqdə ilk, postsovet məkanında isə beşinci metropoliten idi.

  7. Dünyanın ilk neft platforması Neft Daşlarıdır. O, həm də şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Yüksəklikdən şəhər böyük hörümçək toruna bənzəyir. Dəniz üzərindəki qeyri-adi yollarla yük və minik avtomobilləri hərəkət edir.
    Ceyms Bondun sərgüzəştləri silsiləsindən “Dünya kifayət deyil” filminin bəzi kadrları Neft Daşlarında lentə alınıb.

  8. Yaxın Şərqdə ilk sirk binası Azərbaycanda tikilib. Sirkin proqramları üzərində Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Toğrul Nərimanbəyov, Əminə Dilbazi, Tofiq Quliyev kimi sənətkarlar çalışıb.

  9. İçərişəhərdə yeraltı hamamlar, bir neçə otaqdan ibarət olan su anbarları, haqqında indi də əfsanələr söylənilən gizli yollar vardır.

    Belə yollardan biri də müdafiə məqsədlə şimal tərəfdən qala divarlarının daxili hissəsində əsgərlərin rahat hərəkəti üçün Qoşa Qala Qapılarınadək uzanan yeraltı yoldur. Qala-bürcün bu cür yerləşməsi əsgərlərin silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib-çıxa bilməsi məqsədi daşıyırdı.

  10. Qız Qalası yaxınlığında yerləşən Multani karvansarası XV-XVI əsrlərdə Bakıya gəlmiş hindlilər tərəfindən inşa edilib. Suraxanı Atəşgahını xatırladan bu karvansara hazırda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

  11. Bakı milyonçuları arasında inşa edilən ilk bağ evi Murtuza Muxtarovun bağ evidir. “Arşın mal alan”, “Qorxma, mən səninləyəm”, “Dərviş Parisi partladır” kimi məhşur filmlərimizin çəkilişlər zamanı bu bağdan istifadə olunmuşdur.

  12. 1859-cu il may ayının 29-30-da baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri dağıdıldıqdan sonra Bakı paytaxta çevrilir. Həmin dövrdə şəhər əhalisinin sayı 13 min nəfər təşkil edirdi. Yuxarıda olunan amillərin təsiri nəticəsində 1913-cü ildə şəhər əhalisinin sayı artaraq 214 min nəfərə çatmışdır.
 

0 şərh